Məhkəmə qərarları › İş №e-2(075)-592/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-592/2023

26.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-592/2023 26.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7 iştirakları ilə İddiaçı cavabdehlər X2, Cavabdeh10, Cavabdeh2, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh11, Mirzəyeva (Tağıyeva) Mahnur İnşallah qızına, Cavabdeh6, Cavabdeh12 Mürsəl oğluna, Cavabdeh8, Cavabdeh3, Cavabdeh7 qarşı “müqavilənin etibarlı hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Komissiyası tərəfindən 12 aprel 1999-cu il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-327, KOD 40401027 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu, M.Əsədov adına qəsəbədən, hazırki Şəki rayonu, Turan Qəsəbəsi ərazisində cizgidə göstərilən sərhədlər daxilində verilmiş 33,04 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla cavabdehlər Cavabdeh10, Cavabdeh2, Cavabdeh9, Cavabdeh11, Cavabdeh1, Mirzəyeva (Tağıyeva) Mahnur İnşallah qızı, Cavabdeh4, Cavabdeh6, Cavabdeh12 Mürsəl oğlu, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh7 arasında bağlanmış 15 sentyabr 2002-ci tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması və bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 02 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-592/2023 saylı, 02 may 2023-cü il tarixli qərardadı ilə 2(075)-592/2023 nömrəli mülki işin icraatı İddiaçı hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Lakin 08 may 2023-cü il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin varislərin müəyyən edilməsi barədə məlumatı məhkəməyə daxil olmuşdur. İddia ərizəsi 31 yanvar 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclasları keçirilmiş, növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 26 iyul 2023-cü il tarixə, saat 12:30-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 26 iyul 2023-cü il tarixdə İddiaçı vərəsələri X4, Nümayəndə qızı, X3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7 isə məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gərir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarın 5-ci bəndində göstərilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizənin baxılmamış saxlanıla bilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi işə onun iştirakı olmadan baxılmasını tələb etməmiş İddiaçı vərəsələri X4, Nümayəndə qızı, X3 məhkəməyə gəlməmişlər, cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7 isə işə mahiyyəti üzrə baxılmasını xahiş etmirlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı vərəsələri X4, Nümayəndə qızı, X1 qaytarılmalı vəümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ onlara izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh10, Cavabdeh2, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh11, Mirzəyeva (Tağıyeva) Mahnur İnşallah qızına, Cavabdeh6, Cavabdeh12 Mürsəl oğluna, Cavabdeh8, Cavabdeh3, Cavabdeh7 Müsrəl qızına qarşı “müqavilənin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı vərəsələri X4, Nümayəndə qızı, X1 qaytarılsın. İddiaçı vərəsələri X4, Nümayəndə qızı, X1 izah edilsin ki, onlar, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilərlər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar