Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-603/2025 09.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 oğlu, İddiaçı2 oğlu və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 oğlu, İddiaçı2 oğlu və İddiaçı3 cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçılar İddiaçı1 oğlu, İddiaçı2 oğlu və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı ildə rəhmətə getmiş mərhum X4 miras qalmış ünvan 1 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə hər birinə 1/3 hissə olmaqla miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi X2nun tam mülkiyyətindədir. Onun hüquqları 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən qeydə alınaraq ona ********** qeydiyyat nömrəli, **********80-10301 reyestr nömrəli çıxarış verilmişdir. X2 xx.xx.2016-cı ildə rəhmətə getmişdir. Onun aşağıdakı vərəsələri qalmışdır.
1. Həyat yoldaşı X1 -xx.xx.2015-ci ildə rəhmətə gedib 2. Oğlu İddiaçı3 3. Oğlu İddiaçı2 oğlu 4. Oğlu İddiaçı1 oğlu 5. X13-Xanım Şamil qızı. Miras qalmış evdə hər bir iddiaçının payı var. Hər birinin hissəsi atasının sağlığında ayrılmışdır. X10-Xanım Şamil qızı mirasın qəbul etməməsini və gələcəkdə də iddia qaldırmayacağı barədə notarial ərizə vermişdir. Vərəsəlik açılması üçün bütün sənədləri toplayaraq notariat ofisinə müraciət etsə də Notariusun xx.xx.2025-cü il tarixli qərarla imtina vermişdir. İmtina səbəbi kimi, mirasın qəbulu üzrə müddətin ötürüldüyü və mirasın faktiki qəbulu üzrə mötəbər sübutlar təqdim edilməməsini bildirilmişdir. Məhz buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə etdiyi sənədlərdən göründüyü kimi, X10-Xanım Şamil qız notariat ofisində ərizə verərək pay istəmədiyini bəyan etmişdirlər. Ölüm haqqında şəhadətnamələrdən göründüyü kimi, miras qoyan X9 xx.xx.2016-cı ildə rəhmətə getmişdir. Həyat yoldaşı X1 xx.xx.2015-ci ildə rəhmətə gedib. Miras əmlakı üzrə imtina etməyən əsasən 3 vərəsə var. Hər biridə öz payını qəbul etməyə hazırdı. İddiaçı3 miras əmlakında anadan olandan bu günə kimi yaşmaqdadır. Digər iddiaçılar İddiaçı2 və İddiaçı1 isə Rusiya Federasiyasında yaşasada hər il Azərbaycana gələrkən həmin evə düşürlər və öz hissələrində qalırlar. Hər üç iddiaçı mirası faktiki qəbul etmişdir. Mübahisə yoxdur. Buna görə də hər birinə mirasdan pay verilməlidir.
İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır
Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə iclasında iştirak edən İddiaçılar İddiaçı1 oğlu, İddiaçı2 oğlu və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılamsını mümkün hesab etmişdir.
İşin halları
İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Şəki şəhəri “Yuxarıbaş” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 593 nömrəli arayışdan görünür ki, X3 şəhəri “Yuxarıbaş” məhəlləsi, Şəki şəhəri Ə.Haqverdiyev küçəsi dalan 11/10 saylı evdə yaşamış və onun İddiaçı3, İddiaçı2 oğlu və İddiaçı1 oğlu adlı vərəsələri qalmışdır. Şəki şəhəri “Yuxarıbaş” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 135 nömrəli arayışdan görünür ki, İddiaçı3 Şəki şəhəri “Yuxarıbaş” məhəlləsi, Şəki şəhəri Ə.Haqverdiyev küçəsi dalan 11/10 saylı evdə qeydiyyatdadır və yaşayır.. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında olan ümumi sahəsi 303.6 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0741 ha həyətyanı torpaq sahəsi X5 tam paylı mülkiyyətindədir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı2 oğlunun etibarnamə üzrə nüamyəndəsi (vəkili) Vəkil ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasına imtina edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Ramazanova Şirin-Xanım Şamil qızının Şəki Regional “ASAN xidmət” mərkəzində nətaria ofisinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X2nun ölümündən sonra miras qalmış əmlakı faktiki qəbul etməmişdir, etmir və gələcəkdə də bununla bağlı iddia qaldırmayacaqdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin;
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər.
Məhkəmənin mövqeyi; Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçılar İddiaçı1 oğlu, İddiaçı2 oğlu və İddiaçı3 X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışda göstərilən ümumi sahəsi 303.6 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0741 ha həyətyanı torpaq sahəsi X4 miras qalmışdır. İş materialları ilə müəyyən olunur ki, mərhum X6 vərəsələri- İddiaçı1 oğlu, İddiaçı2 oğlu, İddiaçı3 və Ramazanova Şirin-Xanım Şamil qızıdır. X8-Xanım Şamil qızı atasından qalmış miras əmlakdan imtina etmişdirr. Həmin şəxs paydan imtina etdiyindən onun heç bir pay və hüquqları yoxdur. Göstərilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1 oğlu, İddiaçı2 oğlu və İddiaçı3 mərhum X6 ölümündən sonra miras əmlaka yiyələnməsi işin mübahisəsiz halı olduğundan o, mirası faktiki olaraq qəbul etmiş sayılır. İşin bu halları onu deməyə əsas verir ki, miras qoyan X9 öldükdən sonra İddiaçılar İddiaçı1 oğlu, İddiaçı2 oğlu və İddiaçı3 miras qalmış əmlakı faktiki surətdə yiyələndiyindən, o mirası qəbul etmiş sayılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 miras qalmış ünvan 1 ünvanında olan ümumi sahəsi 303.6 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0741 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 oğlu, İddiaçı2 oğlu və İddiaçı3 hər birinə 1/3 hissə olmaqla miras payı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. X4 miras qalmış ünvan 1 ünvanında olan ümumi sahəsi 303.6 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0741 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 oğlu, İddiaçı2 oğlu və İddiaçı3 hər birinə 1/3 hissə olmaqla miras payı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Vəliyev