Məhkəmə qərarları › İş №e-2(075)-804/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-804/2024

17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-804/2024 17.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «Atalığın müəyyən edilməsi faktının təsdiqinə dair» ərizə üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü qızı X3 atasının 11 iyun 2023-cü ildə vəfat etmiş mərhum X6 olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Qax rayonu, Almalı kənd sakini X9 ilə el adəti üzrə ailə qurmuş, faktiki ər-arvad kimi yaşadıqları dövrdə birgə münasibətlərindən xx.xx.2018-ci ildə Lelya adlı qızları doğulmuşdur. Şəki Regional “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitablarında 12 dekabr 2019-cu ildə qeydiyyat aparılaraq uşağı X4 1769 nömrə ilə AZ İV№368329 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında uşağın atası kimi qeydiyyat həmin vaxt onların arasında rəsmi nikah olmadığından onun deməsi əsası ilə X1 qeyd edilmişdir. Həqiqətən də uşağın atası X9 olmuşdur. Mərhum əri X9 ilə o, rəsmi nikahlarını xx.xx.2019-cu ildə, yəni qızı Leyla anadan olduqdan 9 ay 2 gün sonra Şəki rayon Qeydiyyat şöbəsində qeyd etdirmişlər. xx.xx.2023-cü ildə əri X9 “Ürəyin dəqiqləşdirilməmiş işemik” xəstəliyindən vəfat etmişdir. Ailə başçısını itirməyə görə müavinətin verilməsi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, mərkəz tərəfindən ona aralarında nikah olmadığı üçün ailə başçısını itirməyə görə müavinətin verilməsinin mümkün olmadığı bildirmişdir. Bu faktın müəyyən edilməsi məhkəmədən kənar qaydada mümkün olmadığından məhkəməyə mürciət etmək qərarına gəlmişdir. Ərizəçi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, həqiqətən 2017-ci ildə X9 ilə el adəti üzrə ailə qurmuş, birgə münasibətlərindən xx.xx.2018-ci ildə Lelya adlı qızları doğulmuşdur. Bəşarət Daşdəmirovla aralarında rəsmi nikah olmadığından uşağa doğum haqqında şəhadətnamə alarkən şəhadətnamədə ata qrafasında uşağın atasının adı onun deməsinə görə X1 qeyd edilmişdir. Mərhum əri X20 Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmü ilə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən bir müddət aralarında olan nikahı rəsmiləşdirə bilməmiş, 31 may 2019-cu ildə Bəşarət cəza çəkərkən onunla rəsmi nikaha girmiş və onlara nikah haqqında şəhadətnamə verilmişdir. Bəşarət Daşdəmirov cəza çəkdiyi müddətdə 19 iyul 2023-cü il tarixdə “Ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi”ndən vəfat etmişdir. Bu səbəbdən qızı Leylaya atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilməmişdir. Ailə başçısını itirməyə görə müavinətin verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, mərkəz tərəfindən ona uşağın atasının X9 olması hüquqi faktı təsdiq edilmədiyi üçün ona ailə başçısını itirməyə görə müavinətin verilməsinin mümkün olmadığı bildirilmişdir. Bu faktın müəyyən edilməsi məhkəmədən kənar qaydada mümkün olmadığından məhkəməyə mürciət etmişdir. Odur ki, o, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının ilkin hazırlıq iclaslarında iştirak etmiş Şəki Regional “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi X14 izahat verərək göstərmişdir ki, X3 atasının X6 olması ilə bağlı şöbəyə mərhumun sağlığında ərizə verilmədiyindən və uşaq nikah bağlanmamışdan əvvəl doğulduğundan doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında uşağın atasının adı ananın deməsinə görə X1 qeyd edilmişdir. O, təmsil etdiyi qurumun ərizənin təmin edilməsinə etirazlarının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, qardaşı X9 ilə münasibətləri yaxşı olmuş, Bəşarət Ərizəçi ilə həqiqətən 2017-ci ildə el adəti ilə ailə qurmuş və birgə qeyri-rəsmi nikah münasibətlərindən Lelya adlı qız övladları doğulmuşdur. Uşaq nikahları rəsmi qeydə alınmamışdan əvvəl doğulsa da, qardaşı Bəşarət ilə Ərizəçi nikahlarını soradan rəsmiləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 eyni məzmunlu ifadə verərək şahid X8 ifadəsində göstərdiklərini, o cümlədən xx.xx.2018-ci il təvəllüdlü X3 atasının 11 iyun 2023cü ildə vəfat etmiş mərhum əmisi oğlu X9 olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ərizəçi bibisi X17 ifadəsində göstərdi ki, İradə Bəşarətlə el adəti ilə ailə qurmuş aralarında rəsmi nikahları olmamışdır. Toy günü oğlan tərəfi İradəni aparmağa gələrkən orada iştirak edib görmüşdür. Faktiki nikah münasibətlərində olan dövrdə İradə atası evinə gələndə uşağı Leylaya hamilə olmuş və uşaq onların birgə faktiki nikahlarıdan doğulmuşdur. Sonradan o, İradəninin əri Bəşarətin həbs edildiyini və həbsdə olarkən İradə ilə nikahlarını rəsmiləşdirdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 eyni məzmunlu ifadə verərək şahid X10 ifadəsində göstərdiklərini, o cümlədən xx.xx.2018-ci il təvəllüdlü X3 atasının 11 iyun 2023-cü ildə vəfat etmiş mərhum əmisi oğlu X9 olduğunu təsdiq etmişdir. İş materiallarında olan Şəki Regional “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli, 3165/8-15-D-1413/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən həyat yoldaşı X6 vəfat etməsi səbəbindən uşağı X3 atalıq faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 1 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-D-200637/20 nömrəli məktubdan görünür ki, X3 təvəllüdü ilə Ərizəçi və mərhum əri X5 nikahlarının bağlanma tarixi arasında uyğunsuzluq olduğundan, B.Daşdəmirovun vəfatı ilə əlaqədar Ərizəçi və övladına ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı və Ərizəçi Bəşarət X2 atası olması faktını təsdiq edən sənədi təqdim etdikdən sonra təkrar müraciət əsasında ailə başçısını itirməyə görə sosial müavinət hüqununa qanunverciliyin tələblərinə uyğun olaraq baxılacağı bildirmişdir. İş materiallarında olan Şəki Regional “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli, 3-16-5/8-D-69-1457/2023 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2018-ci ildə Qax rayonu, Qax şəhərində anadan olmuş, bu barədə 12 dekabr 2019-cu il tarixdə Şəki Regional “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində 1769 №li doğum haqqında akt qeydi tərtib olunmuş, uşağın atası X9, anası Ərizəçi kimi qeyd edilmişdir. Doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. İş materiallarında olan Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 may 2019cu il tarixli AZ-İİ № 331367 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Ərizəçi 31 may 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 may 2019-cu ildə 46 № ilə qeyd edilmişdir. Ərə Daşdəmirov, arvada Daşdəmirova soyadı verilmişdir. İş materiallarında olan Şəki Regional “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 12 dekabr 2019-cu il tarixdə verilmiş AZ-İV № 368320 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci ildə Qax rayonu, Qax şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 12 dekabr 2019-cu il tarixdə 1769 № ilə qeyd edilmişdir. İş materiallarında olan Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli AZ-İİ № 349901 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 11 iyun 2023-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 iyul 2023-cü ildə 452 № ilə qeyd edilmiş və ölüm səbəbi ürəyin dəqiqləşməmiş kəskin işemik xəstəliyi göstərilmişdir. İş materiallarında olan Qax rayon İHB-nın Almalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 yanvar 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi həqiqətən də Almalı kəndində qeydiyyatda olan mərhum X6 təsərrüfatında 2017-ci ildən 2019-cu ilədək yaşamışdır. İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 1(091)-8/2019-cu il tarixli hökümdən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci, 327.2.1-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 5 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X6 cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 27 iyul 2018-ci ildən hesablanmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Ərizəçi 2017-ci ildə X9 ilə el adəti üzrə ailə qurmuş, lakin nikahlarını rəsmi qeydə aldırmamışlar. Onların birgə faktiki nikah münasibətlərindən xx.xx.2018-ci ildə Leyla adlı qızları doğulmuşdur. Bəşarət Daşdəmirovla Ərizəçi arasında rəsmi nikah olmadığından uşağa doğum haqqında şəhadətnamə alarınakən şəhadətnamədə ata qrafasında uşağın atasının adı anasının deməsinə görə X1 qeyd edilmişdir. X20 Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmü ilə qəti olaraq 5 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkdiyi dövrdə - 31 may 2019-cu ildə Bəşarət Daşdəmirov ilə Ərizəçi aralarında olan nikahı rəsmiləşdirmişlər. Bundan bir qədər sonra, 19 iyul 2023-cü il tarixdə Bəşarət Daşdəmirov cəza çəkdiyi müddətdə “Ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi”ndən vəfat etmiş, bu səbəbdən 03 avqust 2018-ci il tarixdə anadan olmuş uşağı X3 atası olması ilə bağlı Qeydiyyat şöbəsinə ərizə verə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci madəsinin tələblərinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə görə valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi uşağın atası X9 11 iyun 2023-cü ildə vəfat etdiyindən ərizəçinin həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsi mümkün olmamışdır. Eyni zamanda həmin faktın təsdiqi ailə başçısını itirməyə görə əldə edilməsi mümkün olan imtiyazdan istifadə edilməsi üçün əhəmiyyət daşıyır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Şərh edilənlərə hüququ qiymət verərək məhkəmə hesab edir ki, 03 avqust 2018-ci il tarixdə anadan olmuş X3 atasının X9 olması faktı təsdiq edilməlidir. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunu özünə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 223 və 227.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 03 avqust 2018-ci il tarixdə anadan olmuş X3 atasının 11 iyun 2023-cü ildə vəfat etmiş X9 olması faktı təsdiq edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar