Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-662/2025 04.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı cavabdeh Şəki Regional“Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasin qəbulu faktının müəyyən müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci ildə ölmüş X1 miras qalmış Şəki şəhəri İzzət Nəbiyev küçəsi dalan 5 ev 4 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,404 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın tərəfimdən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Ərizə 28 yanvar 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası bu günə, yəni 04 mart 2025-ci il tarixə, saat 10:40-a təyin edilmişdir. Lakin 04 mart 2025-ci il tarixdə ərizəçi İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, ərizənin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Şəki Regional“Asan Xidmət” Mərkəzində Notariat Ofisi isə nümayəndəsini məhkəmə iclasına göndərməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Ərizəçi İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Ərizəçi İddiaçı cavabdeh Şəki Regional“Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasin qəbulu faktının müəyyən müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 90 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçi İddiaçı qaytarılsın. Ərizəçi İddiaçı yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-662/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-662/2025
04.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver