Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-584/2023 05.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X8, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və cavabdehin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə köcürülməyi və Cavabdeh həmin evdən ailə üzvüləri ilə birlikdə cıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən ev mərhum babasının mülkiyyətindədir. Belə ki, mübahisə predmeti olan həmin evin babasının mülkiyyətində olması 3530/1126 nömrəli, 03 aprel 1938-ci il tarixli torpaq qeydi ilə rəsmiləşdirilmişdir. X40 vəfatından sonra onun birinci növbəli vərəsələrindən sonda ancaq anası, yəni babasının qızı Zərifə Məmmədova qalmış və mirası faktiki qəbul edərək ölənədək həmin evdə yaşamışdır. O, da heç vaxt ərə getməmişdir və 4 yaşından anası ilə bərabər həmin evdə yaşamışdır. 1973-cü ildə X50, yəni anasının anası vəfat etdikdən sonra da o, anası ilə gah atası evində, gah da babasına məxsus olan bu evdə yaşamışlar. Çünki, Telli nənənin yaşadığı otaqda anasının və onun əmlakı olub. Evin 1 otağında isə Ayna xala ilə dayısı Gülməmməd yaşayıb. Nənəsinin ölümündən bir müddət sonra dayısı yataq xəstəsi oldu. Ayna xala yataq xəstəsi olan ərinə, yəni dayısına tək baxa bilmədiyi üçün o, və anası yenə də babasının evinə qayıtmışlar. Dayısı vəfat edənədək ona qulluq etmişlər. Dayısı vəfat etdikdən sonra da o, anası dayısı arvadı Ayna xala anası rəhmətə gedənədək sözü gedən evdə yaşamışlar. Babasının birinci növbəli vərəsələrinin hamısından sonuncu olmaqla anası öldükdən sonra növbəti vərəsə kimi ancaq miras əmlak onun tərəfindən faktiki olaraq qəbul edilmişdir, Hətta anası xx.xx.2016-cı ildə vəfat etdikdən sonra da dayısı arvadı X21yla da o qalmışdır. Dayısı arvadı Ayna xala bir yandan ağır xərçəng xəstəsi olduğu üçün sözü gedən evin şəraitsizliyindən, qarşıdan soyuq payız və qış fəsli gəldiyindən və bir tərəfdən də evdə olmayanda Elmiranın gəlib onu döyüb yataq xəstəsi salmağından qorxduğundan Anasının vəfatından 2 ay sonra evi və əmlakı ona əmanət edib öz istəyi ilə bacısı oğlu Ramazanın evinə getdi. Çünki gərçəkdəndə Elmira dəfələrlə anasının və onun evdə olmadığından istifadə edib evə hücüm çəkib Ayna xalayla dalaşıb ona hədə qorxu gəlib. Pandemiya başlayanda Ayna xala xx.xx.2020-ci il tarixdə yoluxduğu karona xəstəliyindən xəstəxanada vəfat etdiyi üçün elə oradan da qəbristanlığa aparılıb dəfn edildi. Ayna xalanın vafat etməsi Pandemiyanın baş alıb getdiyi vaxta təsadüf etdiyi üçün ona yas mərasimi keçirilməsinə icazə verilmədi. Hazırkı vəziyyətdə qeyd edilən evdə anasının və dayısının arvadı Ayna xalanın vəfatından sonra ancaq o tək qalmış və mirası idarə etmişdir. Lakin 2020-ci ilin avqust ayında digər dayısı X7 Elmira Ağamməd qızı baş sağlığı üçün Bakı şəhərində yaşayan bacısı gilə getdiyi və evdə heç kimin olmadığını bilib heç bir razılıq və hüquqi əsas olmadan əvvəlcə onun yaşadığı evin darvazasının və evin bütün otaqlarının qapılarının qıfıllarını sındıırıb evə yerləşibdir. Onun əmlakı və cehiz əşyaları olan 1 otağın da qapısını sındırıb icəri girsə də əşyaları çox olduğu üçün öz əşyalarını yerləşdirə bilməyib. Ancaq evin digər bütün otaqlarına da öz əşyalarını yerləşdirib evdə yaşamağa başlayıblar. Guya evdə təmizlik işləri aparırıq adıylada evdə olan bütün sənədləri, paltarların çoxunu və əşyaları götürüb bəzilərini yandırıblar. Bakı şəhərindən qayıdıb evə girmək istəyəndə Elmira qapını açmadı. Belə olduqda məhəllənin ağsaqqalı, həmd ə əvvələrdə onların məhəlləsinin sahə müvəkkili olan Süleyman müəllimlə yenə həmin evə gəldim. Süleyman müəllimlə gəldiyini görüb Elmira qorxusundan qapını açdı. Elmiraya hansı əsasla evə girmisiniz, bu qapıları niyə sındırmısız dedikdə. Elmira açarları Aynanın bacısı oğlu verib. Süleyman müəllim Elmiraya evə qanunsuz girdiyindən məsuliyyət daşıyacağını izah etdikdə ona cəmi 6 ay vaxt verilməsini banka borcunun olmasını və həm kirayə pulu, həm də bankın borcunu verə bilmədiyindən qarşıdan soyuq payız, qış gəldiyindən fevral ayında borcumuz qurtardıqdan sonra matr ayındada evdən çıxacağına söz verdi. Belə olan halda o, nə polisə, nə məhkəməyə müraciət etmədi. O, həmin tarixdən Elmira və iki oğlu ilə birgə həmin evdə yaşamışlar. 2021-ci ilin mart ayında novruz bayramından sonra Elmiraya artıq yaz gəlib özünüzə ev tapın və evdən çıxın deyib hər gün onlardan evdən çıxmalarını tələb edirdi. O da evlərə baxırıq, ev tapmıırıq deyib bəhanələr gətirirdi. Beləliklədə matrda evdən çıxacaqlarına söz verən Elmira avqust ayının axırına kimi evdən çıxmadılar. 28 avqust 2021-ci ildə də Şəki şəhərində yaşayann bacısının əri qəfildən vafat etdi. Yas mərasiminə getdərək onkoloji xəstə olan bacısının da səhəti pisləşdiyindən 1 ay bacısı ilə qalmalı olmuşdur. Bir aydan sonra evə qayıdan da Elmira ümumiyyətlə qapını açmadı ki, daha səni evə buraxmaram. Çünki biz bu evə girəndə nə mart da, nə də heç vaxt bu evdən çıxmaq fikrimiz olmayıb. Ona bil-bilə yalan danışmışdı ki, ondan və oğlanlarından şikayət etməsin. Artıq bir ildir ki, burda otururam, indi səni də bu evə buraxmıram. Mən heç bir məhkəməni tanımıram, heç bir qətnaməni də saymıram. Bu evdə o, yaşayacaqdır vəssəlam. Hara gedirsən get, nə edirsən et. Bu da azmış kimi bir qıraqdan da başlayaraq evin ayrı-ayrı hissələrini sökmüşdür. Cavabdehlə danışıqlar əsasında razılığın əldə edilməsi mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı ifadə verərək iddia ərizəsində yazdıqlarından əlavə olaraq bildirdi ki, Cavabdeh X11 ilə birlikdə Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi tələbi ilə məhkməyə müraciət etmişdir. Məhkəmə onların iddiasını təmin etməmişdir. Odur ki, iddianın təmin olunmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X22 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən ev mərhum babası Məmməd Ağammədovun mülkiyyətindədir. X3 olmaqla uşaq vaxtlarında ailə üzvləri ilə birlikdə 1965ci ilə kimi həmin evdə yaşamış, daha sonra atası və digər ailə üzvləri ilə birlikdə həmin evdən köçüb getmişlər. 1989-cu ildə ailə qurub gəlin köçmüşdür. Həmin evdə əmisi X14 yoldaşı Ayna ilə yaşamışdır. 2020-ci ildə Ayna rəhmətə gedəndən sonra qardaşları da atasının vərəsəsi və kiçik övlad olduğundan evin ona düşdüyünü bildirərək onların da razılığı ilə baba evinə köçmüşdür. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X42 ifadə verərək bildirdi ki, 1981-ci ildən Şəki rayonunda yaşayır. Zərifə və Ayna onun qonşusu olub. Şəki şəhəri, F.X.Xoyiski küçəsidəki evdə Zərifə, qızı Bela və Ayna yaşayıblar. Ümumiyyətlə Elmiranı heç vaxt həmin evdə görməyibdir. Zərifə və Ayna rəhmətə getdikdən sonra həmin evdə Bela yaşamaqla evi idarə etmişdir. 2020-ci ildə Elmira həmin evə girib Bir müddət Bela ilə birlikdə yaşadıqdan sonra onu evə buraxmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, Bela onun qohumudur. 2012-ci il tarixdə Elmira X11 ilə birlikdə Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ ilə məhkməyə müraciət etmişdir. Məhkəmə onların iddiasını təmin etməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, Elmira onun bacısıdır. Mərhum babasının adına olan ünvan 1 ünvanda yaşamışlar. Həmin ünvanda əmisi X14 və onun yoldaşı Ayna yaşamışdır. Bela həmin ünvanda yaşamamışdır. İşin halları Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, X27 1928-ci ildə Şəki şəhərində anadan olmuşdur. X1, anası isə X28r. 07 sentyabr 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 13 sentyabr 2016-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon 2 saylı Dövlət notariat kontoru tərəfindən verilmiş 25 iyul 2013-cü il tarixli məktubun surətindən görünür ki, Şəki rayon 2 saylı Dövlət notariat kontoru bildirir ki, Şəki şəhəri, Arxaüstü məhəllə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2013-cü il tarixli, 117 nömrəli məktuba əsasən X12 vərəsələri aşağdakılardan ibarətdir.
1. X30-qızı (2003-cü ildə rəhmətə getmişdir)
2. X26- oğlu (1993-cü ildə rəhmətə getmişdir)
3. X14- oğlu (200-ci ildə rəhmətə getmişdir)
4. X29- qızı “Arxaüstü” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan X29 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onun dəfn xərcini qızı İddiaçı öz üzərinə götürmüşdür. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1960-cı il tarixdə anadan olmuşdur. X2, anası isə X18r. Şəki Rayon Məhkəməsinin 2 (075)-76/2013 saylı, 01 fevral 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X23 cavabdeh X13 qarşı qaynatası X19 xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq hüququnun verilməsi, evdən və həyətdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. X33 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2 (075)-76/2013 saylı, 01 fevral 2013-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-613/2013 saylı, 13 avqust 2013-cü il tarixli qətnaməsindən görünür ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 01 ferval 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən, iddiaçı X23 apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Məhəmməd Nurməhəmməd oğlu tərəfindən bibisi oğlu Ağamməd Məhəmməd oğluna verilmiş iltizamnamədən görünür ki, atasından qalan evlərini 1500 manat sovet puluna satmış, pulu tamam almışdır. Bundan sonra iddia etməyəcəyinə imza etmişdir. X31, X24, İddiaçı, X6 iştirakları ilə tərtib olunmuş 17 iyul 2023-cü il tarixli aktdan görünür ki, ünvan 5 ünvanında yaşayan X21 xx.xx.2013-cü il tarixdə bildirmişdir ki, mərhum həyat yoldaşı X14 2000-ci il tarixdə vəfat etmiş, həmin gündən bu günə kimi Gülməmmədin bacısı X29 bugünə kimi onunla birgə həmin evdə yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 02 mart 2022-ci il tarixli cavab məktubundan görünür ki, X20 məxsus Şəki şəhəri, F.Xoyski küçəsi, döngə, ev 6-da yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 23 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Müayinə-ölçü işləri aparılmasına maneçilik törədildiyindən və mübahisə olması qeydiyyata alınmalı daşınmaz əmlak barədə məhkəmədə davam edən proses olduğu müəyyən olunduğundan, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. “Arxaüstü” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 21 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Şəki şəhər, F.X.Xoyski küçəsi, döngə 3, 6 saylı evdə yaşamış X32 həqiqətən X9r. 4552 saylı texniki pasportda göstərilən Nuxa şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, 6 ünvanda yerləşən fərdi yaşayış evi həmin şəxsə məxsusdur. xx.xx.1943-cü ildə vəfat etmiş və Arxaüstü küçəsində dağlıq qəbirstanlığına dəfn edilmişdir. 29 may 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 19 sentyabr 1943-cü il tarixdə vəfat etmişdir. 30 iyul 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 30 iyun 2020-ci il tarixdə vəfat etmişdir. “Arxaüstü” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 21 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı və anası X4 şəhər, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yaşamışlar. Anası rəhmətə getdikdən sonra həmin ünvanda İddiaçı yaşamışdır. Məhkəmə qətnaməsi ilə həmin evdə yaşamaq hüququndan mərhum olmuş Elmira Ələkbərova qanunsuz şəkildə basqı yolu ilə evə daxil olmuş İddiaçı yaşayış evinə buraxmamışdır. Ona görə də İddiaçı məhəllənin keçmiş sahə müvəkkili Süleyman müəllimə müraciət etmiş və onun rəhbərliyi ilə evə daxil olmuşdur. Elmira Ələkbərova qanunsuz girdiyi üçün yalvarıb onun bank borcu olduğunu, onu ödəyib oradan çıxacagını bildirmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə qapının bağlandığını görmüşdür. ƏlCavabdeh İddiaçı evə buraxmamışdır. İddiaçı bütün sənədləri evdə qaldığı üçün yenidən məhkəmə yolu ilə sənədləri bərpa edərək iddia qaldırmış və hal-hazırda evə qayıtması ilə bağlı müraciət etmişdir. Evə buraxılmadığı müddətdə isə ata evində yaşamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi
Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən çıxarılması tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işdə İddiaçı babası X10 aid olan ünvan 8 mənzildən istifadə hüququ olan şəxs kimi cavabdehin həmin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı onun babası X10 aid olan mənzildən cavabdehin çıxarılması və onun həmin mənzilə köçürülməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh, ünvan 8 saylı mənzildən çıxarılması ilə bağlı məsələ həll edilərkən, əvvəlcə həmin şəxsin qeyd olunan mənzildən istifadə hüquqlarının olub-olmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Eləcə də, cavabdehin sözügedən mənzildən istifadə hüququnun olub olmaması müəyən edilməlidr. İşin tərəflər arasında mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh ailə üzvləri ilə birlikdə 1965-ci il tarixdə ünvan 8 mənzildən köçmüş, 1989-cu il tarixdə ailə həyatı quraraq gəlin kimi digər ünvana köçmüş, 2020-ci ildə dayısı arvadı Ayna rəhmətə getdikdən sonra həmin mənzilə gələrək yaşamışlar. Həmçinin, iş materiallarında olan Şəki rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli, 2(075)-76/2013 saylı, qətnaməsindən görünür ki, Cavabdeh da nümayəndəsi olduğu X11nın X13 qarşı qayınatası X19 xüsusi mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüququnun verilməsi, evdən və həyətdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Eyni zamanda həmin qətnamədən X33 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh nümayəndəsi olduğu anasının da ünvan 8 mənzildən istifadə hüququ yaranmamışdır. Bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Eyni zamanda, iş materiallarına əlavə edilmiş “Arxaüstü” məhəllə nümayəndəliyi tərəfindən tərəfindən verilmiş 21 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı və anası X4 şəhər, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yaşamışlar. Anası rəhmətə getdikdən sonra həmin ünvanda İddiaçı yaşamışdır. Məhkəmə qətnaməsi ilə həmin evdə yaşamaq hüququndan mərhum olmuş Elmira Ələkbərova qanunsuz şəkildə basqı yolu ilə evə daxil olmuş İddiaçı yaşayış evinə buraxmamışdır. Ona görə də İddiaçı məhəllənin keçmiş sahə müvəkkili Süleyman müəllimə müraciət etmiş və onun rəhbərliyi ilə evə daxil olmuşdur. Elmira Ələkbərova qanunsuz girdiyi üçün yalvarıb onun bank borcu olduğunu, onu ödəyib oradan çıxacagını bildirmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə qapının bağlandığını görmüşdür. ƏlCavabdeh İddiaçı evə buraxmamışdır. Beləliklə, İddiaçı Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanında uzun müddət yaşaması işdə iştirak edən şəxslərin izahatları ilə yanaşı, şahidlərin ifadələri və işin digər halları ilə sübuta yetirilir. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə daimi yaşamaq üçün gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi ilə izah oluna bilər. Digər tərəfdən qeyd edilməlidir ki, Cavabdeh məhkəmə iclasında izahatında 1965-ci ildə babası X10 məxsus Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanından ailə üzvləri ilə birlikdə köçərək başqa ünvanda yaşadığını bildirsə də, bu halın özü belə cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün əsasdır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh 1965-ci ildən sonra mübahisəli mənzildə yaşamır, daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmişdir. Bu müddət ərzində o, mübahisəli mənzildə yaşamağa cəhd göstərməmişdir və ya həmin mənzilə köçməklə bağlı məhkəməyə müraciət etsə də məhkəmə tərəfindən iddiası əsassız hesab olunmaqla təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyindən və ən azından onun 1965-ci ildən sonra mübahisəli mənzildə yaşamaması müəyyən edildiyindən, onun həmin mənzildən əvvəllər mövcud olan istifadə hüquqları artıq itirilmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını və Konstitusiya Məhkəməsinin Plenum Qərarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh mübahisəli yaşayış sahəsindən Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvandan ailə üzvləri ilə birlikdə çıxarılmalı, İddiaçı isə həmin evə köçürülməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə
qətetdi: İddia təmin edilsin. Cavabdeh Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanından ailə üzvləri ilə birlikdə çıxarılsın və İddiaçı həmin evə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elşən Vəliyev