Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-764/2023 31.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı hüquqi varisləri Nümayəndə, X12 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi, manelələrin aradan qaldırılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçılar İddiaçı hüquqi varisləri Nümayəndə, X12 və X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X18 Komissiyası tərəfindən 01 fevral 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0027, KOD 40402037 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu, M.Əsədov adına qəsəbədən, hazırki Şəki rayonu, Turan Qəsəbəsi ərazisində cizgidə göstərilən sərhədlər daxilində verilmiş 10,33 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla cavabdehlər Cavabdeh1 və X3 arasında bağlanmış 14 iyun 2002-ci tarixli və 05 yanvar 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması və bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qeyd edilən torpaq sahəsindən istifadəsinə edilən maneələrin aradan qaldırılması, həmçinin qeyd edilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən cavabdehlərin adlarına verilmiş 28 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X18 Komissiyası tərəfindən 01 fevral 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0027, KOD 40402037 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarına əsasən cavabdehlər Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh2 Şəki rayonu, Sarıca kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 10,33 hektar torpaq sahəsi ayrılmışdır. Cavabdehlər Cavabdeh1 və X3 14 iyun 2002-ci il tarixdə həmin torpaq sahəsini hər hektarı 500 ABŞ dolları olmaqla, ümumilikdə 5200 ABŞ dollarına ona satmışlar. Bununla bağlı onun və kəndin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 14 iyun 2002ci il tarixdə akt tərtib edilmişdir. Həmçinin, cavabdehlər Cavabdeh1 və X3 14 iyun 2002-ci il tarixdə və 05 yanvar 2002-ci il tarixdə yazdıqları qəbzlərdə özləri də onlara məxsus 10,33 hektar torpaq sahəsini hər hektarı 500 ABŞ dolları olmaqla, ümumilikdə 5200 ABŞ dollarına ona satdıqlarını, həmin 5200 ABŞ dollarını ondan qəbul etdiklərini və bununla bağlı gələcəkdə heç bir narazılıqlarının olmayacaqlarını bildirmişlər. Həmçinin cavabdehlər Cavabdeh1 və X3 həmin vaxtdan X18 Komissiyası tərəfindən 01 fevral 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0027, KOD 40402037 nömrəli dövlət aktının əslini ona təqdim etmişlər və həmin vaxtdan qeyd edilən torpaq sahəsindən o özüm istifadə edir. Son vaxtlara qədər həmin torpaq sahəsi ilə bağlı aralarında hər hansı bir mübahisə olmamışdır. Həmin vaxt aralarında notarial şəkildə müqavilə bağlanmadığına görə cavabdehlər həmin torpaq sahəsini istənilən vaxt adına rəsmiləşdirilməsi üçün notariat orqanına gedəcəklərinə söz vermişlər. Lakin, bir müddət bundan əvvəl həmin təkliflə cavabdehlərə müraciət etdikdə onlar əvvəlcə onunla razılaşsalar da, müxtəlif bəhanələrlə notariat orqanına getmə vaxtını uzatmışlar və bu müddət ərzində qanunsuz olaraq sənədlər əldə etmişlər. O isə onların fikirlərini dəyişdiyini sonradan bilmişdir. Belə ki, cavabdehlər həmin torpaq sahəsini ona satdıqlarını, torpaq sahəsinin sənədinin əslini ona verdiklərini və qeyd edilən torpaq sahəsindən 20 ilə yaxın müddətdə onun istifadə etdiyini bildikləri halda, dövlət idarələrinə yalan məlumat verərək, həmin torpaq sahəsi ilə bağlı verilmiş dövlət aktının itməsi barədə aidiyyəti orqanlara müraciət etmişlər və bu yolla qeyd edilən torpaq sahəsi ilə bağlı qanunsuz çıxarış əldə etmişlər. Cavabdehlərin həmin hərəkətləri nəticəsində həmin torpaq sahəsini adına sənədləşdirə bilmir. Halbuki, cavabdehlərin qanunsuz olaraq əldə etdikləri çıxarış etibarsızdır. X18 Komissiyası tərəfindən 01 fevral 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0027, KOD 40402037 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu, Sarıca kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində verilmiş 10,33 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla cavabdehlər Cavabdeh1 və X3 arasında bağlanmış alqısatqı əqdi etibarlı sayılmalı və bununla bağlı aralarında alqı-satqı əqdi bağlanmış hesab edilməlidir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən və işin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından müəyyən olunacaqdır ki, 14 iyun 2002-ci ildə aralarında razılaşma olarkən tərəfindən 5200 ABŞ dolları məbləğində pul cavabdehlərin mülkiyyətlərindəki 10,33 hektar torpaq sahəsinin cəmi dəyəri kimi verilmişdir. Aralarında 14 iyun 2002-ci il tarixdə bağlanmış müqavilə həqiqətən də etibarlı olmuşdur. Torpaq sahəsini aldığı 14 iyun 2002-ci il tarixdən bu günədək həmin torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsi ilə bağlı torpaq vergisini özü ödəyir. Bundan başqa həmin torpaq sahəsində yaxşılaşdırma işləri aparmış və bu yaxşılaşdırma işlərinə 30000 manata yaxın xərc çəkmişdir. Həmin yaxşılaşdırma işləri kimi həmin torpaq sahəsində olan daşları yığaraq avtomobillə daşıtdırmış, həmin torpaq sahəsini hamarlamış, həmin torpaq sahəsində olan abanı kolları təmizlətdirmiş və avtomobillə tullatdırmış, torpaq sahəsinə kənardan daşıdaraq peyin tökmüş, torpaq sahəsinin ortasından çıxaraq torpaq sahəsini yararsız hala salan qrunt sularının axmasının qarşısını almışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı hüquqi varisləri Nümayəndə, X12 və X6 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 və Cavabdeh4 eyni məzmunlu izahat verərək bildirdilər ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarına əsasən onlara, Cavabdeh1, və Cavabdeh2 Şəki rayonu Sarıca kəndinə aid olan torpaq sahələrindən cizgidə göstərilən sərhədlər daxilində 10,33 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsini cavabdeh İddiaçı müvəqqəti istifadəyə vermişlər. 2022-ci il tarixdə İddiaçı Bağır oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişlər. Şəki Rayon Məhkəməsinin 2 (075)-16/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə, onların iddiaları təmin edilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İşin halları İddiaçı, X2, X5, X8 və X7 tərəfindən tərtib edilmiş 04 yanvar 2005-ci il tarixli aktdan görünür ki, Şəki rayonu, Sarıca kənd sakini Cavabdeh1 və X3 özlərinə və ailə üzvlərinə məxsus Şəki rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 11 iyun 54 saylı qərarına əsasən 01 fevral 2000-ci il tarixdə Torpaq Mülkiyyət Hüququna dair JN 0027 KOD- 40402037 nömrəli dövlət aktı əsasında verilmiş 10,33 ha sahəsini Şəki rayonu Sarıca kənd sakini İddiaçı qarşılıqlı razılaşma əsasında satmışlar. 10,33 ha torpaq sahəsinin həmin ərazidə olan mövcud bazar qiymətlərinə uyğun olaraq 1 ha 500 ABŞ dolları olmaqla 10,33 x 500 ABŞ=5200 ABŞ dolları nəğd olaraq onlar iştirakı ilə Cavabdeh1 və Cavabdeh3 ödənilmişdir. Tərəflərin razılığına əsasən göstərilən vaxtdan torpaq vergisi İddiaçı tərəfindən ödəniləcəkdir. Eyni zamanda JN-0027 saylı KOD-40402037 əsasında dövlət torpaq aktının orijinal nüsxəsi və satılan torpağın cizgiləri əsasında Sarıca Bələdiyyəsinin iştirakı ilə İddiaçı təhvil verilmişdir. Nəğd ödənilən 5200 ABŞ (beş min iki yüz) dolların ödənilməsi barədə ailə üzvləri qəbz vermişlər. Həmin aktın doğruluğunu İddiaçı, X2, X5, X8 və X7 öz imzaları ilə təsdiq etmişlər. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”nın surətindən görünür ki, Şəki rayonu, Sarıca kəndində yerləşən 10.3343 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 mülkiyyətlərindədir və torpaq sahəsi üzərində hüquq xx.xx.2020-ci il tarixdə dövlət reyestrində 210 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 14 oktyabr 2020ci il tarixli, 01/9247 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Sarıca kəndində yerləşən 10.3343 ha torpaq sahəsinin 14 oktyabr 2020-ci il tarixinə bazar dəyəri 31000 (otuz bir min) manat təşkil edir. JN:0027 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu Sarıca kənd sakinləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə 10.33 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin 24 aprel 2023-cü il tarixli, 2(075)-764/2023 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1954-cü il tarixdə anadan olmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmiş İddiaçı adına vərəsəlik işi açılmışdır. Eyni zamanda “Elektron notariat” informasiya sistemindən əldə edilmiş məlumata əsasən onun X10, Nümayəndə və X4r. Şəki Rayon Məhkəməsinin 2 (075)-16/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 75-ci vərəqəsində olan 14 iyul 2002-ci il tarixli qəbzdə 1. rəqəmi qarşısında Cavabdeh1A yazısından əvvəl yerləşən imza Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, 75-ci vərəqəsində olan 14 iyul 2002-ci il tarixli qəbzdə 2. rəqəmi qarşısında Cavabdeh3 yazısından əvvəl yerləşən imza, Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, 277-ci vərəqəsində olan 05 yanvar 2005-ci il tarixli qəbzdə 1. rəqəmi qarşısında Cavabdeh1A yazısından əvvəl olan imza Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş və 277-ci vərəqəsində olan 14 iyul 2002-ci il tarixli qəbzdə 2. rəqəmi qarşısında Cavabdeh3 yazısından əvvəl olan imza, Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilci vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilcinin) etibarnaməyə, qanunun gostərişinə və ya buna vəkiledilmiş dovlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə gorə başqa şəxs (təmsil edilən)adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir vəonlara xitam verir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli ilə Şəki rayonu Sarıca kəndi ərazisindən 10.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Şəki rayonu, Sarıca kəndində yerləşən 10.3343 ha torpaq sahəsi bundan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 mülkiyyətlərindədir. Mərhum İddiaçı istifadə etdiyi JN-0027 nömrəli dövlət aktında olan 10.3343 ha torpaq sahəsindən özü istifadə etmiş və vergini özü ödəmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 həmin torpaq sahəsini İddiaçı 1 hektarı 500 ABŞ dolları olmaqla, cəmi 5200 ABŞ dollarına satmısı göstərilsədə, ekspert rəyi ilə sənəddə göstərilən imzaların cavabdehlər tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Bundan başqa tərəflər arasında qanunvericiliyin tələbinə uyğun, yəni notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmamış, eyni zamanda hazırda da torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 mülkiyyətlərindədir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir tələb üzrə iddiaçının üzərinə düşür. Ümumiyyətlə iddiaçılar iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə və bununla da iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Belə ki, İddiaçı hüququ varisi Nümayəndə Şəki rayonu, Sarıca kəndində yerləşən 10.3343 ha torpaq sahəsini cavabdehlərin ona satdığını bildirsə də, həmin torpaq sahəsini notarial qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında satın almamış, mübahisəli torpaq sahəsi onun adına tam rəsmiləşdirilmədiyindən eyni zamanda məhkəməyə təqdim edilən sənəddə göstərilən imzaların cavabdehlər tərəfindən yox, başqa şəxs tərəfindən imzalanması onun mülkiyyəti sayıla bilməz. İddiaçı yalnız cavabdehlərin şifahi razılığı əsasında həmin torpaq sahəsindən istifadə edir. Belə olan vəziyyətdə iddiaçının irəli sürdüyü tələb əsaslı hesab edilə bilməz. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi, maneələrin aradan qaldırılması və çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçılar İddiaçı hüquqi varisləri Nümayəndə, X12 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı X18 Komissiyası tərəfindən 01 fevral 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0027, KOD 40402037 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu, M.Əsədov adına qəsəbədən, hazırki Şəki rayonu, Turan Qəsəbəsi ərazisində cizgidə göstərilən sərhədlər daxilində verilmiş 10,33 hektar torpaq sahəsinin İddiaçı satılması ilə bağlı İddiaçı ilə cavabdehlər Cavabdeh1 və X3 arasında bağlanmış 14 iyun 2002-ci tarixli və 05 yanvar 2002-ci il tarixli alqı-satqı müqavilələrinin etibarlı sayılması və bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qeyd edilən torpaq sahəsindən istifadəsində edilən maneələrin aradan qaldırılması, həmçinin, qeyd edilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən cavabdehlərin adlarına verilmiş 28 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-764/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-764/2023
31.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver