Məhkəmə qərarları › İş №e-2(075)-496/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-496/2023

16.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-496/2023 16.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi X4 oölunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Şəki rayonun Qayabaşı Bələdiyyəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəki rayonun Qayabaşı Bələdiyyəsinə qarşı “torpaq sahəsinə icarə müqaviləsinin bağlanması vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanda yerləşən 13 ha torpaq sahəsinə dair onunla Şəki rayonu Qayabaşı Bələdiyyəsi arasında icarə müqaviləsinin imzalanması vəzifəsinin cavabdeh Şəki rayonu Qayabaşı Bələdiyyəsinə həvalə edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 17 yanvar 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclasları keçirilmiş və mülki işin növbəti məhkəmə baxış iclası bu günə, yəni 16 may 2023-cü il tarixə, saat 15:30-a təyin edilmişdir. Lakin 16 may 2023-cü il tarixdə İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Şəki rayonun Qayabaşı Bələdiyyəsinin nümayəndəsi X5 işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə ünvanlamış, Cavabdeh Azərbaycan Respublikası Şəki rayonun Qayabaşı Bələdiyyəsinin nümayəndəsi X5 işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı və ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəki rayonun Qayabaşı Bələdiyyəsinə qarşı “torpaq sahəsinə icarə müqaviləsinin bağlanması vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar