Məhkəmə qərarları › İş №e-2(075)-810/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-810/2024

14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-810/2024 14.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum Abdullayev (Qasımov, Məmmədov) Məmməd (Məhəmməd) Qasım oğlunun babaları və mərhum X1 bibiləri olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, xüsusi icraat qaydasında verilmiş hazırkı ərizədə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ünvanı – Bakı şəhəri, Binəqədi rayonu qeyd edilmişdir. Göründüyü kimi, ərizəçinin yaşadığı ünvan Şəki şəhəri ərazisində deyildir. Odur ki, iş ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İş materiallarından göründüyü kimi ərizəçilər Ərizəçi1 ünvan 3 ünvanında və Ərizəçi2 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ərizəçi2 küçəsi, ev 13 ünvanında qeydiyyatdadırlar. Ərizəçilər hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi ilə bağlı ərizələrini onların qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə təqdim etməli olduqları halda, yanlış olaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə hesab edir ki, hazırki ərizə üzrə mülki işə ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsində baxılmalı olmadığından mövcud ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mərhum Abdullayev (Qasımov, Məmmədov) Məmməd (Məhəmməd) Qasım oğlunun babaları və mərhum X1 bibiləri olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 geri qaytarılsın. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar