Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-679/2022 16.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Heydər qızından 2005-ci il tarixində 6 hektar torpaq sahəsinin alınması üçün ödənilmiş ******* manat pul vəsaitinin 2005-2022-ci illər üzrə indeksasiya olunmuş şəkildə alınaraq ona verilməsi və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onun Şəki rayonu Qayabaşı kəndində özünə və ailə üzvlərinə məxsus torpaq sahəsi vardır. Təxminən 2005ci ilin əvvəllərində hazırkı iş üzrə Cavabdeh Heydər qızı əri X29 ilə birlikdə onun yanına gələrək oğlunun hərbidə problemləri olduğunu, həmin problemin həll edilməsi üçün pula ehtiyacları olduğunu buna görə də ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışa əsasən X29, X30, X16 və X7 xüsusi mülkiyyətində olan 14.59 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 6 hektarını satmaq qərarına gəldiklərini bildirmişlər. O da ailə üzvləri ilə məsləhətləşdikdən sonra onlarla razılaşmışdır. Səhəri gün Cavabdeh Heydər qızına həmin 6 hektar torpağın müqabilində o vaxtkı məzənnəyə uyğun olaraq ******* manat pul vermişdir. Torpağı adına nə zaman sənədləşdirəcəklərini soruşduqda Cavabdeh Heydər qızı torpağın mülkiyyətçilərindən birinin oğlu olduğunu, o hərbidən gəldikdən sonra sənədləşdirəcəklərini bildirmişdir. O da cavabdehin sözünə güvənərək razılaşmışdır. Həmin ildən başlayaraq torpağı o və ailə üzvləri istifadə etmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış fərmana əsasən kənd təsərrüfatının inkişaf etdirilməsi üçün müvafiq subsidiyaların verilməsinə başlanılmışdır. Həmin tarixdən etibarən o, Cavabdeh Heydər qızı və ailə üzvlərindən aldığı 6 hektar torpaq sahəsinin əkilməsinə görə subsidiya almaq üçün torpaq sahəsinin adına sənədləşdirilməsinin zəruriliyini Cavabdeh Heydər qızına bildirdikdə o, torpağın sənədləşdirilməsi üçün ailə üzvlərinin hamısının razılığı lazım olduğunu, ailə üzvlərinin isə kənddə olmadığını, oğlunun həbsə olduğunu bildirmiş və bunun əvəzində onunla müvəqqəti olaraq subsidiyanı almağı üçün bir illik icarə müqaviləsi bağlamağı təklif etmişdir. Göstərilən subsidiyanı almaq üçün başqa yolu olmadığından, eyni zamanda Cavabdeh Heydər qızı və ailə üzvləri ilə həmkəndli olduğundan onların sözünə inanmışdır. Onunla bağladığı icarə müqaviləsinə əsasən tərəfindən 6 hektar torpaq sahəsinin əkilməsinə görə dövlətdən subsidiya alınmışdır. (3 hektar öz adına, 3 hektar isə qardaşı X8 adına). Keçən müddət ərzində Cavabdeh Heydər qızına hər dəfə torpağı sənədləşdirməyi bildirdikdə sonuncu müxtəlif bəhanələr gətirmiş, hər dəfə sənədləşmədən yayınmışdır. O isə cavabdeh və ailə üzvləri ilə həmkəndli olduğundan ona inanmış, onların sözlərinə xilaf çıxacaqlarını düşünməmişdir. Daha sonra təxminən 2020-ci ilin ortalarından Cavabdeh Heydər qızının əri X29 onun həmin 6 hektar torpaq sahəsindən istifadəsinə maneələr yaratmağa başlamışdır. Bu səbəbdən tərəfindən polisə müraciət edilmişdir. Şəki ŞRPŞ-nin X32 izahat verərkən Cavabdeh Heydər qızı guya həmin torpaq sahəsini 2005-ci ildə 5 illik satmaq qərarına gəldiklərini, bu zaman onun həmin torpaq sahəsini almaq istədiyini onlara bildirdiyini, yoldaşının onunla razılaşdığını və onun ******* köhnə Azərbaycan manatını onlara verdiyini, üstündən 2 gün keçdikdən sonra guya onlara “qardaşım razı deyil 5 illik məsələsinə, ömürlük bizdə qalacaqdır” dediyini, onun isə “bilirsən ki, bu pulu qaytarmağa imkanımız yoxdu, sənə bu pulu qaytara bilməyəcəyik” dediyini, 2005-ci ildən bu günədək torpağı onun əkdiyini bildirmişdir. Daha sonra təhqiqatçının “Siz nə üçün 2010-cu ildən sonra Məzahirə torpaqdan istifadəyə icazə vermisiniz və bu barədə niyə hüquq mühafizə orqanlarına müraciət etməmisiniz sualına “mən 2010-cu ildən sonra hər il dedim ki Məzahirə çıx torpaqdan, lakin o çıxmadı, məndə gözlədim ki çıxar” cavabını, “Siz bildirirsiniz ki, sizin aranızdakı şifahi razılaşma 5 il müddətində idi və sonrakı illərdə Məzahirə sonrakı illərdə çıxamağını bildirsəniz də onun çıxmadığını bildirirsiniz. Bəs nə üçün həmin şəxslə 2010-cu ildən 2018-ci ilə kimi həmin şəxsin istifadə etməsi üçün icarə müqaviləsi bağlamısınız” sualına “Deyirdi kübrə almaq üçün müqavilə bağlayaq, sonra çıxacam, belə-belə 15 ildir ki torpaqdan çıxmır” cavabını vermişdir. Daha sonra X29, X30, X16 və X23 iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, onun onların mülkiyyətində olan Şəki rayonu Qayabaşı kəndində yerləşən 14.59 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması, tərəfindən olan manelərin aradan qaldırılması, həmin torpaq sahəsinə girişinə qadağa qoyulması və ondan uzun müddət ərzində həmin torpaq sahəsindən qanunsuz olaraq qazanc əldə etməsinə görə 5000 manat maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən X29, onun vəkili, həmçinin iddiaçılar X30, X16 və X7 nümayəndəsi (vəkili) Nümayəndə2 məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, onun onların mülkiyyətində olan Şəki rayonu Qayabaşı kəndində yerləşən 14.59 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması, onun tərəfindən olan manelərin aradan qaldırılması, həmin torpaq sahəsinə girişinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra o, 01 mart 2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışa əsasən X29, X30, X16 və X7 xüsusi mülkiyyətində olan 14.59 hektar kənd dəsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 6 hektar torpaq sahəsinin barəsində cavabdehlərlə onun arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması, olmadıqda isə onun tərəfindən torpaq sahəsinin satın alınması üçün 2005-ci ildə cavabdehlərə verilmiş 6 000 000 manat pul məbləğinin ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin mülki işə məhkəmədə baxılarkən o, məhkəməyə qarşılıqlı iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, X29, X30, X16 və X4 onlara ödədiyi 6 000 000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(075)-428/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, onun X29, X30, X16 və X2 RX olan ******* nömrəli çıxarış üzrə mülkiyyətlərində olan Şəki rayonu Qayabaşı kəndində yerləşən 14.59 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması və tərəfindən X29, X30, X16 və X1 torpaq sahəsindən istifadə etmələrinə edilən bütün maneələrin qadağan edilməsi, onun cavabdehlər X29, X30, X16 və X9 qarşı onlara ödənilmiş ******* manat pulun alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsi yuxarıda göstərilən qətnaməsində müəyyən etmişdir ki, “Məhkəmə həmçinin İddiaçı “cavabdehlərdən 6 000 000 manat pulun alınaraq ona verilməsi” tələbinə dair iddiasına münasibət bildirərək qeyd edir ki, İddiaçı məhkəmə iclasında sözügedən pul məbləğini cavabdeh X10 arvadı, Cavabdeh Heydər qızına verdiyini bildirmişdir. Lakin hazırkı mülki iş üzrə Cavabdeh Heydər qızı iş üzrə iddiaçı deyildir. İddiaçı qarşılıqlı iddia tələbi isə birbaşa Cavabdeh Heydər qızına yönəlmişdir. Cavabdeh Heydər qızı hazırkı mülki iş üzrə iddiaçı olmadığından İddiaçı hazırkı qarşılıqlı iddia ərizəsinə qeyd olunan mülki iş üzrə baxılaraq yekunlaşdırılması yolverilməzdir. Lakin İddiaçı qeyd olunan tələb üzrə müstəqil iddia qaldıra bilmək hüququnun olması da onun diqqətinə çatdırılmalıdır.” Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Heydər qızının Şəki ŞRPŞ-nin X32 verdiyi izahatdan da görünür ki, tərəfindən ona könhə Azərbaycan manatı ilə 6 000 000 pul verilmişdir. Sadəcə Cavabdeh məsuliyyətdən qaçmaq üçün guya həmin məbləğin 5 illik icarə müqabilində verildiyini bildirmişdir. Hazırkı vəziyyətdə belə bir sual ortaya çıxır. Əgər Cavabdeh Heydər qızı ilə 2005-ci ildə torpağın 5 illik icarəyə verilməsi üçün razılaşmışdısa nəyə görə o, 2020-ci ilə kimi ondan həmin torpağı boşaltmağı tələb etmirdi. Polisdə verdiyi izahatında göstərir ki, guya o, hər dəfə subsidiya almaq üçün icarə müqaviləsi bağladıqda torpaqdan çıxacağını bildirmişəm. Əgər belə bir hal var idisə nəyə görə Cavabdeh Heydər qızı çıxmadığı növbəti ili məhkəməyə müraciət etməmiş, 2021-ci ilə kimi gözləmişdir. 2005-cı il tarixdə mən 6 hektar torpaq sahəsinin alınması üçün Cavabdeh Heydər qızına cəmi ******* manat pul vermişdir. Həmin müddətdə ******* manata 6 hektar torpaq sahəsi alınması mümkün idisə hazırda həmin pula həmin ölçüdə torpaq sahəsinin alınması mümkün deyildir. Ona görə də hazırda həmin ******* manat pulu 2005-2022-ci illər üzrə indeksasiya olunmuş şəkildə Cavabdeh Heydər qızından tələb edir. Həmçinin, hazırda Şəki rayonu Qayabaşı kəndində bir hektar torpaq sahəsinin orta bazar qiyməti 3000 manatdan yuxarıdır. Hazırda 6 hektar torpaq sahəsinin alınması üçün 18000 manatdan artıq pul vəsaiti lazımdır. Bundan başqa, o, həmin torpaq sahəsinin tam yararlı vəziyyətə salınması və mineral və üzvü gübrələrin alınması üçün külli miqdarda pul xərcləmişdir. Torpağa həmin qulluqların edilməsində məqsədi torpağın münbitləşdirilməsi və əldə edəcəyi məhsuldarlığın, yəni gəlirin artması olmuşdur. Lakin cavabdehin ailə üzvlərinin hərəkətləri nəticəsində o, həmin gəlirdən məhrum olur. Torpağa lazımi qulluq göstərildikdən sonra torpağın məhsuldarlığının artması hamı üçün aşkar olan haldır. Belə ki, o, torpağı cavabdehdən aldıqdan sonra torpağın məhsuldarlığı hər hektara təxminən 10-15 sentiner olduğu halda tərəfindən edilən münbitləşdirmələr nəticəsində torpağın məhsuldarlığı 30-40 sentinerə çatmışdır. Buna görə də ona dəymiş ziyanın və maddi ziyanın cavabdehlər tərəfindən ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, 2005-ci ildə oğlunun hərbi xidmətdə problemləri yarandığından özlərinə məxsus 6 hektar torpaq sahəsini 6 000 000 manat pul müqabilində İddiaçı 5 il müddətinə satmış – icarəyə vermişdir. Sonradan məhkəməyə müraciət etmiş, bundan sonra iddiaçı torpaqdan çıxmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, 2010-2019-cu illər ərzində məhkəməyə və polisə müraciət etməməsinin səbəbi hüququnu bilməməsi, öz aralarında işlərini yoluna qoyacaqlarını düşünməsi olmuşdur. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 Cavabdeh verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh keçən müddət ərzində bələdiyyəyə, icra nümayəndəsinə dəfələrlə məlumat vermişdir. Lakin iddiaçı torpaqdan çıxmamışdır. Cavabdeh 6 000 000 manat pulu torpağın 5 illik icarəsi üçün iddiaçıya vermiş, iddiaçı da 2005-2021-ci illər ərzində torpaqdan istifadə etmişdir. Odur ki, iddiaçı cavabdehdən hər hansı məbləği tələb etməkdə haqlı deyildir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X11 göstərmişdir ki, mübahisəli torpaq sahəsi Tofiq Zeynalova məxsusdur. O, 2005-ci ildə bələdiyyədə işləyərkən torpağın Məzahirə satıldığını eşitmiş, lakin bununla bağlı dəqiq məlumatı yoxdur. 2006-2009-cu illərdə bələdiyyə sədri, 2013-2018-ci illərdə icra nümayəndəliyində işləmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, tərəflər arasında mübahisənin olduğunu eşitməmiş, ona bununla bağlı şifahi və ya yazılı müraciət olunmamışdır. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X12 göstərmişdir ki, 2001-2012-ci illərdə icra nümayəndəliyində işləmişdir. İşlədiyi vaxtda X21 satdığını eşitmişdir. 2007-ci ildə Məzahir subsidiya almaq üçün icarə müqaviləsi bağlamaq üçün nümayəndəliyə gəlmişdir. Həmin vaxt Məzahir torpağı ömürlük aldığını, lakin sənədləşdirmədə çətinlik olduğunu demişdir. Tofiqdən öz növbəsində soruşduqda sonuncu torpağı satdığını demişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, tərəflər arasında mübahisənin olduğunu eşitməmiş, ona işlədiyi dövrdə bununla bağlı şifahi və ya yazılı müraciət olunmamışdır. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X24 göstərmişdir ki, o, həmin vaxt torpaq komissiyasının üzvü olmuşdur. 2007-ci ildən subsidiyaların verilməsinə başlanmışdır. Məzahir icarə müqaviləsi əsasında subsidiya almaq üçün müraciət etmişdir. Məzahir bir neçə il subsidiya almışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, tərəflər arasında alqı-satqı olduğunu şifahi eşitmişdir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən Hacıəliyev Fikrət oğlu göstərmişdir ki, 2010-cu ildən Sarıca inzibati ərazi komissiyasının üzvü olmuşdur. Məzahir bir neçə il icarə müqaviləsi əsasında subsidiya almışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, tərəflər arasında alqı-satqı olduğunu şifahi eşitmişdir. Lakin mübahisə olduğunu bilməmişdir. Elektron qaydada işə əlavə edilmiş: 26 aprel 2021-ci il tarixli aktdan görünür ki, Şəki rayonu Sarıca inzibati ərazi komissiyasının üzvləri X31, X17, X25, X13 və X5 akt tərtib edərək təsdiq etmişlər ki, X14 və onun həyat yoldaşı Cavabdeh Heydər qızına məxsus 6 hektar pay torpağını icarə müqaviləsi əsasında 3 hektar torpaq sahəsini, İddiaçı, 3 hektarını isə X26 uzun illər əkmişlər və subsidiyanı onlar almışlar. 07 may 2021-ci il tarixli aktdan görünür ki, Qayabaşı və Sarıca inzibati ərazi komissiyasının sabiq üzvləri X25, X5, X13, X31, X18, X6 və X3 təsdiq etmişlər ki, X19 aid 15 hektar torpaq sahəsinin 6 hektarı 2007-2018-ci illərdə İddiaçı hər il müqavilə əsasında icarəyə verilmişdir və həmin müqavilələr 2007-2019-cu illəri əhatə etmişdir. Yalnız 2018-ci ildə yazılan müqavilənin 3 hektarı İddiaçı, 3 hektarı isə X15 icarəyə verilmişdir. Onlar, yəni Qayabaşı və Sarıca inzibati ərazi komissiyasının üzvləri tərəfindən hər il 2007-2019-cu illərdə X10 9 hektar sahəsinə və İddiaçı adına 3 hektara, X8 adına yazılmış 3 hektara keçirilmiş və subsidiya hesablanmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-428/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia qismən təmin edilərək İddiaçı X29, X30, X16 və X2 RX olan ******* nömrəli çıxarış üzrə mülkiyyətlərində olan Şəki rayonu Qayabaşı kəndində yerləşən 14.59 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması və onun tərəfindən X29, X30, X16 və X1 torpaq sahəsindən istifadə etmələrinə edilən bütün maneələrin qadağan edilməsi, İddiaçı X29, X30, X16 və X9 qarşı onlara ödənilmiş 6 000 000 manat pulun alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Cavabdeh Heydər qızının Şəki ŞRPŞ-nin Sarıca PB-nə vermiş olduğu izahatın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Heydər qızı 6 hektar torpaq sahəsini 6 000 000 manat pul müqabilində Məzahir adlı şəxsə 5 illik satmasını etiraf etmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı cavabdeh və onun ailə üzvlərinə məxsus Şəki rayonu Qayabaşı kəndində yerləşən 14.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmiş, bunun müqabilində pul ödəmişdir. İddiaçı cavabdehlə arasında alqı-satqı müqaviləsi olduğunu, lakin sonradan cavabdehin torpağı tələb etdiyini və rəsmi müqavilənin bağlanmasından imtina etdiyini bildirərək torpağın alışı müqabilində verdiyi ******* manatın 2005-2022-ci illər üzrə indeksasiyasının və dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir. İddiaçı tərəf məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh tərəf iddianı qəbul etməmiş, pulu torpağın icarəsi qarşılığında, iddiaçının 17 il ərzində torpaqdan istifadə edərək gəlir götürdüyünü bildirmişdir. Mülki proses tərəflərinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən müvafiq olaraq mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. Ödənilməli olan pul məbləğlərinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı torpağın ona satılmasını bildirsidə bunula bağlı sübut təqdim edə bilməmiş, əksinə onun təqdim etdiyi şahidlər izahatlarında alqı satqının bağlanmasını dəqiq bilmədiklərini, bu haqda yalnız eşitdiklərini, tərəflərin aralarında illik icarə müqavilələrinin bağlanmasının isə şahidi olduğlarını bildirmişlər. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh Heydər qızı 2005-ci il tarixdə İddiaçı torpağın icarəsi qarşılığında ******* manat məbləğində pul almış, icarəyə verən kimi öz üzərinə düşən öhdəlikləri icra etmiş, torpağı icarəçiyə götürənə vermişdir. İcarəçi keçən müddət ərzində torpağın bəhərindən istifadə etmiş və gəlir götürmüşdür. İddiaçı həmin məbləği torpağın alışı qarşılığında verdiyini və cavabdehin onu aldatdığını bildirsə də, bu hallar məhkəmə iclasında sübuta yetirilməmiş, qanuni qüvvəsini almış Şəki Rayon Məhkəməsinin 2(075)-428/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı torpaqdan çıxarılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsi əsasında verdiyi pul məbləğinin indeksasiyasını tələb etməkdə haqlı deyildir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidlər də alqı-satqı prosesində birbaşa iştirak etməmiş, torpağın icarəsinin rəsmiləşdirilməsinə bu və ya digər qaydada iştirak etmişlər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı «Cavabdeh Heydər qızından 2005-ci il tarixində 6 hektar torpaq sahəsinin alınması üçün ödənilmiş ******* manat pul vəsaitinin 2005-2022-ci illər üzrə indeksasiyasının və ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-679/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-679/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver