Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-647/2024 18.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi X5, Maraqlı şəxs: Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi X5 doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X8 ərizə ilə məhkəməyə müraciət edərək, X4 1928-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olması, X3 atasının Xəlilov Məhəmməd, anasının isə Xəlilova Tubu olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclasları keçirilmiş, mülki işin növbəti məhkəmə baxış iclası bu günə, yəni 18 aprel 2024-cü il tarixə təyin edilmişdir. Lakin 18 aprel 2024-cü il tarixdə ərizəçi X8 məhkəmə iclasında ərizə təqdim edərək, ərizənin baxılmadan geri qaytarılması saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X2 məhkəmə iclası zamanı ərizənin baxılmadan geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi ərizəçi X8 ərizənin baxılmamış saxlanılması barədə məhkəmə iclasında ərizə təqdim etmiş, maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X2 isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçi X7 qaytarılmalı və ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması ərizəçi X7 izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi X5 doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçi X7 geri qaytarılsın. Ərizəçiyə ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-647/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-647/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver