Məhkəmə qərarları › İş №e-2(075)-775/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-775/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-775/2023 02.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 mart 2016-cı il tarixli, TXM-00006/16C saylı texniki xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən 7448.99 (yeddi min dörd yüz qırx səkkiz manat, 99 qəpik) AZN borcun, 100.00 (bir yüz) AZN mediasiya xərci olmaqla, ümumilikdə 7548.99 (yeddi min beş yüz qırx səkkiz manat, 99 qəpik) AZN pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mülki işə Şəki Rayon Məhkəməsində deyil, Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, işdə olan İnternet Vergi İdarəsinin portalından çıxarışlardan görünür ki, Cavabdeh (VÖEN **********) 13 saylı Ərazi Vergilər İdarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. Həmçinin İddiaçı MMC (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. Аzərbаycаn Respublikаsı 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsаsən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsаsən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi həm Cavabdeh həm də "xxxx" MMC sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxsdirlər. Həmin Məcəllənin 153.2-ci maddəsinə görə hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Göründüyü kimi iş üzrə Cavabdeh hüquqi şəxsdir. Belə olan halda iddiaçı hazırkı iddiaya baxılması ilə bağlı Şəki kommersiya məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən də iddiaçı "xxxx" MMC-nin hazırkı tələbinə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərаrа аldı: İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “borc” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərаrdаddаn оnun təqdim оlunduğu (аlındığı) gündən 10 (оn) gün müddətində Şəki Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar