Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-824/2022 21.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Əsədov Əsəd Abduləzər oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMCyə qarşı əmək müqaviləsinə xitam verilməsi, və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli əmək müqaviləsinə xitam verilməsini, xx.xx.2014-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixində əmək müqaviləsi bağlanmış, 2015-ci ildən isə cavabdeh iddiaçıya fəaliyyətini dayandırdığını bildirmiş və iddiaçının cavabdeh ilə əlaqəsi kəsilmişdir. Artıq altı ildir ki, iddiaçının cavabdeh ilə heç bir əlaqəsi yoxdur və cavabdehdən heç bir gəlir əldə etmir. Lakin buna baxmayaraq, iddiaçının adı hələ də elektron sistemdə qalmaqda davam edir. İddiaçı bununla əlaqədar dəfələrlə müvafiq səlahiyyətli orqanlara müraciət etmişdir. Bundan əlavə, iddiaçı cavabdehin rəhbərinin Azərbaycan Respublikası ərazisində olmadığını nəzərə alaraq adının sistemdən çıxarılması tələbi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6747/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkünsüz sayılmış, iddiaçıya cavabdehə qarşı mülki qaydada iddia qaldırması tövsiyə edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərazəsinə uyğun izahat verərək göstərdi ki, əmək müqaviləsinin ləğv edilməməsini 2020-ci ildə bilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etsədə məhkəməyə müraciət edilməli olduğu tövsiyə olunmuşdur. İddia tələbini tam müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 öz izahatında göstərmişdir ki, rəsmi portaldan işdən çıxarılması kimi öhdəliyin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyin tələblərinə uyğun deyil. İddiaçı ilə cavabdeh “X3” MMC-nin arasında bağlanmış qüvvədə olan müqavilə mövcuddur. Əmək Məcəlləsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirilməsi mümkün deyilsə məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verildiyi halda bildirişin elektron informasiya sisteminə yerləşdirilməsi Xidmətə həvalə edilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “X5” MMC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X4 Xidməti 19 saylı region üzrə X4 tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun, X4 Xidmətinin Şəki regional ərazi şöbəsinə 05 may 2020- ci il tarixdə **********0 saylı qeydiyyatla X4 Xidmətindən daxil olmuş onunla bağlanmış əmək müqaviləsinə mərkəzləşdirilmiş elektron informasiya sistemində xitam verilməsi tələbi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciəti ilə əlaqədar ilkin araşdırma aparılmışdır. Tərəflərindən mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə aparılan ilkin araşdırma zamanı məlum olmuşdur ki, onunla xx.xx.2014-cu il tarixdə Cavabdeh (VÖEN **********) arasında əmək müqaviləsi bağlanılaraq satıcı işinə qəbul edilmişdir və hal-hazıradək yəni, xx.xx.2020-ci il tarixədək əmək müqaviləsinə xitam verilməmişdir. Bildirmişdirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işə götürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü ildə 183 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Əmək müqaviləsi bildirişinin forması və onun mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsi ilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd etmişdirlər ki, əmək müqaviləsinə xitam verilməsi haqqında məlumatları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi “Əmək müqavilələri bildirişi” alt sisteminə daxil etmək birbaşa işəgötürənin səlahiyyətindədir. Ona görə də, aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün o işəgötürən Cavabdeh işəgötürəninə müraciət etməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan məlum olur ki, reyestr məlumatlarına əsasən Cavabdeh MMC xx.xx.2020-cu ildə dövlət qeydiyyatına alınmış ləğv olunması barədə məlumat yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan məlum olur ki, Cavabdeh MMC-nin hüquqi ünvanı AZ 5500, Şəki rayonu Şəki şəhəri Məmmədəmin Rəsulzadə prospektində olan 0,0039 ha torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli qeyri yaşayış binasıdır. İs materiallarına elavə edilmiş 12 fevral 2022-ci il tarixli, 2022-008739 nömrəli ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh İddiaçı xx.xx.20222-ci il tarixində, 16:00-16:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediyasiya sessiyasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaşı ilə Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Cavabdeh MMC şirkəti öz fəaliyyətin dayandırmış, lakin hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfdən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair məlumatın elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 5-1 -ci mədəsinə əsasən əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəi orqanı olan X4 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması cavabdehlərin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, əmək müqaviləsinə xitam verilsin. İddiaçı və Cavabdeh MMC-nin arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-824/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-824/2022
21.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver