Məhkəmə qərarları › İş №e-2(075)-645/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-645/2023

17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-645/2023 17.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İkin Fikrət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən X5, X1, X9 və X7 ilə birlikdə Müstəqil "xxxx" Kiçik Müəssisəsi (bundan sonra müəssisə adlandırılacaq) 25 avqust 1992-ci il tarixli təsis protokolu ilə təsis edilmiş, Şəki şəhəri İcra Hakimiyyəti Başçısının 11 sentyabr 1992ci il tarixli 614 saylı sərəncamı ilə dövlət qeydiyyatına alınmışdır. Müəssisənin təsis protokolunda, nizamnaməsində və təsis müqaviləsində təsisçilərin (iştirakçılar) hər biri tərəfindən 15000 rubl ödənilmklə 75000 manat nizamnamə fondunun yaradılması nəzərdə tutulmuşdur. Lakin, nizamnamə kapitalı formalaşdırılmamış və təsisçilər tərəfindən ödənilməmişdir. Müəssisənin təsisçilərindən X9 vəfat eydiyi üçün, X7 isə ərizəsinə əsasən ali idarəetmə orqanı olan təsisçilər şurasının 28 dekabr 1992-ci il tarixli qərarı ilə təsisçilikdən azad olunmuşdur. Qalan digər iki təsisçidən anası X1 vəfat etdiyindən, X5 da öz təşəbbüsü ilə təsisçilikdən çıxdığı üçün o "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi kimi idarə etmiş, müəssisə ilə bağlı bütün qərarlar tərəfindən təkbaşına qəbul edilmişdir. Müəssisələrin qeydiyyata alınma səlahiyyətləri sonradan Ədliyyə Nazirliyinə verildiyindən Müəssisənin qeydiyyatının Ədliyyə Nazirliyinin Hüquqi X6 üzrə X11 yenilənməsi üçün 2004-cü ildə tərəfindən həmin orqana müraciət edilmişdir. Həmin vaxt orada ona Mülki Məcəllənin qüvvəyə minməsi ilə əlaqədar kiçik müəssisələrin qeydiyyatının mümkün olmaması yalnız məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında hüquqi şəxs qeydiyyata ala biləcəklərini bildirmişlər. Tərəfindəm "xxxx" Kiçik Müəssisəsinin təsis sənədləri həmin orqana təhvil verilmiş, beləliklə də xx.xx.2004-cü il tarixdə “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) dövlət qeydiyyatına alınmışdır. Lakin, hazırda ona məlum olmuşdir ki, qeydiyyat zamanı yanlışlığa yol verilərək “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsində "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılması və hüquq varisi olması qeyd edilməmiş, "xxxx" Kiçik Müəssisəsinin təsis sənədləri “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyat qovluğuna əlavə edilməmişdir. Hazırda "xxxx" Kiçik Müəssisəsinin təsisçilərindən sağ olan X2 həmin müəssisənin təsisçiliyindən çıxması barədə notarial qaydada təsdiq edilmiş ərizəsi tərəfindən əldə edilmişdir. Lakin, "xxxx" Kiçik Müəssisəsinin təsisçiliyindən çıxmış digər təsisçilər vəfat etdiyindən bu barədə ərizənin alınması mümkün deyildir. Göründüyü kimi, faktiki olaraq "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisinin (iştirakçısının) Ərizəçi olması, “X14” MMC-nin "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılması və hüquqi varisi olmasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Lakin, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada alınması, yaxud itirilmiş sənədlərin bərpası mümkün deyildir. “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılması və onun hüquqi varisi olması, həmçinin o faktla bir daha təsdiq olunur ki, 28 iyul 2005-ci il tarixində Şəki şəhər İcra Hakimiyyəti tərəfindən “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinə İstismara qəbul aktı verilmişdir. Yəni, İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi 1992-ci ildə "xxxx" Kiçik Müəssisəsinə ayrılmış, həmin tikilinin üzərindəki tikilinin İstismara qəbul Aktı isə onun bazasında yaradılmış və hüquqi varisi olan “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Göründüyü kimi “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin bazasında yaradılması və hüquqi varisi olmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar olmasına baxmayaraq qeydiyyat orqanı hüquq varisliyi barədə məlumatın müəssisənin Nizamnaməsində və dövlət reyestrində qeyd edilməsini təmin etmədiyi üçün, həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınması, yaxud ititrilmiş sənədlərin bərpası mümkün deyildir. Məhkəmə iclası zamanı Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 izahat verərək bildirdi ki, hal-hazırda müəssisənin adı "xxxx" kiçik müəssisədir. Bu səbəblədə həmin məssisəni eyni adlı qeydiyyatdan keçməsi mümkün deyildir. Həmin müəssisənin qeydiyyat qovluğu və təsis sənədləri ilə bağlı 11 saylı Ərazi Vergilər Baş İdarəsində hər-hansı bir məlumat aşkar edilməmişdir. Təhvil-təslimdə düzgün sənədləşmə aparılmamışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. İşdə olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının 11 sentyabr 1992-ci il tarixli, 614 nömrəli sərəncamından görünür ki, Şəki şəhəri, 4-cü rayon, Qoqol küçəsi, 1 nömrəli evin həyətində müstəqil təmir-tikinti və xalq istehlakı mallarının istehsalı satışı üzrə "xxxx" kiçik müəssəsi yaradılmış və nizamnaməsi qeyddən keçirilmişdir. İşdə olan Müstəqil kiçik müəssisə yaratmaq barədə təsis qrupunun yığıncağının 25 avqust 1992-ci iı tarixli prokoldan görünür ki, S.Feyzullayev "xxxx" kiçik müəssisəsinə direktor vəzifəsinə təyin edilməsi, "xxxx" müstəqil çoxsaylı kiçik müəssisəsinin nizamnaməsinin qeyddən keçirilməsi Şəki şəhər İcra Hakimiyyətindən xahiş edilməsi və "xxxx" müstəqil çoxsaylı kiçik müəssisəsinin itehsalat bazasından tikintisi üçün şəhərin Kiş çayının sol sahəsindən 0,5 hektar ayrılması Şəki şəhər İcra Hakimiyyətindən xahiş edilməsi qərara alınmışdır. İşdə olan müstəqil "xxxx" kiçik müəssisələrinin təsisçiləri iclasının 28 dekabr 1992-ci il tarixli prokoldan görünür ki, müstəqil "xxxx" çoxsahəli kiçik müəssisəsinin təsisçilərindən K.İsmayılov yoldaş vəfat etdiyindən və müddət ərzində nizamnamə fonduna müqavilədə nəzərdə tutulmuş pulu koçürmədiyindən təsisçilikdən azad edilməsi, müstəqil "xxxx" çoxsahəli kiçik müəssisəsinin təsisçilərindən K.Piriyev yoldaşın ərizəsini və bu günədək nizamnamə fonduna müqavilədə nəzərdə tutulmuş pulu ödəməsini nəzərə alaraq təsisçilikdən azad edilməsi, iki təsisçinin azad edilməsi ilə əlaqədar notarial qaydada təsdiq olunmuş müqavilədə nəzərdə tutulmuş nizamnamə fondunun ümumi məbləğinin miqdarı, təsisçilərin sayı və müəssisə işləyən zaman əldə olunmuş gəlirin təsisçilər arasında bölüşdürülməsi faizi məsələsi dəqiqlişdirilərək müqavilənin yenidən tərtib edilməsi və notarial qaydada təsdiq edilməsi, müəssisənin direktoru S.Feyzullayev yoldaşa və bütövlükdə təsisçilərə müəssisənin istehsalat bazasında tikintinin surəti artırılaraq 1 mart 1993-cü il tarixə tikintinin başa çatması və müəssisənin fəaliyyətə başlamasının tapşırılması qərara alınmışdır. İşdə olan müstəqil "xxxx" kiçik müəssisələrinin təsisçiləri ümumi iclasının 04 yanvar 1993-cü il tarixli prokoldan görünür ki, tikintini başa çatdırmaq üçün lazım olan inşaat materiallarını əldə etmək məqsədi ilə təsisçilərin hər birinin öz imkanları daxilində müəssisənin kassasına vəsait verməsi, təsisçilər tərəfindən bu məqsədə verilmiş vəsait müəssisənin əldə etdiyi gəlirdən birinci növbədə onlara ödənilməsi, M.S.Feyzullayevə və Ərizəçi yoldaşlara məxsus olan muəssisə bazasının tikintisi üçün lazımlı inşaat materialları inşaat meydançasına daşınaraq aktla hazırki qiymətlərlə mədaxil edilməsi, bu materiallar müəssisənin əldə etdiyi gəlir hesabına birinci növbədə alınaraq təsisçilərə qaytarılması və müəssisənin tikintisində yüksək ixtisaslı sənətkarlardan əmək sazişi üzrə istifadə edilməsi qərara alınmışdır. İşdə olan 29 dekabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 25 fevral 2002-ci il tarixdə vəfat etmişdir. İşdə olan 09 yanvar 1993-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 yanvar 1993-cü il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 31 yanvar 2023-cü il tarixli, **********401700 nömrəli məktubdan görünür ki, “X14” MMC xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN verilərək vergi uçotuna alınmışdır. Eyni zamanda, "xxxx" kiçik müəssisəsinin dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestr məlumatlarında, həmçinin “X14” MMC-nin ilkin qeydiyyat sənədlərində "xxxx" kiçik müəssisəsinin və ya hər hansı digər hüquqi şəxsin hüququi varisi olmasına dair heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyinin Hüquqi X6 üzrə X11 xx.xx.2004cü il tarixdə "xxxx" kiçik müəssisəsinin hüquqi varisi olan “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyata alındığı zaman yanlışlığa yol verildiyi müəyyən edildi. Göründüyü kimi ərizəçi qeyd edilən dövlət aktındakı yanlışlıqların aradan qaldırılması ilə bağlı ərizələrində göstərdikləri faktları təsdiq edə biləcək sənədləri başqa qaydada əldə edə bilməmişlər. Buna görə də, məhkəmə Ərizəçi ərizəsini əsaslı hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktı müəyyən müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi "xxxx" Kiçik Müəssisəsinin yeganə təsisçisi olması və “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Kiçik Müəssisəsinin hüquq varisi olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar