Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-618/2024 16.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X3 Xidmət Mərkəzində Notariat ofisinə (üçüncü şəxs X1) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X3 Xidmət Mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Xidmət Mərkəzində Notariat Ofisinin 17 iyul 2023-cü il tarixli 8İ-12389 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 qeyd edilən iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı2 nümayəndəsi, həmçinin İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, razılıq əldə edilməsi səbəbindən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq idiaçılar, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X3 Xidmət Mərkəzində Notariat ofisinə (üçüncü şəxs X1) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı2 və İddiaçı1 geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-618/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-618/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver