Məhkəmə qərarları › İş №e-2(075)-809/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-809/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-809/2025 11.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 3709.15 (üç min yeddi yüz doqquz manat on beş qəpik) manat əsas borc, 418.31 (dörd yüz on səkkiz manat otuz bir qəpik) manat faiz borcu olmaqla cəmi 4127.46 (dörd min bir yüz iyirmi yeddi manat qırx altı qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 61.27 (altmış bir manat iyirmi yeddi qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli Cari bank hesabı haqqında müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh ******************** saylı bank hesabı açılmış və hesaba bağlı istifadə etmək üçün plastik kartı verilmişdir. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 3709.15 AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2022-ci il tarixində hesabında 0.02 AZN olmasına baxmayaraq 3,801.68 AZN məxaric edərək hesabından 3,801.66 AZN plastik kart hesabının balansından artıq məbləği köçürərək əsassız varlanmışdır. Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 92.51 AZN ödəniş edilmişdir. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla 418.31 AZN borcu mövcüddür. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə 3709.15 AZN əsas borc və 418.31 AZNgecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla faiz borcu olmaqla, cəmi 4127.46 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 61.27 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdehna xx.xx.2025-ci il tarixində 6-2-22/2-803/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3709.15 (üç min yeddi yüz doqquz manat on beş qəpik) manat əsas borc, 418.31 (dörd yüz on səkkiz manat otuz bir qəpik) manat faiz borcu olmaqla cəmi 4127.46 (dörd min bir yüz iyirmi yeddi manat qırx altı qəpik) manat məbləğində vəsait və ödənilmiş 61.27 (altmış bir manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3709.15 (üç min yeddi yüz doqquz manat on beş qəpik) manat əsas borc, 418.31 (dörd yüz on səkkiz manat otuz bir qəpik) manat faiz borcu olmaqla cəmi 4127.46 (dörd min bir yüz iyirmi yeddi manat qırx altı qəpik) manat məbləğində vəsait və ödənilmiş 61.27 (altmış bir manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 11 aprel 2025-ci il tarixdə Şəki şəhərində Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 16:10-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 16:20-də qurtardı. Şəki Rayon Məhkəməsinin hakimi: Elşən Vəliyev. Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-809/2025 11 aprel 2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3709.15 (üç min yeddi yüz doqquz manat on beş qəpik) manat əsas borc, 418.31 (dörd yüz on səkkiz manat otuz bir qəpik) manat faiz borcu olmaqla cəmi 4127.46 (dörd min bir yüz iyirmi yeddi manat qırx altı qəpik) manat məbləğində vəsait və ödənilmiş 61.27 (altmış bir manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-809/2025 11 aprel 2025-ci il İddiaçı: "xxxx" ASC-nə (Bakı şəhəri, Nizami küçəsi 67) Cavabdeh: Cavabdeh, (Şəki rayonu Qoxmuq kəndi) Şəki Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(075)-809/2025 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar