Məhkəmə qərarları › İş №e-2(075)-822/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-822/2022

27.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-822/2022 27.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri F.Məmmədov küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 istifadə hüququnun itirilmiş hesab edilməsi və ödənilmiş 100,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh olan azyaşlı uşaq Cavabdeh3 əsl cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı 1993-cü ildə ünvan 1 ünvanında torpaq sahəsi almışdır. İddiaçı 1996-cı ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Təxminən 1997-ci il tarixdə həmin evə köçüb yaşamağa başlamışlar. 24.06.2021-ci il tarixli ********** nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Bununla bağlı iddiaçıya reyestr nömrəsi **********38-10301, inventar nömrəsi 13339 olan, 05.08.2021-ci il tarixli Texniki Pasport da verilmişdir. Bildirmişdir ki, iddiaçının oğlu X15 ilə keçmiş gəlini X16 nikahları olmuşdur. Rəviyə Bəkirova mülkiyyətində olan ünvan 2 ünvanına gəlin gəlməmişdir. X34 İmamverdiyev tərəfindən inşa edilmiş Aydın Məmmədov küçəsində olan evə gəlin gəlmiş, əmlakları da həmin evə yerləşdirilmişdir. Onların birgə nikahlarından iki övladları Cavabdeh2 və X17 olmuşdur. Uşaqlar da Şəki şəhəri Aydın Məmmədov küçəsində yerləşən həmin evdə anadan olmuşlar. Sonradan oğlu X15 ilə keçmiş gəlini olan X16 nikahları Şəki rayon məhkəməsinin 18 iyul 2011-ci il tarixli, 2(075)-473/2011 saylı qətnaməsi ilə pozulmuşdur. Onların nikahları pozulandan sonra oğlu Cabir İmamverdiyev keçmiş arvadını və övladlarını onun mülkiyyətində olan Şəki şəhəri, F.Məmmədov küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata saldırmışdır. Sonardan oğlu Cabir İmamverdiyev 2013-cü ildə Ziyafət adlı başqa bir qadınla ailə həyatı qurmuşdur. Rəviyə Bəkirova və övladları onun mülkiyyətidə olan Şəki şəhəri, F.Məmmədov küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evində az müddət yaşamışlar. Sonardan İddiaçı mülkiyyətində olan Şəki şəhəri, F.Məmmədov küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evinə aid torpaq sahəsindən 300 kv.metr torpaq sahəsini satmış və həmin pula nəvəsi Cavabdeh2 ev almışdır. Həmin müddətdən Rəviyə Bəkirova və övladları onun tərəfindən alınmış evdə yaşamışlar. Sonardan Cavabdeh2 həmin evi sataraq özünə yeni fərdi yaşayış evi tikdirmişdir. Bundan sonra onlar faktiki olaraq yəni 2016-cı il tarixdən Rəviyə Bəkirova, övladı Cavabdeh2, gəlini Cavabdeh1 və nəvəsi Cavabdeh3 ilə yeni inşa edilmiş evdə yaşayırlar. Artıq cavabdehlər altı ildən çox müddətdir ki, mülkiyyətində olan evdən çıxıb getmiş və özlərinə yeni yaşayış yeri seçmişlər. Cavabdehlər sözügedən fərdi yaşayış evində formal olaraq qeydiyyatda olsalar da, uzun müddətdir ki, həmin ünvanda yaşamırlar. Cavabdehlər həmin fərdi yaşayış evində yaşamır, onlar daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş və cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları formal xarakter daşıyır. Bildirmişdir ki, o, Şəki şəhər rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət edərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətində olan Şəki şəhəri, Fərrux Məmmədov küçəsi, ev 39 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Şəki şəhər rayon Polis Şöbəsinin 30 iyul 2021-ci il tarixli, 189-20379İ-322 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. X38 Məhkəməsinin 2-1(116)-242/2022 saylı 11.01.2022-ci il tarixli qərardadı ilə inzibati işin icraatı dayandırılmışdır. Odur ki, cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı da məhkəmə iclasında vəkili Vəkil Vahi doğlunun izahatına oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, xx xxxx 1990-cı il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuşdur. Təxminən 2014-2015-ci ilədək atasına məxsus olan həmin evdə yaşamışdır. Ailə qurduqdan sonra ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini almış və həmin evə qeydiyyata düşmüşdür. Qızı Cavabdeh3 da ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuşdur. Həmin evi satdıqdan sonra Mübariz İbrahimov küçəsində 3 sot torpaq sahəsi almış və 1 mərtəbədən, 2 otaqdan ibarət fərdi yaşayış evi tikdirmişdir. Bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən özünə məxsus olan fərdi yaşayış evini satdıqdan sonra iki il olar ki, babası Zabitə məxsus Şəki şəhəri, F.Məmmədov küçəsində yerləşən olan evə qeydiyyata düşmüşdür. Onunla yanaşı həyat yoldaşı Cavabdeh1 və qızı Cavabdeh3 da babası İddiaçı məxsus olan evə qeydiyyata düşmüşlər. 2021-ci ilin dekabr ayından ailəsi ilə birlikdə özünün tikdirdiyi Mübariz İbrahimov küçəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Lakin hələ həmin evinə çıxarış almadığından həmin evə pasport qeydiyyatına düşə bilmirlər. Evinə çıxarış aldıqdan sonra ünvan 5 ünvanında yerləşən babsı X9 məxsus olan fərdi yaşayış evindən qeydiyyatdan çıxacaqlar. Hazırda babasına məxsus evdən pasport qeydiyyatından çıxmağa etiraz etmirlər. Qanunamüvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli, **********38-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, Fərrux Məmmədov küçəsində mülkiyyətində olan 0.0325 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48 m² yaşayış, 71.2 m² köməkçi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində 24.06.2021-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı ünvan 6 ünvanında yerləşən 13339 invertar nömrəli, **********38-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki göstəricilərindən görünür ki, 0.0325 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1 mərtəbədən, 2 otaqdan, 48 m² yaşayış sahəsindən, 71.2 m² köməkçi sahədən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Şəki şəhər İHB-nin 16 apel 1996-cı il tarixli, 1/171 saylı sərəncamından çıxarışdan görünür ki, Şəki şəhər 31-ci rayon M.Məmmədov küçəsi, 20 nömrəli evdə yaşayan X4 istifadəsinə şəhərin 98-ci kvartalından 600 kv.m torpaq sahəsi ayrılmaqla üç otaqlı yaşayış evinin tikintisinə icazə verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 08 iyun 2011-ci il tarixli, aktdan görünür ki, Dövlət Qəbul Komissiyasının qərarına əsasən Şəki şəhəri, 98-ci kvartalda yerləşən fərdi yaşayış evi İddiaçı adına istismara qəbul edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Şəki şəhər İHB-nin 23 iyul 2012-ci il tarixli, 1/129 saylı sərəncamından çıxarışdan görünür ki, Şəki şəhər İHB-nin 16 aprel 1996-cı il tarixli, 1/171 saylı sərəncamına əsasən şəhərin 98-ci kvartalında İddiaçı inşa etdiyi fərdi yaşayış evinin tikintisi başa çatdırıldığından onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 30 noyabr 2015-ci il tarixli, 1451 nömrəli arxiv çıxarışından görünür ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısının 16 aprel 1996-cı il tarixli, 1/171 saylı sərəncamına əsasən Şəki şəhər 31-ci rayon M.Məmmədov küçəsi, 20 nömrəli evdə yaşayan X4 istifadəsinə şəhərin 98-ci kvartalından 600 kv.m torpaq sahəsi ayrılmaqla üç otaqlı yaşayış evi tikintisinə icazə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 18 dekabr 2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, Fərrux Məmmədov küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48 m² yaşayış, 71.2 m² köməkçi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 18.12.2015-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 05 oktyabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Şəki şəhəri, Fərrux Məmmədov küçəsi, ev 39 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 275 kv.metr hissəsini 10300 manat məbləğə X2. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 16 yanvar 2018-ci il tarixli, **********64 reyestr nömrəli torpaq sahəsinin planının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi X35 kitabında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 25 sentyabr 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X12 şəhəri, Abid Əfəndiyev küçəsi, ev 9 ünvanında yerləşən ümumi sahəsi 38.7 kv/m olan fərdi yaşayış evinin 38.7 kv/m hissəsini 13000 manat məbləğə X5, 300 kv/m hissəsini 4500 manat məbləğə Cavabdeh2 satmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin ünvan 9 ünvanında yerləşən, X18 məxsus olan fərdi yaşayış evinin və torpaq sahəsinin bölgü sxemindən görünür ki, satılması nəzərdə tutulan fərdi yaşayış evi və 190.0 m² torpaq sahəsi X3, satılması nəzərdə tutulan 300.0 m² torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə keçmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində 17.10.2018-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 25 dekabr 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, Fərrux Məmmədov küçəsində mülkiyyətində olan 0.0325 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48 m² yaşayış, 71.2 m² köməkçi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində 25.12.2019-cu ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 30 iyun 2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Şəki şəhəri, Fərrux Məmmədov küçəsi, ev 39 ünvanında Cavabdeh1, Cavabdeh2, X22, Cavabdeh3, X13, X11, X17 və X14 qeydiyyatdadırlar. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli, invertar nömrəsi 13339 olan texniki pasportdan görünür ki, Şəki şəhəri, Fərrux Məmmədov küçəsi, ev 39 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(075)-101/2022 nömrəli qətnaməsindən görünür ki, iddiаçılar X10 və X6 cаvаbdehlər İddiaçı və X7 qarşı cаvаbdeh İddiaçı mülkiyyətində olan Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən evə iddiaçılar X10 və X6 və onların birgə nikahlarından olan uşaqları X1 və iddiaçıların evdən istifadələri üçün hər hansı maneçilik törədilməsinin cavabdehlər İddiaçı və X7 qadağan edilməsi tələbinə dair iddiaları təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında iddiaçının, onun vəkilinin, cavabdehlərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin tərəfindən **********38-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Fərrux Məmmədov küçəsi, ev 39-da yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı fərdi yaşayış evindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 pasport qeydiyyatından çıxmadıqlarından İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını müdafiə edir, cavabdehlər də iddianı qəbul etmişlər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27.05.2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məjəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəki şəhəri, Fərrux Məmmədov küçəsi, ev 39 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması, cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatına olmaları, lakin həmin mənzildə heç yaşamamaları müəyən edildi. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığı üçün, hazırkı mübahisə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Həmin normaların tələblərinə əsasən mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün üç mütləq şərt yerinə yetirilməli, yəni cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mənzilin mülkiyyətçisi, İddiaçı ilə yazılı razılaşma bağlamalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli və onların bu istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Məhkəmə baxışında yuxarıda sadalanan üç şərtin yerinə yetirilməsi ilə bağlı heç bir hal aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Şəki şəhəri, Fərrux Məmmədov küçəsi, ev 39-da yerləşən fərdi yaşayış evindən çıxdıqları üçün onların həmin fərdi yaşayış evindən istifadə hüquqları qalmamışdır. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatı yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs bu halın hansı qaninvericilik aktında nəzərdə tutulduğunu göstərməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi fakt mövcud olmalıdır, hansi ki, qanunvericilik bu hüququn əmələ gəlməsini həmin faktla əlaqələndirmişdir. Hazırkı işin halları baxımından məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsini qeyd etsə də, iddianın əsasından da görünür ki, o, əslində cavabdehlərin evdən qeydiyyatdan çıxarılmalarını təmin etmək üçün mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasınrn Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiası rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini cavabdehlərin onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehlərin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Şəki şəhəri F.Məmmədov küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100,40 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Şəki şəhəri F.Məmmədov küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Şəki şəhəri F.Məmmədov küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100,40 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar