Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-666/2023 18.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X6 onun, yəni xx.xx.1968-ci ildə Şəki rayonu, Baqqal kəndində anadan olmuş Ərizəçi atası olması haqqında hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci ildə Şəki rayonu Baqqal kəndinə anadan olmuşdur. X3, atası isə X12 olmuşdur. Onlar ailədə 3 uşaq olmuşlar. O, qardaşı Fərman Talıbov və bacısı Sovqat Talıbova olmuşdur. X3 ilə atası X12 vəfat etdikləri günə kimi faktiki ailə şəklində yaşasalarda nikahları olmamışdır. X22 xx.xx.2005-ci ildə, anası Tükəz Talıbova isə xx.xx.2017-ci ildə vəfat etmişdir. X16 anası Tükəz Talıbovanın rəsmi nikahları olmadığı üçün onların qeyri rəsmi nikahlarından dünyaya gəlmiş uşaqların doğum haqqında şəhadətnaməsində atası qrafası boş saxlanılmışdır. Hal-hazırda onun və bacı-qardaşlarının doğum haqqında şəhadətnamələrində atası qrafası boşdur. İş materiallarına əlavə etdiyi arxiv arayışından göründüyü kimi, X6 adına ola təsərrüfatbaşına kitabda onun ailə üzvüləri kimi o, bacı-qardaşları və anası Tükəz Talıbovanın adı var. Başqa heç kəsin adı yoxdur. Şəxsiyət vəsiqəsində də bu günə kimi X22un adı qeyd olnumuşdur. Valideyinləri rəhmətə gedəndən sonra X23 Komissiyasının qərarı ilə ailə üzvlərinizə verilən torpaq sahələri və fərdi yaşayış evləri ilə bağlı vərəsəlik işinin açılması üçün Şəki Notariat ofisinə müraciət etmişdir. Bu zaman onun doğum haqqında şəhadətnaməsində ata qrafasının boş olması qeyd olunmuşdur. Bundan sonra Şəki Rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət etməyini tövsiyyə etmişdirlər. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Şəki şəhər X2 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 23 avqust 2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 23 avqust 2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər X2 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 01 mart 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 mart 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi – xx xxxx 1968-ci il tarixdə anadan olmuşdur. X1r. İş materiallarına əlavə edilmiş Azərbaycan R espublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli arxiv arayışından görünür ki, Şəki rayonu, Aşağı Göynük kənd XDS İcraiyyə komitəsinin 1980- 1982-ci illərin Baqqal kəndi üzrə təsərrüfatbaşına kitabına əsasən X6 təsərrüfatında ailə başçısı olduğu və X8, X10, X11 və Ərizəçi adlı ailə üzvləri olduğu qeyd edilmişdir. İş materiallarında olan Şəki şəhər İHB-nin Biləcik kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli arayışdan görünür ki, mərhum X12 12 avqust 2005-ci il tarixdə öldükdən sonra onun təsərrüfatında Ərizəçi (oğlu), X7 (gəlini), X9 (nəvəsi) və X5 (nəvəsi) adlı ailə üzvləri qalmışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi xx xxxx 1968-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Ərizəçinin atası X12 2005-ci ildə vəfat etmişdir. Ərizəçi, atasından miras qalmış fərdi yaşayış evinə dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün Şəki regional "ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etsə də, X6 onun atası olması barədə heç bir rəsmi sənəd olmadığından bundan imtina edilmişdir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 23 avqust 2005-ci ildə vəfat etmiş X6 Ərizəçi atası olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 23 avqust 2005-ci ildə vəfat etmiş X6 Ərizəçi atası olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-666/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-666/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver