Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-769/2023 25.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24 aprel 1990-cı il tarixdə ölmüş X9 onun atası olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 22 avqust 1991-ci il tarixli “Qeydiyyat Vəsiqəsinə” əsasən ünvan 1-də yerləşən fərdi yaşayış evi X6nun adına qeydiyyata alınmışdır. X6 24 aprel 1990-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra da həmin miras əmlakı o idarə etmişdir. Atasından miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisindən bildirmişdir ki, tərəfindən təqdim edilə doğum haqqında arayışda və Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə “X8” AQİS-dən əldə olunan çıxarışda ata qrafasında boş olduğuna görə qohumluq əlaqəsinin müəyyən edilməsi mümkün olmadığından notarius tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Məsələ ilə bağlı köməklik göstərilməsi üçün Şəki Rayon Qeydiyyat Şöbəsinə də müraciət etmişdir. xx.xx.2023-cü il tarixli məktubla müraciətinə cavab olaraq atalığın tanınması faktı tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bildirmişdir ki, atası ilə anasının faktiki nikahları olsa da, rəsmi nikaha o doğulandan 4 il sonra 1957-ci ildə daxil olmuşlar. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, xx xxxxxx 1953-cü il tarixdə Şəki rayonu Kiş kəndində anadan olmuşdur. Onun mərhum atası X18, mərhum anası X13 olmuşdur. Atası Yolçu ilə anası Tamam o, anadan olduqdan sonra 1957-ci ildə rəsmi nikah qeyd etdirmişlər. Bildirmişdir ki, bacısı Xanımla, qardaşı Vəlinin atalığı müəyyən olunmuşdur. Onların sənədində ata qrafasına X18 qeyd edilmişdir. Onun və bacısı Xətainin atalığı müəyyən olunmamışdır. Atası ilə anasının nikahı o anadan olduqdan sonra rəsmi qaydada qeyd edildiyindən, onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş buraxılmışdır. Onun atası və anası sağlıqlarında bir yerdə yaşamışlar. Bildirmişdir ki, onun atalığının müəyyən olunmaması vərəsəlik işi ilə bağlı müəyyən problemlər yaradır. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl atalığının müəyyən olunamsı ilə bağlı Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun doğum akt qeydində ata qrafası boş olduğuna görə, atasının ölüm haqqında şəhadətnaməsini təqdim edə bilməmişlər. Çünki X5nun ərizəçinin atası olması öz əksini tapmamıdır. Bu səbəbdən də atalığın müəyyən edilməsi bağlı ərizəçiyə imtina verilmişdir. Ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Ərizəçi onun dayısı oğludur. X5 onun dayısı olmuşdur. Bildirmişdir ki, dayısı yatağa işləmək üçün gedən zaman onun uşaqlarına o baxmışdır. Ərizəçigil 4 qardaş, 2 bacı olmuşlar. Ovçunun atası onun mərhum dayısı Yolçu, anası isə Tamam olmuşdur. Ərizəçi atası və anası ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Ovçunun atası mərhum Yolçu, anası Tamam olmuşdur. Sağlıqların ərizəçi atası və anası ilə birlikdə yaşamışdır. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 yanvar 2023-cü il tarixli, 05/Q-55/69 saylı doğum haqqında arayışdan görünür ki, xx xxxxxx 1953cü il təvəllüdlü X19 anası X15r. Ata qrafası qeyd olunmamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 06 iyun 1982-ci il tarixli, İİ-ЖГ 442098 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X20 ilə X21 arasında 19 fevral 1957-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ağabalayeva soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 03 may 1990-cı il tarixli, İV-ЖГ 279226 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 24 aprel 1990-cı il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 219 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 03 may 1990-cı il tarixli, AZ-İİ 163150 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 02 fevral 2007-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 110 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 07 fevral 2023-cü il tarixli, 3/1890 saylı arayışdan görünür ki, X11 şəhəri, C.Hüseynov küçəsi, 25 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmçinin qeyd edilmişdir ki, X3 Yolçu Bağı oğlunun oğludur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 07 may 1967-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 dekabr 2015-ci il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışdan görünür ki, Şəki şəhəri, C.Hüseynov, 25 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsinin 25 yanvar 2023-cü il tarixli, 05/Q-125/15 saylı məktubundan görünür ki, X9 X19 atası olmasının müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş notariat hərəkətlərinin aparılmasından imtina haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, X27 tərəfindən təqdim olunan doğum haqqında arayışda və “Elektron notariat” X1 vasitəsilə “X8” AQİS-dən əldə olunan çıxarışda ata qrafası boş olduğuna görə qohumluq əlaqəsinin müəyyən edilməsi və Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Odur ki, Ərizəçi ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətin aparılmasından imtina edilməsi qərara alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 24 aprel 1990-cı il tarixdə vəfat etmiş X18 Ərizəçi atasıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək 24 aprel 1990cı il tarixdə ölmüş X18 xx xxxxxx 1953-cü il tarixdə anadan olmuş Ərizəçi atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 24 aprel 1990-cı il tarixdə ölmüş X18 xx xxxxxx 1953-cü il tarixdə anadan olmuş Ərizəçi atası olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-769/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-769/2023
25.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver