Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-706/2023 02.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh1 və X4 qarşı “payın naturada müəyyən olunması” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Sarıca qəbəsində yerləşən və JN-179 KOD 40402037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 17.51 hektar torpaq sahəsindən onun 2.918 ha dan ibarət payının naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə məhkəmədə baxılan zaman 16 mart 2023-cü il tarixdə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək Şəki rayonu Sarıca qəbəsində yerləşən və JN-179 KOD 40402037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 17.51 hektar torpaq sahəsindən onun payının 1/6 müəyyən edilməklə, həmin hissədən ibarət 2.918 ha torpaq sahəsinin naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki rayonu Sarıca qəsəbəsində yerləşən 17.51 ha torpaq sahəsi cavabdehlərlə onun və mərhum keçmiş arvadı X1 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi onlara Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə kənd təsərrufatı məhsulları istehsalı üçün verilmiş və adlarına JN-179 KOD 40402037 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı mövcuddur. Hazırda o, ayrı yaşayır. Belə ki, o, Zenfira Hüseynovadan boşanıb onlardan ayrılmışdır. Torpaq sahələrində bu səbəbdən ayıra bilmirlər. Torpağa verilən subsidiya da birgə ödənilir və o da öz torpağından sərbəst istifadə edə bilmir, mülkiyyət hüquqlarını qeydə aldıra bilmir. Onların hər biri bilir ki, onların hər birinin payı 1/6 hissədədir. Dəfələrlə payının naturada bölünüb verilməsini istəmişdir. O, öz payının naturada bölünməsini və sərhədlərinə hasar çəkməklə ayrılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, hazırki iddia ərizəsini qəbul edirlər. İddiaçının mübahisələndirilən torpaq sahəsindən payının müəyyən olunmasına etirazları yoxdur. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş JN: 179 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı, X5, X7, Cavabdeh2, Cavabdeh1 və X4 gizcidə göstərilən sərhəd daxilində 17.51 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsinin 30 mart 2023-cü il tarixli, 3-16-5/8-13- 632/2023 saylı sorğuya cavab məktubundan görünür ki, X1 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli, 10/2703 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və DWG (Mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu layihəsi) faylına əsasən JN-179 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktına göstərilən 17.51 ha torpaq sahəsi iki hissəli (JN 179-88926.09 kv.m və JN 179A-86186.36 kv.m) olub ayrıayrı ərazidə yerləşir. TEKUİS (X6 Uçotu informasiya Sistemi) proqramına əsasən İddiaçı və ailə üzvlərinin istifadəsində olan (sənəd üzrə 17.51 ha) torpaq sahəsi bir hissədə yerləşir. Faktiki istifadə vəziyyəti ilə vətəndaşın sənəd üzrə olan torpaq sahələri arasında bu cür uyğunsuzluq olduğundan hər iki (JN 179-88926.09 kv.m və JN 179A-86186.36 kv.m) torpaq sahəsi üzərində İddiaçı müvafiq olaraq 1/6 hissədə payının naturada ayrılması JN-179, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 17.51 ha torpaq sahəsinə faktiki istifadə qaydasına uyğun reyestrdən çıxarış alındıqdan sonra mümkün olacaqdır. İddiaçının faktiki istifadəsində olan 30792 kv.m torpaq sahəsi yerquruluşu planında göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 223.2-ci maddəsinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İddiaçılar İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN-179 KOD 40402037 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən torpaq sahəsi üzərində onun yəni, İddiaçı 1/6 pay olmaqla payının müəyyən olunması və həmin torpaq sahələrinin naturada bölünməsini xahiş etsə də, məhkəmə tikinti-texniki ekspertizasının rəyindən göründüyü kimi 17.51 ha torpaq sahəsi iki hissəli (JN 179-88926.09 kv.m və JN 179A-86186.36 kv.m) olub ayrı-ayrı ərazidə yerləşir. X6 Uçotu informasiya Sistemi proqramına əsasən İddiaçı və ailə üzvlərinin istifadəsində olan 17.51 ha torpaq sahəsi bir hissədə yerləşir. Faktiki istifadə vəziyyəti ilə vətəndaşın sənəd üzrə olan torpaq sahələri arasında bu cür uyğunsuzluq olduğundan hər iki (JN 179-88926.09 kv.m və JN 179A-86186.36 kv.m) torpaq sahəsi üzərində İddiaçı müvafiq olaraq 1/6 hissədə payının naturada ayrılması JN-179, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 17.51 ha torpaq sahəsinə faktiki istifadə qaydasına uyğun reyestrdən çıxarış alındıqdan sonra mümkün olacağı göstərilmişdir. Göründüyü kimi JN-179, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 17.51 ha torpaq sahəsinə faktiki istifadə qaydasına uyğun reyestrdən çıxarış alınmasa, torpaq sahəsinin naturada bölünməsi mümkün deyildir. İddia tələbindən aydın olduğu kimi qeyd edilən torpaq sahəsi üzərində İddiaçı onun torpaq üzərində payının müəyyən olunmasını, həmin payın naturada bölünməsini xahiş etmiş və həmin payın müəyyən olunaraq naturada ayrılması xahiş olunmuşdur. Buna görə də, məhkəmə hazırkı iddia tələbi üzrə mübahisələndirilən torpaq sahələri üzərində İddiaçı 1/6 pay hüququnun müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, JN: 179 KOD 40402037 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Şəki rayonu, Sarıca qəsəbəsində yerləşən 17.51 ha torpaq sahəsinə faktiki istifadə qaydasına uyğun reyestrdən çıxarış alınmasa torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığından həmin torpaq sahəsi üzərində İddiaçı 1/6 olmaqla payının müəyyən olunmasını əsaslı hesab etsə də, həmin payın naturada bölünməsini əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN: 179 KOD 40402037 nömrəli torpaq aktına əsasən Şəki rayonu, Sarıca qəsəbəsində yerləşən 17.51 ha torpaq sahəsi üzərində 1/6 payı müəyyən olunmalı, lakin həmin payının naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Lakin həmin tələblə bağlı iddiaçının çıxarış aldıqdan sonra məhkəmədə iddia qaldırmaq hüququqnun olması izah olunmalıdır. İddia qismən təmin edildiyindən 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı İddiaçı 25 manatı isə cavabdehlər X7, Cavabdeh2, Cavabdeh1 və X2 alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN: 179 KOD 40402037 nömrəli torpaq aktına əsasən Şəki rayonu, Sarıca qəsəbəsində yerləşən 17.51 ha torpaq sahəsi üzərində 1/6 payı müəyyən olunsun. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı İddiaçı 25 manatı isə cavabdehlər X7, Cavabdeh2, Cavabdeh1 və X2 alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-706/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-706/2023
02.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver