Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-58/2025 01.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı , Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsindən iddiaçıya məxsus 1/2 hissə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi onun, 1/2 hissəsi isə mərhum babası X3 paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları 30 aprel 2014-cü il tarixdə qeydiyyata alınaraq onlara ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və **********15-10301 reyestr nömrəli Texniki pasport verilmişdir. Həmin fərdi yaşayış evinin və torpaq sahəsinin 1/2 hissəsi onun mülkiyyətində olduğundan və evin hansı hissəsinin onun mülkiyyətinə düşdüyü müəyyən edilmədiyindən fərdi yaşayış evini təmir etdirə bilmirlər. Belə ki, onlar mülkiyyətlərində olan fərdi yaşayış evində paylı mülkiyyətçilər arasında müəyyən problemlər yaradır. Belə olan şəraitdə yuxarıda qeyd edilən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən onun payının müəyyənləşdirilməsi və real olaraq naturada ayrılması zərurəti yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, Məhkəmə ekspertizası mərkəzinin rəyində qeyd edildiyi kimi, ½ paydan qismən kənara çıxmaqla əmlakın faktiki olaraq bölünməsinə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz etməyərək, Məhkəmə ekspertizası mərkəzinin rəyində qeyd edildiyi kimi, ½ paydan qismən kənara çıxmaqla əmlakın faktiki olaraq bölünməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz etməyərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həmin evdə o və Mahmudun ailəsi yaşayır. Digər cavabdehlərin özlərinin evləri var. Mahmudla onun ayrı-ayrı giriş-çıxışları var. Torpağın 3 sotundan o, 3 sotundan isə Mahmud istifadə edir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və 262.8 kv.m. fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə X3 paylı mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ərazi idarəsinin arxiv materiallarında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı və X3 adlarına 27 aprel 2013-cü il tarixli, 7076 inventar nömrəli texniki pasport və 30 aprel 2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinin tələblərinə əsasən paylı mülkiyyətdə olan əşya razılaşmaya əsasən bölünə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinin tələblərinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. - Şəki şəhər Torpaqağac məhəllə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 117 nömrəli arayışından görünür ki, X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Məlum olan vərəsələri aşağıdakılardır. Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4. Arayışın qeyd hissəsində göstərilir ki, X3 birinci həyat yoldaşı Səmədova Alagöz vəfat etdikdən sonra mərhum X4 ilə evlənib. Lakin Seyran dan heç bir övladı yoxdur. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 127 nömrəli arayışında qeyd edilmişdir ki, ünvan 5 ünvanında yaşayan Cavabdeh1 həqiqətən qeyd edilən ünvanda yaşayır. Ailə üzvləri aşağıdakılardır. X5, İddiaçı, X2, X12, X11. - xx.xx.2019-cu il tarixli, AZ-İİ 010570 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli 10/7595 nömrəli rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iş üzrə iddiaçıya məxsus ½ hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər arasındakı faktiki bölgüsünün ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-Texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə uyğun oduğu müəyyən olunur. - İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilən ərizəsində qeyd edilmişdir ki, Məhkəmə ekspertizası mərkəzinin rəyinin nəticə hissəsinin ikinci bəndində (cümləsində) götərildiyi kimi, “fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin onların arasındakı faktiki bölgüsünün ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydalarına uyğun olaraq” faktiki olaraq evin və həyətyanı torpaq sahəsinin bölünməsinə köməklik göstərilməsini, hal-hazırdakı bölgü ilə tam razı olduğunu, ona düşən torpaq sahəsinin necə bölünməsindən asılı olmayaraq, faktiki aralarında heç bir narazılıq olmadığını, bugünki sənədinə (çıxarışına) uyğun olaraq bölgü olunması və iddia tələbinin tam təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilən ərizəsində qeyd edilmişdir ki, Məhkəmə ekspertizası mərkəzinin rəyinin nəticə hissəsinin ikinci bəndində (cümləsində) götərildiyi kimi, “fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin onların arasındakı faktiki bölgüsünün ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydalarına uyğun olaraq” faktiki olaraq evin və həyətyanı torpaq sahəsinin bölünməsinə köməklik göstərilməsini, hal-hazırdakı bölgü ilə tam razı olduğunu, torpaq sahəsinin necə bölünməsindən asılı olmayaraq, faktiki aralarında heç bir narazılıq olmadığını, bugünki sənədlərə uyğun olaraq bölgü olunması və iddia tələbinin tam təmin edilməsinə razı olduğunu bildirmişdir. - Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilən ərizəsində qeyd edilmişdir ki, Məhkəmə ekspertizası mərkəzinin rəyinin nəticə hissəsinin ikinci bəndində (cümləsində) götərildiyi kimi, “fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin onların arasındakı faktiki bölgüsünün ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydalarına uyğun olaraq” faktiki olaraq evin və həyətyanı torpaq sahəsinin bölünməsinə köməklik göstərilməsini, hal-hazırdakı bölgü ilə tam razı olduğunu, torpaq sahəsinin necə bölünməsindən asılı olmayaraq, faktiki aralarında heç bir narazılıq olmadığını, bugünki sənədlərə uyğun olaraq bölgü olunması və iddia tələbinin tam təmin edilməsinə razı olduğunu bildirmişdir. - xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyа: Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X15 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş haları ondan ibarətdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı və mərhum babası X6 hər birinə ½ pay müəyyən edilməklə ümumi paylı mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının atasıdır. Həmin fərdi yaşayış evi və torpaq sahəsi iki hissəyə bölünmüşdür. Bir hissədə Cavabdeh1, onun həyat yoldaşı, oğlu İddiaçı, onun həyat yoldaşı və uşaqları yaşayır. Evin digər hissəsi isə Cavabdeh2 və onun ailəsinin istifadəsindədir. İddia ərizəsində qeyd edilən cavabdehlər mərhum X7 digər övladlarıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı tərəfindən iddia tələbi ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin ½ hissəsinin mülkiyyətçisi olan mərhum X6 (vəfat etmiş paylı mülkiyyətçinin) mülkiyyətə gözləntisi olan vərəsələrinə qarşı yönəlmişdir. İddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 23 aprel 2025-ci il tarixli, 10/7595 nömrəli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iş üzrə iddiaçıya məxsus ½ hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər arasındakı faktiki bölgüsünə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə faktiki istifadə olunan hissənin naturada ayrılması nəzərdə tutulmamışdır. Hazırkı halda isə cavabdehlər mülkiyyətçilər deyil, mülkiyyətə gözləntisi olan şəxslərdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir.
Nəticə hissəsi:
Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması” barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev