Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-695/2023 20.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Ərizəçi maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyəti Başçısının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya qarşı nəvəsi X1 valideyn himayəsindən məhrum edilmiş hesab edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, nəvəsi X1 valideyn himayəsindən məhrum edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizənindən görünür ki, ərizənin “asan imza” ilə imzalanmış elektron formasında X2 nümayəndə qismində, digər ərizə formasında isə ərizəçi olaraq göstərilmişdir. Bundan başqa maraqlı şəxs qismində Şəki şəhər İcra Hakimiyyəti Başçısının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya qoyulsa da, ərizənin “asan imza” ilə imzalanmış elektron formasında maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd edilmişdir. Həmçinin ərizənin “asan imza” ilə imzalanmış formasında ərizənin tam məzmunu göstərilməmişdir. Müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normalarının tələbləri pozularaq tərtib edilmişdir. Buna görə də, Ərizəçi ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ərizəçiyə göstərilən nöqsanları aradan qaldıraraq yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasın Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu büdcəsindən dövlət rüsumunun ödəyicisinə qaytarılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ödədiyi 100 manat dövlət rüsumu onun özünə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyəti Başçısının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya qarşı nəvəsi X1 valideyn himayəsindən məhrum edilmiş hesab edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-695/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-695/2023
20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver