Məhkəmə qərarları › İş №e-2(075)-492/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-492/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-492/2025 07.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5600 (beş min altı yüz) manat pul vəsaitinin tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, daimi qeydiyyat ünvanı Ağdam rayonu Qasımlı ərazi dairəsi Qurdlar kəndidir. Ağdam rayonundan məcburi köçkün olduğuna görə ünvan 2 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. Axşamları Nizami rayonu ərazisində yerləşən səkkizinci km bazarında da işləyir. İşlədiyi Bakı şəhəri Nizami rayon ərazisində yerləşən 8-ci kilometr bazarından tanıdığı tanışı, hazırda cavabdeh olan Cavabdeh 2024-cü il iyul tarixində ona zəng edərək vatsapla göndərdiyi Kapitalbank kartına 3000 manat pul vurmağını ondan xahiş ermişdir. O zəng edərək bildirmişdir ki, ailəsiylə işlədiyi polkalarda mal çatmır. İşlətdiyi polkada satmağa malı az olduğuna görə alver edə bilmir. Bu səbəblə ona dost kimi pul tapmağını xahiş etmişdir. Ona pulu nağd olaraq 3000 azn vermişdir. O isə həmin pulları gündəlik olaraq hissə hissə, qaytarmışdır. Bundan sonra cavabdeh ona zəng edərək yoldaşını və oğlunu bazara öz polkalarına satıcı gətirdiyini demiş və əlavə olaraq dostundan özünə satıcı etdiyini bildirərək 5 alver polkası işlətdiyini bildirmişdir. Bundan sonra o, 5 polkada alver etmək üçün mal olmadığını bildirərək ondan 8000 manat pul istəmişdir. Ona pulların 2500 manatını nağd olaraq, qalan pulları isə, ona verdiyi kart hesablarına və onda olan digər kartına vurmağını söyləmişdir. Ona pulları hissə hissə olaraq ona yazdığı adına olan kapitalbank kart hesabına köçürmüşdür. Cavabdeh oktyabr ayında ondan götürdüyü bütün pulları 1 ay içində qaytaracağını bildirmişdir. Əlavə olaraq bildirir ki, kartla etdiyi ödənişlərdən əlavə olaraq nağd əllə 2500 manat olmaqla cəmi cavabdehə 8000 min manat pul ödəmişdir. Cavabdehə ödədiyi 8000 manatdan 2400 manatını qaytarmış qalan, 5600 manat borcunu qaytarmamışdır. Aradan bir neçə gün vaxt keçmişdir. 2 oktyabr 2024-cü il tarixdə təkrar ona zəng edərək bazarın Cop 29 ilə əlaqədar olaraq polkaların bağlı olduğunu bildirərək Rusiyaya gedəcəyini bildirmişdir. Hazırda cavabdeh Rusiyadan ona olan 5600 borcunu işləyib qaytaracağını bildirsə də pullarını qaytarmır, vaxtı uzadır. Cavabdeh ona 5600 manat pul borcu olduğunu etiraf edərək Rusiyada işlədiyini bildirir və Rusiyadakı vatsap nömrəsini ona verib. Hazırda cavabdehin ona olan borcu 5600 manat təşkil edir. Cavabdehə bir neçə dəfə zəng etsə də telefon və vatsap zənglərini açmamış və ödəniş etməkdən yayınmışdır. Cavabdehdən vatsapa yazaraq pullarını tələb edəndə ona əlavə vaxt verməyini bildirərək qalan borcunu işləyərək qaytaracağını bildirmişdir. O, anlayış göstərərək cavabdehə inanmış və pullarını qaytaracağını gözləmişdir. Əvvəllər arada mehriban münasibət olduğuna görə və utandığına görə cavabdeh telefonu açmırdı. Sonradan ümumiyətlə telefon zənglərinə cavab verməmişdir. Cavabdeh ondan götürdüyü cəmi 8000 manat puldan 2400 manat qaytarmışdır. Cavabdehin hal-hazırda ona 5600 manat borcu var. Cavabdeh ondan götürdüyü pulları tez bir zamanda, geri qaytarmağı barədə könüllü iltizam tərtib edərək ona qalan 5600 manat borcunu vaxtında qaytarmaq barədə öhdəlik götürmüş, lakin öhdəliyi düzgün icra etməmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı iddia tələbinin həçminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 5200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı yenidən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 5100 manat pulun tutularq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etdikdən sonra cavabdeh onunla vatsapla əlaqə saxlamış və ona 30 yanvar 2025-ci il tarixdə 300 manat, bundan sonra 10 mart 2025-ci il tarixində isə 100 manat ödəmişdir. Bundan sonra 7 aprel 2024-ci il tarixdə yenə 100 manat ödəmişdir. Cavabdeh whatsapla ona borclu olduğunu etiraf edərək və yaşlı olduğu halda, bu yaranmış vəziyətdən utandığını bildirmişdir. O, məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona olan 5600 (beşmin altı yüz) manat borcundan 500 (beş yüz) manat pul ödəmişdir. Hazırda cavabdehin ona olan borcu 5100 (beş min yüz) manat təşkil edir. İddia tələbini müdafiə edir. Əlavə olaraq bildirir ki, sübut olaraq cavabdehin yazdığı iltizamı, və etirafedici vatsap yazılarını asan sima vasitəsiylə məhkəmə işinə əlavə etmişdir və borcu olması barədə səs yazısını elektron diskdə göndərmişdir. Cavabdeh 1 may 2025-ci il tarixdə vatsapla ona video görüntülü zəng edərək təqayüd kartını ona göndərdiyini və ona ödənməmiş 5100 manat borcunun bitənədək təqayüd kartının onda qalacağını bildirmişdir. Məcburi köçkün müharibə veteranı və əlillik statusları var. Nevroloji, epileptik və psixoloji ağırlaşmaları var. Xəstəliyində olan ağırlaşmalara görə məhkəmə baxış iclasına gələ bilməyəcək. İştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini və Cavabdeh 5100 (beş min yüz) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikədn sonra cavabdeh tərəfindən ona 450 manat pul ödənilmişdir. Ümumilikdə cavabdehə 11000 manat pul vermiş, məhkəməyə verilənə kimi 5600 manat borcu qalmışdır. Məhkəməyə verildikdən sonra isə 450 manat ödəniş həyata keçirilmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 24 oktyabr 2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh bu iltizami ona görə vermişdir ki, tanışı İddiaçı ümumi olaraq kartla və nağd ödəmələr vasitəsilə 8000 manat pul borc götürmüşdür. Götürdüyü 8000 manat puldan 2400 manatını qaytarmışdır. Halhazırda İddiaçı 5600 manat pul borcu var. İşləyib borclarını qaytaracaq. - **********8 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 200 manat, **********0 nömrəli xx.xx.2025-ci il tarixli qəbzə əsasən 100 manat, 1-303268920 saylı xx.xx.2025-ci il tarixli qəbzə əsasən 50 manat, 1-268041094 saylı xx.xx.2025-ci il tarixli qəbzə əsasən 100 manat cavabdeh tərəfindən iddiaçıya ödəniş həyata keçirlmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan iltizamdan da göründüyü kimi Cavabdeh İddiaçı ümumi olaraq kartla və nağd ödəmələr vasitəsilə borc pul götürmüşdür. Götürdüyü manat puldan bir hissəsini qaytarmış, cavabdehin borcu hal-hazırda 5100 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh borc məbləği verilərək üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bu səbəbdən də iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5100 (beş min yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar