Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-683/2023 18.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki şəhərində, Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1951-ci ildə Ağdam rayonu Novruzlu kəndində anadan olmuş Maraqlı şəxs1 onların qardaşı olmaqla aralarındakı qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1961-ci ildə Şəki şəhərində anadan olmuşdur. X3 20 iyun 1929-cu ildə Şəki şəhərində (keçmiş Nuxa) anadan olmuş və 06 iyun 2014-cü ildə Şəki şəhərində vəfat etmişdir. Anası Nəcəfova (Qasımova) Əzizə Sadıq qızı 16 mart 1926-cı ildə Şəki şəhərində (keçmiş Nuxa) anadan olmuş və 30 yanvar 2006-cı ildə Şəki şəhərində vəfat etmişdir. Ailələrində ondan başqa 11 yanvar 1964-cü il təvəllüdlü X7 adlı bacısı vardır və onların ikisi birlikdə ona məxsus Şəki şəhəri S.Rəhman küçəsi 14/38 saylı mənzildə yaşayırlar. X3 hələ rəsmi ailə qurmamışdan əvvəl 1945-1948ci illərdə X11 təhsil almış, Texnikumu 1948-ci ildə bitirmişdir. Texnikumu bitirdikdən sonra o zaman Sovet dövründə təyinat əsasında işləmək üçün Ağdam Barama qurutma məntəqəsinə işləməyə gedib və bir müddət orada yaşamışdır. Atası Ağdamda işlədiyi vaxtlarda İrandan qaçıb Azərbaycana gəlmiş ailənin qızı olan Quliyeva Qumru adlı xanımla qeyri rəsmi ailə qurmuş və bu birlikdəlikdən onların xx xxxx 1951-ci ildə Vaqif adlı oğlu olmuşdur. Vaqifin doğum kağızında yuxarı hissədə də atasının Vahid olması barədə qeyd vardır və onun şəxsiyyət vəsiqəsində ata qrafasında atasının adı Vahid olaraq yazılmış, soyadı isə anasının soyadı olaraq Quliyeva kimi qeyd edilmişdir. X25 iş yerini dəyişdikdən sonra Şəki şəhərinə gəlmiş və burada anası X12 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan onun biz iki bacı Sevda və Durdanə adlı qızları olmuşdur. Bir müddət sonra isə atası əvvəlki ailəsi barədə evdə onlara danışmış və həmin vaxt anadan olmuş Vaqif adlı oğlunun onların qardaşları olduğunu bildirmişdir. Bu hadisədən sonra onlar qardaşları və anası ilə maraqlanaraq onlar barəsində məlumat toplamış və qardaşlarını tapmışlar. Bundan sonra isə doğma qardaş-bacı münasibətləri davam etmiş, ailələrinin birbirinə gediş gəlişə başlamışdır. Hazırda da bu münasibətləri davam etməkdədir. Hətta atası sağ olanda da qardaşı və ailəsi ilə münasibətləri davam etmiş, bir birilərinin evlərinə gedib gəlmişlər. Yuxarıda qeyd etdiyi və bacısı ilə yaşadığı ünvan 1 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. O və bacısının qardaşı Vaqifdən başqa doğma heç kimi yoxdur. Onlar bacısı ilə yaşadıqları mənzili qardaşları Vaqifə və onun ailəsinə bağışlamaq istəyirlər ki, onlardan sonra mənzilə doğmaları sahiblik etsin, Vaqifin uşaqları da ailələrinin çırağını yandırsınlar. Bu səbəbdən də Şəki Regional "ASAN XİDMƏT" mərkəzində Notariat Ofisinə müraciət etmişlər və tələb edilən lazımi sənədləri onlara verərək ki, bağışlama hərəkətini rəsmiləşdirmişlər. Lakin oradan onlara 11 fevral 2023-cü il tarixli 434 saylı məktubla imtina edərək bildirdilər ki, sistemdə qardaşları Vaqifin doğum kağızı yoxdur və onların təqdi etdikləri Vaqifin doğum kağızında Vaqifin onların qardaşları olması müəyyən edilmədiyindən doğum kağızı təqdim etməmiş kimi müraciətləri yerinə yetriməkdən imtina etdilər. Onlar da məcbur olub qardaşı Vaqiflə qohumluq faktının müəyyən ediməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Bildirmişdir ki, qardaşının doğum arxivi Ağdam şəhərində olmuş və məlum hadisələr zamanı həmin sənədlər məhv edilmişdir. Onlarda anca Vaqifə məxsus doğum şəhadətnaməsinin bir hissəsi qalmışdır. Onlar lazımi sənədləri özləri başqa cür əldə edə bilmədiklərindən məhkəməyə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 izahat verərək göstərmişdir ki, onlar Ərizəçi ilə bacı qardaçdılar. Bildirmişdir ki, atası Vahid kişi 1950-ci ildə Ağdam rayonuna gedərək, orada barama fabrikdə işləmişdir. Atası Ağdam rayonunda işlədiyi müddətdə onun anası Qumru ilə tanış olmuşdur. Bir müddətdən sonra onlar ailə qurmuşdurlar. Atası ilə anası ailə quran zaman onlar rəsmi nikah bağlamamışlar, ancaq Molla Kəbini kəsdirmişdilər. Onun anası Qumru hamilə olan zaman, atasını hərbi xidmətə çağırmışlar. Vahid 1952-ci ildə Ağdam rayonundan hərbi xidmətə getmişdir. Atası Vahid kişi hərbi xidmətdən qayıtdıqdan sonra anası Qumru ilə birlikdə Ağdam rayonunda yaşamışlar. Ağdamda yaşadıqları müddətdə maddi imkanları aşağı olduğu üçün atası Şəkiyə işləməyə gəlmişdir. Atası Vahid kişi Şəkidə barama fabrikində işləmişdir. Şəkidə barama fabrikində işləyən zaman yoxlama aparılmış, atasının işində artıq mal müəyyən olunduğu üçün 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Atası cəzaçəkmə müəssisəsində olduğu zaman o, balaca uşaq olmuşdur. Xatırladığına görə atası həbsxanadan onlara tez-tez məktublar yazmışdır. Sonradan anası Qumru ilə atasının əlaqələri kəsilmişdir. Atası vahid kişi həbsxanadan çıxdıqdan sonra Şəki şəhərində işləmişdir. Anası ilə atasının əlaqələri olmamış, onlar bu müddət ərzində görüşməmişdilər. Bir müddət sonra atası 1956-cı ildə Şəki şəhərində başqa şəxslə ailə qurmuşdur. 1957-ci ildə onun Sura adlı bacısı anadan olmuşdur. 1964-cü ildə o, atası Vahidin Şəki şəhərində yaşadığı ünvanı müəyyən etmiş, gəlib atasını tapmışdır. 1965-ci ildən sonra isə onların əlaqələri yaranmış, bir-birilərinin evlərinə gedib gəlmişlər. Həmin müddətdə atası ona öz soyadını verməyi təklif etmişdir. Lakin onun ailə üzvlərində hamısının soyadı Quliyev olduğu üçün soyadını dəyişməmişdir. Göstərmişdir ki, o, həqiqətəndə Ərizəçi qardaşıdır. Ərizənin təmin edilməsinə etirazları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, onlar Ərizəçi və Maraqlı şəxs1 ilə bacı-qardaşdılar. Onlara bu barədə ataları danışmışdır. Teztez bir-birilərinin evlərinə gedib gəlmişlər. İ Qarabağ müharibəsi başlaya kimi tez-tez gedib-gəlmişlər. Vaqif onlara öz ailəsi ilə birlikdə də gəlmişdir. Vaqif onları Şuşaya, Cıdır düzünə gəzməyə aparmışdır. İndidə onların bir-biriləri ilə əlaqələri vardır. Maraqlı şəxs Şəki Regional Maraqlı şəxs2ndə Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki Regional Maraqlı şəxs2ndə Notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslı deyildir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 yanvar 1962-ci il tarixli, АЗ 083690 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1961-ci il təvəllüdlü Ərizəçi atası X8, anası X9r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan SSR X27 Komissariatı vətəndaşlıq vəziyyəti aktları haqqında 6299 nömrəli şəhadətnamədən görünür ki, Əzizə Sadıq qızının atası Sadıq Qasım oğlu və anası Dürsədəf Abbasqulu qızıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 31 dekabr 1933-cü il tarixli, ИЖ 055664 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 20 iyun 1929-cu il təvəllüdlü X4 atası X1, anası Surə Hüseyin qızıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 mart 1949-cu il tarixli, T 700595 seriya nömrəli diplomdan görünür ki, X8 1945-ci ildən 1948-ci ilə kimi X15 tam orta təhsil almışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 iyul 2004-cü il tarixli, 8909/5509 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil Ərizəçi adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 iyun 2014-cü il tarixli, AZ-İ 683835 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, 30 yanvar 2006-cı il təvəllüdlü X5 01 mart 2006-cı il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 76 nömrə ilə qeyd olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 dekabr 2022-ci il tarixli, 05/Q-2260/69 saylı nikah haqqında arayışdan görünür ki, X10 ilə X13 arasında 28 iyul 1956-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 215 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nəcəfova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 fevral 2023-cü il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi ünvan 4 ünvanda 11 yanvar 1964-cü il təvəllüdlü X7 da qeydiyyatdadır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 11 fevral 2023-cü il tarixli, 851 saylı arayışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Ərizəçi adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional Maraqlı şəxs2ndə Notariat Ofisinin 11 fevral 2023-cü il tarixli, 434 saylı məktubdan görünür ki, Ərizəçi məxsus olan ünvan 5 ünvanında yerləşən mənzili xx.xx.1951-ci il təvəllüdlü qardaşı Maraqlı şəxs1 bağışlamaq üçün qohumluğu təsdiq edən sənədlər olmalıdır. Lakin qardaşı Maraqlı şəxs1 doğum haqqında şəhadətnaməsi təqddim olunmadığından və Elektron Notariat informasiya sistemində doğum haqqında şəhadətnamə aşkar olunmadığından həmin notariat hərəkətinin aparılması qeyri-mümkün hesab edilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 51 saylı doğum aktı qeydindən görünür ki, Quluyev Vaqifin anası X6r. Ata qrafası qeyd edilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci mаddəsinin tələbinə görə, isə qаnunvericiliklə müəyyən edilməsinin bаşqа qаydаsı nəzərdə tutulmаmışsа, hüquqi əhəmiyyəti olаn fаktlаr məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; - ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar: - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar; - hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Göründüyü kimi, ərizəçinin tələbi xx xxxx 1951-ci ildə Ağdam rayonu Novruzlu kəndində anadan olmuş Maraqlı şəxs1 onların qardaşı olmaqla aralarındakı qohumluq faktının müəyyən edilməsindən ibarətdir. Ərizəçinin, şahidin və maraqlı şəxsin məhkəmə iclasında verdiyi izahatdan və işə əlavə edilmiş sənədlərdən məlum olur ki, Ərizəçi xx xxxxxx 1961-ci il tarixdə şəki şəhərində anadan olmuş, onun atası X8, anası isə X9r. Ərizəçi mərhum atası ərizəçinin anası X12 ilə ailə qurmamışdan əvvəl Qumru adlı qadınla ailəli olmuş və onların ailə münasibətlərindən Maraqlı şəxs1 adlı övladları anadan olmuşdur. Ərizəçi hazırki ərizəsi ilə Maraqlı şəxs1 onun qardaşı olması faktının müəyyən edilməsini xahiş etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş doğum aktı qeydində də Ərizəçi mərhum atası X4 Maraqlı şəxs1 atası olması müəyyən olunmur. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş foto şəkillərdə əks edilmiş şəxslərin Ərizəçi və Maraqlı şəxs1 olmasını göstərsələr də, bu sübutun ərizənin təmin edilməsi üçün kifayət etmir. Şahidin ifadəsini də ərizənin təmin oluması üçün yetərli hesab etmir və qeyd edir ki, şahidin ifadəsi digər dəlillərlə sübuta yetməlidir. Göründüyü kimi ərizəçi qanunvericiliyin tələbləri baxımından onunla Maraqlı şəxs1 bacı qardaş olmalarını sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, Maraqlı şəxs1 ilə Ərizəçi bacı qardaş olmaları başqa sübutlarla təsdiq olunmadığından məhkəmə ərizəni əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi tələbə uyğun gələn qanuni əsasın tapılmasından və ərizəçinin məhkəməyə bildirdiyi faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh edilənlərə əsasən, Ərizəçi xx xxxx 1951-ci ildə Ağdam rayonu Novruzlu kəndində anadan olmuş Maraqlı şəxs1 onların qardaşı olmaqla aralarındakı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət e t d i: Ərizəçi xx xxxx 1951-ci ildə Ağdam rayonu Novruzlu kəndində anadan olmuş Maraqlı şəxs1 onun qardaşı olmaqla aralarındakı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-683/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-683/2023
18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver