Məhkəmə qərarları › İş №e-2(075)-779/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-779/2025

20.05.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-779/2025 20.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1943-cü ilin iyul ayında X9 itkin düşmüş babam X3 ölmüş elan edilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, babası X8 xx.xx.1941-ci ildə Şəki rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Sovet Ordusu sıralarına göndərilmiş və 1943-cü ilin iyul ayında X9 itkin düşmüdür. Hal-hazırda qeydiyyatda olduğu və yaşadığı fərdi yaşayış evi babası X3 mülkiyyətindədir. X16 Xidmət Mərkəzində notariat ofisinə yaxınlaşaraq həmin evə dair vərəsəlik hüuqu haqqında şəhadətnamə almaq niyyətində olduğunu bildirmişdir. Lakin babası X3 ölüm haqqında şəhadətnaməsini təqdim edə bilmədiyim üçün vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə 4116 nömrəli xx.xx.2024-cü il tarixli məktub verilmişdir. Buna görədə onun ölüm şəhadətnaməsini əldə etmək məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiyi kimi babası X8 1943-cü ilin iyul ayında X18 Müharibəsinə getmiş və ondan heç bir xəbər olmamışdır. Artıq 82 ildir ki onun barəsində hər-hansı bir məlumat yoxdur. Şəki şəhəri VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli 536 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə anadan olmuş. X4, anası isə X7r. Nuxa şəhəri ZAQS Şöbəsi tərəfindən verilmiş xx.xx.1949-cu il tarixli 209 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1941-cı il tarixdə anadan olmuş. X1r. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. İşin halları Azərbaycan Respublikasının X16 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 4116 nömrəli xx.xx.2024-cü il tarixli göndərilmiş məktubda qeyd olunmuşdur ki, ölümün qeydiyyatının aparılması şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışı əsasında təqdim edilə bilər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-48-DA-12F/2/S-6/34/2024 nömrəli məktubdan görünür ki, Nuxa şəhəri VVAQ şöbəsinin 1943-cü ilin ölüm aktlarının qeydiyyat kitablarına əsasən X3 ölümü barədə qeydiyyat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmadı. Şəki rayon Qeydiyyat Şöbəsinin arxivində Şəki şəhəri üzrə ölüm haqqında akt qeydi kitabları 1949-cu ilədək saxlanılmır. Şəki rayon Qeydiyyat Şöbəsində ölüm haqqında bərpa akt qeydi kitabları isə xx.xx.1949-xx.xx.2025-ci illər üzrə yoxlanılmışdır. Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2025-ci ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” olan **********67-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam olaraq X3 tam paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-43- 55/2-3801/2024 nömrəli məktubdan görünür ki, X8 xx.xx.1941-ci il tarixdə Şəki rayon hərbi komisarlıği tərəfindən hərbi xidmətə çağırılmış və 1943-cü ilin iyul ayında X9 itkin düşmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin etibarnamə üzrə nümayəndəsinin (vəkilinin) izahatını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi babası X3 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X8 1943-cü il tarixdə ölmüş elan edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. X8 1943-cü il tarixdə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)-779/2025 xx.xx.2025-ci il Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X8 1943-cü il tarixdə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar