Məhkəmə qərarları › İş №e-2(075)-774/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-774/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-774/2023 13.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun yaxın qohumları olan ünvan 1 ünvanında yerləşən evin ümumi-birgə mülkiyyətçiləri olan X10 miras qoyanın, yəni X11 anası olması hüquqi faktının təsdiq edilıməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, onun hal-hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən ev X11 və X12 adlarınadır. Həmin şəxslərdən X23 onun ata nənəsidir. X11 doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədiyi üçün Şəki Regional “Asan Xidmət” Mərkəzi tərəfindən ona məhkəməyə müraciət etməyi izah olunmuşdur. Belə ki, X1 Süleyman Cabbar oğlunun anasıdır. Həmin şəxslər vəfat etmişdilər. Həmin evin digər mülkiyyətçisi X25 onun atasıdır. Bütün vərəsələrin həmin mülkiyyəti notarial qaydada imtina etməyini nəzərə alınsa, o həmimn mülkiyyətçilərin sağ qalan yeganə vərəsəsidir. Qohumları olan X10 X11 anauşaq olmaqla onun yaxın qohumları olmaları faktı təsdiq edilməlidir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yerləşən ev X14 məxsus olmuşdur. X23 vəfat etdiktən sonra həmin evdə ərizəçinin atası yaşamışdır. Ərizəçinin atasını görmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X36 ifadəsində göstərdi ki, Ərizəçi X10 nəticəsidir. Fuad ailə həyatı qurduqdan sonra həmin evdə yaşamışdır. Mülki iş materiallarını araşdırıb, Ərizəçi və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 və X44 arasında 05 sentyabr 1984-cü il tarixə bağlanmış nikah 889 nömrə ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 18 yanvar 1955-ci il tarixdə anadan olmuşdur. X3, anası isə X18r. İşdə olan 05 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1986-cı il tarixdə anadan olmuşdur. X4, anası isə X27r. İşdə olan Bakı şəhəri, Xətai rayonu VVAQ Şöbəsi tərəfindən 24 dekabr 1980-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X25 20 oktyabr 2000-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhəri VVAQ şöbəsi tərəfindən 24 oktyabr 1972-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X26 09 oktyabr 1972-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhəri VVAQ Şöbəsi tərəfindən 06 yanvar 1969-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X23 30 dekabr 1968-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 may 2015-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 06 aprel 2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 iyun 2017-ci il tarixli, 691/12 nömrəli arayışdan görünür ki, X6 Şəki rayon qeydiyyat şöbəsi üzrə xx.xx.2015-ci ilə aid Şəki rayon qeydiyyat şöbəsində və Şəki rayon qeydiyyat şöbəsi arxivində nikah aktı qeydiyyatı tapılmamışdır. Yoxlama xx.xx.1970-xx.xx.2015-ci illər üzrə aparılmışdır. İşdə olan 28 iyul 2022-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina haqqına qərardan görünür ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İşdə olan Şəki şəhər “Giləhli” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 08 noyabr 2022-ci il tarixli, 97 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri, “Giləhli” məhəlləsi, Həzi Aslanov küçəsi, 2/6 saylı evdə yaşamış X23 30 dekabr 1968-ci il tarixdə vəfat etmiş və X19 adlı vərəsəsi qalmışdır. İşdə olan Şəki şəhər “Giləhli” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 08 noyabr 2022-ci il tarixli, 97 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri, “Giləhli” məhəlləsi, Həzi Aslanov küçəsi, 2/6 saylı evdə yaşamış X26 09 oktyabr 1972--ci il tarixdə vəfat etmiş və X31, X13, X16, X25, X32, X29 və Ərizəçi Süleyman oğlu adlı vərəsələri qalmışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxib İdarəsi Respublika X53 Filialı tərəfindən verilmiş 30 oktyabr 2017-ci il tarixli məktubdan görünür ki, Nuxa VVAQ Şöbəsinin 1890, 1910-cu illərin “Doğum qeydiyyat” kitabları və 1909-cu ilin “Nigahın qeydiyyat” kitabları Azərbaycan Respublikadı Dövlət X54 təhvil verilməmişdir. X7 1980-ci ildə, X11 1910-cu ildə anadan olmalarına və X26 ilə X7 nigahları olmalarına dair arayış təqdim edə bilməmişlər. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmıakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi tərəfindən verilmiş **********74-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0178 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 36.60 kvadrtat metr olan fərdi yaşayış evi X26 və X10 paylı mülkiyyətlərindədir. İşdə olan X28 Bakı şəhəri 40 saylı notariat kontoruna müraciət etdiyi 25 aprel 2018-ci il tarixli ərizəsindən görünür ki, X35 xx.xx.1968-ci il tarixdə vəfat etmiş X8 miras qalmış ona düşən payı etməmiş və qəbul etmək fikri yoxdur. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən Ərizəçi ünvanlanmış 28 noyabr 2022-ci il tarixli, TA-00828-2022 nömrəli məktubdan görünür ki, Şəki şəhəri üzrə 1910-cu ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına (doğum, ölüm, nikah, boşanma) dair sənədlər X55 təhvil verilmədiyi üçün ərizəsinin icrası tərəflərindən mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN xidmət” X38 tərəfindən Ərizəçi ünvanlanmış 05 fevral 2023-cü il tarixli, 05/Q-432-69 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş "Akt kitablarının saxlanması qaydası və müddətləri"n 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin (bundan sonra qeydiyyat - şöbələri və konsulluq idarələri) arxivlərin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir. Ərizəçi ərizəsinin təmin edilməsi imkanları xaricindədir. İşdə olan X20 Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etdiyi 01 may 2022-ci il tarixli ərizəsindən görünür ki, ərinin nənənsi X23 xx.xx.1968-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus olan əmlak miras qalmışdır. X9 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ərinə düşən hissədən ona düşən payı ərizə ilə, nə də faktiki qəbul etməmiş, etmir. Öz hərəkətlərinin əhəmiyyətini dərk edərək, hərəkətlərinin idarə etmək imkanına malik olaraq, onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq, digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmadan, həqiqi iradəsinə əsasən ərizəsini təsdiq etmişdir. İşdə olan X21 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoruna müraciət etdiyi 28 sentyabr 2017-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.1968-ci il tarixdə vəfat etmiş nənəsi X8 miras qalmış əmlakdan ona düşən payı etməmiş və qəbul etmək fikri yoxdur. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan X2 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoruna müraciət etdiyi 10 oktyabr 2017-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.1968-ci il tarixdə vəfat etmiş nənəsi X8 miras qalmış əmlakdan ona düşən payı etməmiş və qəbul etmək fikri yoxdur. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, ünvan 1 ünvanında yerləşən evin ümumi-birgə mülkiyyətçiləri olan X10 X11 anası olması hüquqi faktı müəyyən müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən evin ümumi-birgə mülkiyyətçiləri olan X10 X11 anası olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Şəki Rayon Məhkəməsinin hakimi Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar