Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-754/2023 27.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh ASC-nin etibarnamə X4 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə barpa və iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin 6 nömrəli Regional Su kanal İdarəsinin rəisi Bayram Məmmədovun 13 dekabr 2022-ci il tarixli 052-R saylı əmrinin ləğv edilərək onun həmin vəzifəyə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mən, 2018-ci il tarixdən Azərbaycan Respublikası "xxxx" ASC-də (bundan sonra Cəmiyyət) müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə cavabdeh Cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinə əsasən Azərsu ASC-nin, Birləşmiş Su kanal MMC-nin, X10 İdarəsində Modul tipli Su təmizləyici X1 2-ci dərəcəli təmizləyici qurğuların operatoru vəzifəsinə təyin edilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə həmin cəmiyyət ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək yenidən əmək müqaviləsi bağlanmış və o 6 saylı Regional Su kanal İdarəsinin Modul tipli Su təmizləyici X3 2-ci dərəcəli təmizləyici qurğuların operatoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə 6 saylı Su kanal İdarəsinin rəisi S.Məmmədovun 301 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işə götürənlə əmək müqaviləsi bağlandığına görə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə Cəmiyyət ilə yenidən bağlanmış əmək müqaviləsinə əsasən 6 saylı Su kanal İdarəsinin, X10 Sahəsində Modul tipli Su təmizləyici X3 2-ci dərəcəli təmizləyici qurğuların operatoru vəzifəsinə təyin edilmiş və həmin gündən xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləmişdir. İşlədiyi dövrdə cəmiyyətlə aralarında bir neçə dəfə əmək müqavəsi bağlanmışdır. Sonuncu iş yeri cəmiyyətin 6 saylı Regional Su kanal İdarəsinin X10 Sahəsinin, İstismarın Təşkili və X6 Qrupu üzrə Modul tipli Su təmizləyici Qurğuların təmizləyici qurğuların operatoru vəzifəsində işləmişdir. İşlədiyi dövrdə heç bir inzibati tənbehi olmamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 10:45 radələrində iş yerindən 100 metr aralıda yerləşən mağazaya getmiş və bu vaxtı iş yerinə Regional İdarədən yoxlama gəlmişdir. O iş yerində olmadığı üçün ondan izahat yazmağı tələb olunmuşdur. Bununla bağlı xx.xx.2022-ci il tarixdə yazılı izahatını yazaraq rəhbərliyə vermişdir. Lakin yazdığı izahatla bağlı ona heç bir şifahi və ya yazılı xəbərdalıq edilməmiş, yaxud da bununla bağlı ona heç bir inzibati tənbeh verilməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə ona idarənin hüquqşünası idarəyə çağıraraq ona kompyuterdə tərtib olunmuş mahiyyətini bilmədiyi ərizəyə imza etməyini tələb etmişdir. O bunun nə ilə bağlı olduğunu soruşduqda formal xarakterli olduğunu bildirmişdir. O əvvəllərdə iş yerinin dəyişdirilməsi ilə bağlı bu tipli ərizələrə imza çəkdiyi üçün və həmin ərizənin onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsi ilə bağlı olduğunu bilmədiyi üçün o həmin ərizəyə imza etmişdir. Ərizə tərəfindən tərtib olunmamışdır. Bundan sonra Azərbaycan Respublikası "xxxx" ASC-nin 6 nömrəli Regional Su kanal İdarəsinin rəisi Bayram Məmmədovun 13 dekabr 2022-ci il tarixli 052-R saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) Cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinə (güya mənim ərizəm əsasında) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Halbuki həmin ərizə idarənin hüquqşünası tərəfindən tərtib edilmiş ərizə olmuşdur. Eyni zamanda ərizənin mahiyyəti barədə məlumat verilməmiş və formal xarakterli olduğu bildirilmişdir. Buna görə də, cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin 6 nömrəli Regional Su kanal İdarəsi 13 dekabr 2022-ci il tarixli 052-R saylı əmrini qanunsuz və əsassız hesab edir. Əvvəlcə cavabdeh olan Cavabdeh ASC-nin 6 saylı Regional Su kanal İdarəsinə aralarındakı əmək mübahisəsinin mediasiyada həll edilməsi üçün xx.xx.2022-ci il tarixdə təklif göndərmişdir. Cavabdeh tərəfindən təklifə cavab verilmədiyinə görə xx.xx.2023-cü il tarixdə ərizə ilə Mediasiya Şurasına əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, əvvəlki vəzifəsinə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi məsələlərinin mediasiyada həlli üçün müraciət etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etmədiyi üçün mediasiya prosesi keçirilə bilməmişdir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, o, 05 mart 2018-ci il tarixdən Cavabdeh ASC-nin, Birləşmiş Su kanal MMC-nin, X10 İdarəsində Modul tipli Su təmizləyici X1 2-ci dərəcəli təmizləyici qurğuların operatoru vəzifəsinə təyin edilmişdir. Bundan əvvəl o, 2012-ci ildən qeyri-rəsmi olaraq həmin qurumda işləmişdir. İşlədiyi müddət ərzində onun işində heç bir qüsur olmamışdır. 07 dekabr 2022-ci il tarixdə onun işlədiyi yerə yoxlama gəlmişdir. Həmin günü o 15 dəqiqə müddətində iş yerində olmamışdır. Yoxlama zamanı o işdə olmadığı üçün rəhbərlik tərəfindən ona izahat yazdırılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə idarənin hüquqşünası idarəyə çağıraraq ona komputerdə tərtib olunmuş ərizəyə imza etməyini tələb etmişdir. O, bunun nə ilə bağlı olduğunu soruşduqda formal xarakterli olduğunu bildirmişdir. Əmək kitabçasından göründüyü kimi əvvəllərdə öz ərizəsi ilə işdən çıxmış daha sonra yenidən işə bərpa olunmuşdur. Ərizənin onunla bağlanmış əmək müqaviləsinin daimi olaraq xitam verilməsi ilə bağlı olduğunu bilmədiyi üçün o həmin ərizəyə imza etmişdir. Ərizə onun tərəfindən yazılmamışdır. İddianı müdafiə edir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 göstərdi ki, Modul tipli Su təmizləyici X2 tez-tez yoxlama olur. Yoxlama zamanı İddiaçı iş yerində olmamışdır. Bundan sonra o artıq rəhbərliyin onunla işləmək istəmədiyini bildirərək könüllü olaraq ərizə verərərək əmək fəaliyyətinə xitam verilməsini xahiş etmişdir. Ərizə tərtib olunduqdan sonra iddiaçı tanış olmuş, ərizənin onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsi ilə bağlı olduğunu bilərək imza atmışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, 01 mart 2017-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür-Araz Boyu və digər yaşayış məntəqlərində istifadə olunan içməli suyun ekoloji standartlarına nəzarət və təminat X7 İstismar Bölməsinə (Qax rayonu Marsan kəndi) texniki operator vəzifəsinə təyin edilmişdir. 2018-ci ilin fevral ayında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 2018-ci ilin mart ayında Azərsu ASC-nin, Birləşmiş Su kanal MMC-nin, Qax Su anal İdarəsində bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdən Modul tipli Su təmizləyici X1 (Qax, Zaqatala, Şəki) 2-ci dərəcəli təmizləyici qurğuların operatoru vəzifəsinə təyin edilmişdir. 2018-ci ilin dekabr ayında 6 saylı Regional Su kanal İdarəsi ilə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən Modul tipli Su təmizləyici X3 (Qax, Zaqatala, Şəki) 2-ci dərəcəli təmizləyici qurğuların operatoru vəzifəsinə təyin edilmişdir. 30 avqust 2019-cu il tarixdə Əmək məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (başqa işəgötürənlə müqavilə bağladıqda) bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2019-cu ilin sentyabr ayında 6 saylı Regional Su kanal İdarəsi Qax Sukanal sahəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən Modul tipli Su təmizləyici X3 (Qax, Zaqatala, Şəki) 2-ci dərəcəli təmizləyici qurğuların operatoru vəzifəsinə təyin edilmişdir. 13 dekabr 2022-ci il tarixə Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan X10 sahəsinin Modul tipli sutəmizləyici qurğunun operatoru İddiaçı tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli izahatdan görünür ki, 07 dekabr 2022-ci il tarixdə 10:45 radələrində iş yerindən 100 metr aralıqda yerləşən mağazaya getmiş bu vaxt ərzində regional idarədən yoxlanma gəlmiş, lakin o, yerində olmamışdır. Bunun nəticəsi olaraq o öz səhvini başa düşdüyünü, bir daha təkrarlanmayacağını və işində məsuliyyətli olacağını bildirmişdir. İşdə olan X10 sahəsinin Modul tipli sutəmizləyici qurğunun operatoru İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə 13 dekabr 2022-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 6 nömrəli Regional Sukanal İdarəsinin 13 dekabr 2022-ci il tarixli, 052-K nömrəli əmrindən görünür ki, İddiaçı Qax Sukanal sahəsi İstismarın təşkili və X6 qrupu üzrə Modul tipli sutəmizləyici qurğuların təmizləyici qurğuların operatoru ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İşdə olan 01 fevral 2023-cü il tarixli MŞŞ/1/000149 nömrəli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya xərci olan 50 manat onun tərəfindən ödənilmişdir Məhkəmə iclasında tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iş üzrə İddiaçı 01 mart 2017-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür-Araz Boyu və digər yaşayış məntəqlərində istifadə olunan içməli suyun ekoloji standartlarına nəzarət və təminat X7 İstismar Bölməsinə (Qax rayonu Marsan kəndi) texniki operator vəzifəsinə təyin edilmişdir. 2018-ci ilin fevral ayında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 2018-ci ilin mart ayında Azərsu ASC-nin, Birləşmiş Su kanal MMC-nin, X10 İdarəsində bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdən Modul tipli Su təmizləyici X1 (Qax, Zaqatala, Şəki) 2-ci dərəcəli təmizləyici qurğuların operatoru vəzifəsinə təyin edilmişdir. 2018-ci ilin dekabr ayında 6 saylı Regional Su kanal İdarəsi ilə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən Modul tipli Su təmizləyici X3 (Qax, Zaqatala, Şəki) 2-ci dərəcəli təmizləyici qurğuların operatoru vəzifəsinə təyin edilmişdir. 30 avqust 2019-cu il tarixdə Əmək məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə (başqa işə götürənlə müqavilə bağladıqda) bağanmış əmək müqaviləsinə xitam verilmişdir. 2019-cu ilin sentyabr ayında 6 saylı Regional Su kanal İdarəsi Qax Sukanal sahəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən Modul tipli Su təmizləyici X3 (Qax, Zaqatala, Şəki) 2-ci dərəcəli təmizləyici qurğuların operatoru vəzifəsinə təyin edilmişdir. 13 dekabr 2022-ci il tarixdə iddiaçı idarənin hüquqşunası tərərfindən tərtib olunmuş ərizənin onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsi ilə bağlı olduğunu bilmədiyi üçün o həmin ərizəyə imza etmişdir. Buna görə də 13 dekabr 2022-ci il tarixdə onun bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəf əsassız olaraq işdən azad edildiyini göstərərək iddianı müdafiə edir. Cavabdeh təşkilatların nümayəndəsi isə iddianı qəbul etmirlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsünün olmasıdır. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi iddiaçı onunla bağlanmış fərdi əmək müqaviləsinə xitam verilməsi əmri verilərkən işdən azad olunan işçiyə aşağıdakı sənədlər təqdim edilməlidir: Əmək müqaviləsinə xitamla bağlı əmrin surəti; Əmək kitabçası (işçinin əsas iş yeridirsə). Son haqq-hesab dedikdə, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr başa düşülür. Göstərilən xüsusatlara əsasən İddiaçı əmək kitabçasını aldığını, son haqq hesab olan ödənişlərin ona ödəndiyi bildirməklə sonuncunun göstərilənləri qəbul edərək son haqq hesabı qəbul etməsi halları ərizənin iradəsnə uyğun olaraq imzalamasını öz təsdiqini tapır. İddiaçı məhkəmə prosesində onun ərizənin imzalayarkən hansı məqsədlə alındığını bilməməsi haqqında hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddiaçının ərizəni imzalamasını göstərmişdir. Məhkəmə heasb edir ki, MPM-nin 77-ci maddəsinin tələbləri baxımından iddia üzrə ifadə edilmiş bütün fikirlər iddiaçı tərəfindən sübut edilməlidir və bu vəzifə qanunvericiliyə əsasən iddiaçının üzərinə düşür. Bu baxımdan iddiaçının ərizənin imzalayarkən işdən azad olma ərizəsi olması barədə olduğunu bilməməsini deməsini məhkəməyə bildirməklə barəsində çıxarılmış əmrin ləğv edilməsinə çalışması məhkəmə tərəfindən qəbul edilə bilməz. Buna görə də "xxxx" ASC-nin 6 nömrəli Regional Su kanal İdarəsinin iddiaçı barəsində verilmiş işdən çıxarma haqqında əmri qanuni və əsaslı hesab edilməlidır. İşdən çıxarma səbəbinin düzgün ifadə olunmamasının işçini başqa müəssisəyə, idarəyə, təşkilata işə girməkdən məhrum etdiyi sübut olunduqda, məhkəmə respublika Əmək Qanunları Məcəlləsinin 239-3-cü maddəsinə uyğun olaraq, məcburi iş buraxma müddəti üçün, lakin bir illik müddətdən çox olmamaqla orta qazancı onun xeyrinə tutur. Qüvvədə olan bəhsi keçən Qərara istinad edərək məhkəmə iddiaçının onun işdən çıxarılmasının qanunsuz və əsasız səbəbi kimi göstərdiyi “ərizənin onun tərəfindən imzalanarkən hansı məqsədlə alınması barədə məlumatının olmamasının göstərilməsi hallarını formal əsaslar hesab edir və iddiaçının işdən çıxarma səbəbi qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdıraraq İddiaçı işdən çıxarılma əmrinin 13 dekabr 2022-ci il tarixi qəbul edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən, məhkəmə sübutlаrа оbyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sоnrа həmin sübutlаrа tətbiq edilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yоxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsində göstərilir ki, işdə iştirаk edən şəxslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yоxlаnılmаlı və qiymətləndirilməlidir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı Azərbaycan Respublikası "xxxx" ASC-nin 6 nömrəli Regional Su kanal İdarəsinin rəisi Bayram Məmmədovun 13 dekabr 2022-ci il tarixli 052-R saylı əmrinin ləğv edilərək onun həmin vəzifəyə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı Azərbaycan Respublikası "xxxx" ASC-nin 6 nömrəli Regional Su kanal İdarəsinin rəisi Bayram Məmmədovun 13 dekabr 2022-ci il tarixli 052-R saylı əmrinin ləğv edilərək onun həmin vəzifəyə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-754/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-754/2023
27.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver