Məhkəmə qərarları › İş №e-2(075)-56/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-56/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-56/2023 09.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, iddiaçı (sonrakı iddia üzrə cavabdeh) İddiaçı, cavabdehlər (sonrakı iddia üzrə iddiaçılar) Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və onların vəkili X30 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və barələrində xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi və sonrakı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X13 zəbt etdikləri ünvan 1 ünvanda yerləşən evdən çıxarılmaları və ona vurduqları maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 10000 manat pulun və ödədiyi 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin əlamətləri olduğundan xüsusi qərardad qəbul edib prokurorluğa göndərilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman İddiaçı Cavabdeh4 da cavabdeh qismində cəlb edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X13 zəbt etdikləri ünvan 1 ünvanda yerləşən evdən çıxarılmaları və ona vurduqları maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 10000 manat pulun və ödədiyi 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğundan xüsusi qərardad qəbul edib prokurorluğa göndərilməsini xahiş etmişdir. İddia tələbinin artırılmasına dair ərizə məhkəmənin icraatına qəbul edilmiş və digər cavabdehlərlə yanaşı, Cavabdeh4 da cavabdeh qismində cəlb edilmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 09 avqust 2022-ci il tarixdə, 2(075)- 1804/2022 nömrə ilə qeydiyyata alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun əmisi, Cavabdeh3 onun həyat yoldaşı, X23 isə bibisidir. ünvan 2 ünvanda yerləşən 7810 və 9191 inventar nömrəli fərdi yaşayış evləri atası X8 mülkiyyətində olmuşdur. Atası ilə anası X9 2008-ci ildə boşanmışlar, atasının yeganə vərəsəsi o olmuşdur. Atası 2013-cü ildə vəfat etmişdir, azyaşlı olduğundan onun yeganə vərəsəsi kimi ondan miras qalmış əmlakı vaxtında qəbul edə bilməmişdir. Ona görə də 2021-ci ildə Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)- 810/2021 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. 06 may 2022-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışa əsasən Şəki şəhəri, X47 küçəsi, ev 25 A, yeni qaydalarla Şəki şəhəri, X47 küçəsi, ev 71 onun mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə dair ƏMDK-nın yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 06 may 2022-ci ildə **********14-10301 reyestr nömrəli texniki pasport onun adına rəsmiləşdirilmişdir. O, Sumqayıt Dövlət Universitetinin tarix fakültəsində təhsil alır və müvəqqəti olaraq Sumqayıt şəhərində yaşayır. Cavabdeh, onun Şəki şəhərində olmamasından istifadə edərək ona məxsus fərdi yaşayış evinin darvaza qapısının kilidlərini qırıb özbaşınalıq edərək fərdi yaşayış evini zəbt etmiş, oraya həyat yoldaşı Cavabdeh3, bibisi X15 yerləşdirmiş və kimliyi barədə məlumat ala bilmədiyi bir qadına evi ayda 100 manata kirayə vermişdir. Cavabdehlər onun hüquqlarını pozmuşlar. Cavabdehlər onun ailə üzüvləri deyil, fərdi yaşayış evindən istifadə hüquqları yoxdur. Cavabdehlərin özlərinə məxsus 0,22 torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bir neçə evləri olmasına baxmayaraq əsassız varlanmaq və gəlir əldə etmək məqsədi ilə onun evinə kirayənişin yerləşdirmişlər. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda iddiaçılar Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Aşıq Cuma küçəsindəki 25 nömrəli fərdi yaşayış evindən onların, yəni Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun tanınması, həmin evə köçürülmələri, cavabdeh İddiaçı tərəfindən törədilən manelərin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 09 sentyabr 2022-ci il tarixdə, 2(075)- 2048/2022 nömrə ilə qeydiyyata alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar, X16 və X5 ailəsində hazırkı Şəki şəhəri, Aşıq Cuma küçəsi ev 25 ünvanda doğulmuşlar. X3 ünvan 3vanda özünə məxsus bir otaqlı fərdi yaşayış evi olmuş və onlar ailələri ilə birlikdə həmin ünvanda yaşamışlar. Ailədə 9 uşaq olmuşlar. X11 01 mart 1968-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra onlar anası ilə birlikdə həmin ünvanda yaşamağa davam etmişlər. Ataları rəhmətə getdikdən bir müddət Cavabdeh1 işləyərək ailəni dolandırmağa başlamışdır. Maddi vəziyyətləri düzəldikdən sonra Şəki şəhəri, Aşıq Cuma küçəsi ev 25 ünvanda atasında qalmış köhnə tikili sökülmüş və əlavə yeni ev inşa edilmişdir. Daha sonra həyətləri geniş olduğundan əlavə daha iki ev inşa edilmişdir. Anası 26 noyabr 2012-ci ildə vəfat etmişdir. Keçən müddət ərzində bacı-qardaşlar arasında heç bir mübahisə olmamışdır. X2 01 yanvar 2013-cü ildə kəskin koranar çatmazlığı səbəbindən Şəki şəhərində ölmüşdür. X1 Kamilə Fəxrəddin qızı adlı xanımla evli olmuş, onların birgə nikahından 17 may 2002-ci ildə İddiaçı adlı uşaqları doğulmuşdur. Dana sonra onların münasibətləri pozulduğundan 2008-ci ildə rəsmi olaraq ayrılmışlar. Qardaşları öldükdən sonra onun oğİu İddiaçı Şəki şəhəri, Aşıq Cuma küçəsi ev 25 ünvanda yerləşən evə gəlmiş və mərhum atalarından qalma mirasa yiyələnmək istədiyini bildirmişdir. Onlar isə həmin evlərin mərhum atalarına məxsus olduğunu, evlərin tikintisində və təmirində hər birinin iştirak etdiyini bildirmiş və onun həmin əmlaklara yiyələnməsinə imkan verməyəcəklərini bildirmişlər. Daha sonra onlara məlum olmuşdur ki, İddiaçı hansısa yolla atalarından miras qalmış Şəki şəhəri, Aşıq Cuma küçəsi ev 25 ünvanda yerləşən evlərə atasının (X2nun) adına texniki pasport almışdır. Hal-hazırda mərhum qardaşlarının oğlu İddiaçı onların uzun müddət istifadə etdikləri, istifadə hüququları olan evin qapısına kilid vurmaqla onların həmin evdən istifadəsinə maneə yaradır. Dəfələrlə ondan bu hərəkətlərinə son qoymasını ələb etsələr də, buna məhəl verməmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Şəki Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(075)-2048/2022 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsində 2(038)-1804/2022 nömrə ilə qeydiyyata alınmış İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı "zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işlə və Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-2048/2022 nömrə ilə qeydiyyata alınmış iddiaçılar Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı "istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli ev atasının evidir. Hazırda vərəsə olaraq həmin evə dair yeni çıxarış əldə edərək evin mülkiyyətçisidir. Əvvəllər evdə heç kim yaşamamışdır. Cavabdehlər tərəfindən ev kirayə verilmişdi. Sonradan evi öz adına keçirdikdən sonra qapının kilidini dəyişdirmişdir. 2022-ci ilin qış aylarında Şəkiyə gəldikdə evinin qapısının kilidinin qırılaraq yeni kilid quraşdırıldığını və evə yenidən kirayənişin qoyulduğunu görmüşdür. Həmin kirayənişin əri hərbiçi olan qadın olub. Hazırda cavabdehlər onu evə buraxmırlar. Amma bildiyinə görə artıq kirayənişin evdən çıxmış və evdə heç kim yaşamır. Cavabdehlərin ayrıca evləri var. O, həmin evə gələn zaman cavabdehlər münaqişə salaraq onu evdən uzaqlaşdırırlar. Cavabdehlərin həmin evdən istifadə etmək hüquqları belə yoxdur. 3 ildir ki, bu mübahisələr səbəbindən Sumqayıtdan gəlib-gedir. Hər dəfə gələndə 100-300 manat arası xərci çıxır. Cavabdehlərin hərəkətləri nəticəsində ona 10000 manata yaxın maddi zərər dəymişdir. Bunula yanaşı sarsıntı keçirmiş, hazırda mualicə olunur. Ona görə də, ona mənəvi zərərdə dəymişdir. İddia tələbinin təmin edilməsini, cavabdehlərin ona qarşı qaldırdıqları iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, İddiaçı qeyd etdikləri yalandır. Hazırda mübahisəli evdə bacısı Ruhangiz yaşayır. Həmin ev atasının olub. Onlar da həmin evdə doğulmuşlar və hazırda da həmin evdə qeydiyyatdadırlar. 1968-ci ildə atası vəfat etdikdən sonra pul xərcləyərək evin 95 faizini o təmir etdirərək yeniləmişdir. Evlənərək həmin evə gəlin gətirmişdir. Sonradan 2001-2002-ci illərdə yeni ev tikdirərək ailəsi ilə birlikdə öz evinə köçmüşdür. Artıq 15-16 ildir ki, öz evində yaşayır. İddiaçının qeyd etdiyi kimi evi kirayə verməmişdir. Evdə qalan qadın hərbiçi dostunun yoldaşı olmuşdur. Müvəqqəti qalmasında icazə vermişdir. Belə ki, həmin qadın 2022-ci ilin may ayında evə gəlmiş, payız aylarında isə evdən çıxıb getmişdir. Həmin qadın bacısı Ruhangizlə birlikdə qalmışdır. Ruhangiz də həmin evdə doğulmuşdur. 1989-cu ildə ərə getmiş, bir il yarıma yaxın müddərdə ər evində yaşamış və təxminən 1991-1992-ci illərdə yenidən həmin evə qayıtmış, bu günə kimi də həmin evdə yaşamaqdadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, mübahisəli evdə doğulmuşdur və həmin evdə yaşayır. Səhəti ilə bağlı müəyyən vaxtlar müalicəyə gedir. İddiaçı həmişə, o, evdə olmayan vaxt gəlir. O, evdə olan vaxt heç kim evə gəlməmişdir. O, 1989-cu ilin iyun ayında ailə qurmuşdur. Nigahları pozulmasa da iki ilə yaxın ər evində yaşamış, sonra yenidən ata evinə qayıtmışdır. Həyat yoldaşı oğlu ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. O, mütamadi olaraq ərinin və oğlunun yanına gedib-gəlsə də, hazırda həmin evdə yaşayır. 2003-2004-cü ildən etibarən mütəmadi olaraq Bakıya gedibgəlir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, 1979-cu ildə həmin evə gəlin köçmüşdür. 2002-2004-cü illərdə yeni ev tikərək ailəsi ilə birlikdə öz evlərinə köçmüşdür. Hazırda da öz evində yaşayır. Lakin mübahisəli evə də gedib-gəlir. Kamili 1 dəfə evə gələrkən görmüş, ona da heç bir maneə yaratmamışdır. Evdə Ruhangiz daimi yaşayır. Ruhangiz 1989-cu ildə ərə getmiş 2-3 il sonra qayıdaraq həmin evdə yaşamaqdadır. Evdə heç vaxt kirayənişin olmamışdır. Hərbiçinin həyat yoldaşı 3-4 ay evdə yaşamış, sonradan çıxıb getmişdir. Məhkəmə iclasında iştirak edən vəkil X39 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 iddia tələbinin təmin edilməsini və İddiaçı iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 bildirmişdir ki, mübahisəli evdə 9 uşaq böyümüşdür. 8 uşağa, o, analıq etmişdir. Onlardan biri vəfat etmişdir. O, 1968-ci ildə ərə gedib və bu günə kimi ər evində yaşayır. İddiaçının dediyi kimi onu heç kim evdən qovmayıb. Həmin evdə bacısı Ruhangiz yaşayır. Onun cehizləri də həmin evdədir. Evdə kirayənişin yaşamayıb. Bir nəfər qadın 3-4 ay yaşayıb, sonra gedib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X27 bildirmişdir ki, Cavabdeh1 onun bibisinin oğludur. Evi Adil tikmişdir. Həmin evdə hazırda Ruhangiz yaşayır. Ondan başqa heç kim yaşamır. Ruhangiz arabir Bakı şəhərində gedib qayıdır. Onun nə vaxt ərə getməsini və atası evinə qayıtmasını xatırlamır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X28 bildirmişdir ki, qonşu olmaqla 57 ildir ki, həmin məhəllədə yaşayır. Mübahisəli evin yerində 1 otaqlı ev var idi. Hazırkı evi Adil tikmişdir. Hazırda evdə Ruhangiz yaşayır. Ruhangiz ərə getmiş və xəstələndiyindən təxminən 5-10 il sonra ata evinə qayıtmışdır. Evdə Ruhangizdən başqa heç kim yaşamır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X36 bildirmişdir ki, o, qonşudur. 70-ci illərdə ev var idi, lakin sonradan Adil evi yenidən tikmişdir. Kamilin nənəsi Libadə, Tacəddin, Nurəddin, Adil və Ruhangiz andan olandan həmin evdə yaşamışlar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X31 bildirmişdir ki, Cavabdeh1, onun anasının xalası oğludur. Münasibətləri yaxşı olmaqla gediş-gəlişlidirlər. Evi Adil tikmişdir. Ruhangiz ərə gedib qayıtdıqdan sonra daim həmin evdə yaşamışdır. Arabir oğlunun yanına getsə də əsasən həmin evdə yaşayır. Ondan başqa evdə yaşayan yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh4 məhkəmənın hazırkı iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(075)-1291/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, ünvan 4 ünvanında X18 və Cavabdeh1 tərəfindən bağlanmış çöl-həyət, ev qapılarının açılması və mərhum X6 miras qalmış fərdi yaşayış evləri üzərində ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinin nümayəndələri tərəfindən müayinə-ölçü işlərinin aparılmasına Cavabdeh2, X24, Cavabdeh1 və X18 tərəfindən maneə yaradılmasının qadağan edilməsi qət edilmişdir. Sügedən qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş 06 may 2022-ci il tarixli, **********14-10301 reyestr nömrəli, 7810 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 06 may 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda 0.2259 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 44.5 kv.m olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 08 fevral 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 01 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 04 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməin surətindən görünür ki, 01 yanvar 2013-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi oğlu, İddiaçıdur. İş materiallarına əlavə edilmiş 28 aprel 2008-ci il tarixli, **********63-10301 reyestr nömrəli, 11635 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 01 may 2008-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Aşıq Cuma küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 162.4 kv.m yaşayış, 122.9 kv.m köməkçi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi Cavabdeh3 mülkiyyətindədir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 iddiası təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 06 may 2022-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışa əsasən Şəki şəhəri, X47 küçəsi, ev 25 A, yeni qaydalarla Şəki şəhəri, X47 küçəsi, ev 71 X8 vərəsəsi olan İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə dair onun adına DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 06 may 2022-ci ildə **********14-10301 reyestr nömrəli texniki pasport rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. İş materiallarından görünür ki, Şəki şəhəri, X47 küçəsi, ev 25 A, yeni qaydalarla Şəki şəhəri, X47 küçəsi, 71 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evə aid həyətyanı torpaq sahəsi 2022-ci ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evi və həmin evə aid həyətyanı torpaq sahəsi hazırda da İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq Cavabdeh2 həmin əmlakdan istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Göründüyü kimi, mübahisəli evdə Cavabdeh2 hal-hazırda yaşayır. Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 isə həmin evdə yaşamaları və istifadə etmələri ilə bağlı İddiaçı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə izahatlardan, o, cümlədən İddiaçı izahatından aydın olur ki, həmin şəxslərin hər biri öz evlərində yaşayır. Lakin Cavabdeh2 hazırkı vəziyyətdə həmin evdə doğulub, boya-başa çatdığını, ərə gedəndən bir müddət sonra qayıdaraq əsasən həmin evdə yaşamasını qeyd etməsi, bu səbəbdən X4 xüsusi mülkiyyətində olan evdən çıxmaması kimi xüsusatları məhkəmə əsaslı hesab etmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh2 həmin evə iddiaçının razılığı ilə və ya belə razılıq olmadan yerləşməsindən asılı olmayaraq o, hazırkı vəziyyətdə həmin evdən iddiaçının iradəsi ziddinə istifadə edir. Cavabdeh2 mübahisəli evdə doğulub yaşasada, ərə getdikdən sonra artıq yaşayış yerini dəyişmiş və hal-hazırdada mübahisəli evdə daimi yaşaması inandırıcı hesab olunmur. Onun iddiaçıya məxsus evdən çıxarılmaması üçün hər hansı qanuni əsas məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Bundan başqa məhkəmə, İddiaçı iddia tələbinin ona dəymiş 10000 maddi zərər və 10000 manat mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Tələbində edilən 10000 maddi zərərin nədən ibarət olması barədə İddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X19 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərərinsanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Lakin İddiaçı, ona 10000 manat məbləğində mənəvi zərərin dəyməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən məhkəmə iddia tələbini həmin hissədə də əsaslı hesab etmir. Bundan başqa məhkəmə hesab edir ki, iddianın Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 barəsində xüsusi qərardad qəbul edilib prokurorluğa göndərilməsi hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı mübahisə predmeti olan evə onların istifadə hüququnun tanınması, həmin evə köçürülmələri və İddiaçı tərəfindən törədilən manelərin aradan qaldırılmasına dair iddia tələbi ilə bağlı qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisə predmeti olan yaşayış sahəsi, həmin yaşayış sahəsinə aid həyətyanı torpaq sahəsi hazırda tam şəkildə iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 isə həmin yaşayış sahəsinə münasibətdə hər hansı subyektiv hüquqlara malik deyillər. Belə olan halda, məhkəmə hesab edir ki, onların mübahisə predmetinə aid olan fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması, həmin evə köçürülmələri və evdən istifadə edilməsinə İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddia tələblərinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə ödənilən dövlət rüsumu Cavabdeh2 alınıb İddiaçı verilməlidir. Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı iş üzrə ödənilmiş dövlət rüsumu iddia təmin olunmadığından onların özlərinə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməsi tələbinə dair iddiası qismən təmin edilməli, həmin evdə faktiki yaşayan X7 şəhəri, Aşıq Cuma küçəsi, ev 25A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalı, İddiaçı iddia tələbi qalan hissələrdə təmin edilməməli, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı Şəki şəhəri, Aşıq Cuma küçəsindəki 25 nömrəli fərdi yaşayış evindən onların, yəni Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun tanınması, həmin evə köçürülmələri, cavabdeh İddiaçı tərəfindən törədilən manelərin aradan qaldırılması tələbinə dair iddiaları təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməsi tələbinə dair iddiası qismən təmin edilsin. X7 şəhəri, Aşıq Cuma küçəsi, ev 25A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh2 alınıb İddiaçı verilsin. İddiaçı iddia tələbi qalan hissələrdə təmin edilməsin. Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı Şəki şəhəri, Aşıq Cuma küçəsindəki 25 nömrəli fərdi yaşayış evindən onların, yəni Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun tanınması, həmin evə köçürülmələri, İddiaçı tərəfindən törədilən manelərin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar