Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-84/2025 29.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X5 qarşı “artıq ödənilmiş məzuniyyət haqqının qaytarılması” tələbi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbinin dəlilləri : İddiaçı ASC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1035.14 manat vəsaitin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC-nin keçmiş əməkdaşı olub. O, ərizə ilə müraciət edərək məzuniyyətə çıxmaq üçün razılıq verilməyini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli 528-1 M saylı əmrə əsasən ona xx.xx.2022xx.xx.2022 tarixlərində 21 təqvim günü məzuniyyət verilmişdir. Həmçinin məzuniyyət pulu da ödənilmişdir. Lakin cavabdehin öz xahişi və 110/K nömrəli xx.xx.2022-ci il tarixli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Yəni Cavabdeh iş ili xx.xx.2021-xx.xx.2022ci illər olduğu halda o, iş ili tamamlanmamış bütün məzuniyyət günlərindən istifadə edərək əmək qanunvericiliyindən irəli gələn normanı pozmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilərkən onun 21 gün məzuniyyət hüququ yaranmamışdır. Həmin tarixə məzuniyyət hüququ yarandığı günlərdən sayı isə 8 gün olmalı idi. Lakin o, 21 gün məzuniyyətdə olaraq müvafiq normanı pozmuşdur. Yəni 8 gündən əlavə 13 gün istifadə edərək həmin günlərə görə əmək haqqı kartına əlavə ödənilmiş 1035.14 manat artıq məbləğ geri qaytarılmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları iş materiallarına əlavə edilmiş İşgötürən İddiaçı ASC ilə işçi X7 arasında bağlanmış 1388 nömrəli xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, X1 kreditlər departamentinin regioanl təqib şöbəsinin eksperti vəzifəsinə qəbul edilmişdir, müqavilə xx.xx.2017-ci il tarixdən 02 may 2018-ci il tarixədək 6 ay müddətinə bağlanmışdır. Əsas əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. İşgötürən İddiaçı ASC ilə işçi X7 arasında bağlanmış 1388 nömrəli əmək müqaviləsinə xx.xx.2018-ci il tarixli əlavədən görünür ki, X7 həmin tarixdən Partnyorlarla iş və alternativ satışlar departamentinin Bank məhsulların satış şöbəsinin satışın təşkili bölməsinin eksperti vəzifəsinə keçirilmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli əmrinə əsasən X4 xx.xx.2020-ci il tarixdə işdə olmadığı 1 təqvim günü 2020-2021-ci iş ilinin əlavə məzuniyyət günlərindən hesab olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli əmrinə əsasən X4 xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə işdə olmadığı 2 təqvim günü 2020-2021-ci iş ilinin əlavə məzuniyyət günlərindən hesab olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli əmrinə əsasən X5 2020-2021-ci iş ilinin əsas məzuniyyət günlərindən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində 14 təqvim günü məzuniyyət verilmiş, onun xx.xx.2020-ci il tarixdən işdə hesab edilməsinə əmr edilmişdir. İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən X5 2020-2021-ci iş ilinin əsas məzuniyyət günlərindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 3 təqvim günü məzuniyyət verilmiş, onun xx.xx.2021-ci il tarixdən işdə hesab edilməsinə əmr edilmişdir. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli əmrinə əsasən X5 2021-2022-ci iş ilinin əsas məzuniyyət günlərindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 21 təqvim günü məzuniyyət verilmiş, onun xx.xx.2022-ci il tarixdən işdə hesab edilməsinə əmr edilmişdir. Cavabdeh hesabından çıxarışdan görünür ki, sonuncu dəfə AZ47JBBK******************** saylı hesaba mart ayı üzrə 2287.12 manat əmək haqqı köçürülmüşdür. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli 110/K nömrəli əmrinə əsasən X4 əmək fəaliyyətinə xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-1717/2024 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında cavablandırması üçün aşağıdakı suallar qoyulmuşdur: 1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi üzrə 02 noyabr 2017-ci ildən Cavabdeh işdən azad edildiyi 28 mart 2022-ci il tarixədək Cavabdeh əsas və əlavə məzuniyyət günləri üzrə ödənilməli olan əmək haqqı nə qədər təşkil edir? 2. xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh məzuniyyət günləri üzrə ödənilmiş və ödənilməli olan əmək haqqı məbləğləri arasındakı fərq nə qədərdir (aylar üzrə artıq və ya əksik ödənilmiş məbləğlər qeyd olunmaqla)? 3. Cavabdeh 13 təqvim gününə görə əmək haqqı kartına ödənilmiş pulun 1035.14 (min otuz büş manat on dörd qəpik) manatı məzuniyyət pulu üzrə düzgün hesablanmışdırmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məlumatı ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinin ə yarımbəndinə əsasən işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir. 114-cü maddəsinin 2-ci bəndinə əsasən işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 144-cü maddəsinin 4-cü bəndinə əsasən müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iddia tələbi qanuni və əsaslıdır, təmin edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdən etibarən əmək münasibətləri yaranmış, həmin münasibətlər 2022-ci il mart ayının 28-dək davam etmişdir. Bu isə onu deməyə əsas verir ki, işçinin 2021-2022-ci il iş ili üzrə sonuncu iş günü 2022-ci ilin noyabr ayının 02-nə təsadüf etsə də, 28 ferval 2022-ci il tarixli əmrlə həmin iş ili üzrə işçiyə tam məzuniyyət, yəni 21 təqvim günü məzuniyyət verilmiş, ona həmin ilin mart ayı üzrə 1254.23 manat əmək haqqı hesablanmış, həmin ay üzrə hesabına ümumilikdə 2287.12 manat ödəniş edilmişdir. İşçi 5 ay (2021-ci ilin noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart) müdətində işləmiş olduğu üçün (21 gün:12 ay=1.75 gün; 5 ay*1.75 gün=8 gün) işçinin 8 təqvim günü məzuniyyət hüququ yaranmışdır. Belə olan halda işçiyə mart ayı üzrə ümumilikdə ödənilmiş 2287.12 manatdan artıq hesablanmış məbləğ geri qaytarılmalıdır. ( artıq ödənilmiş məbləğ=faktiki ödənilən məbləğ-hüquq yaranmış gün sayı, yəni 22xx.xx-1254.23=1032.14 manat) Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh 1035.14 manat vəsait və məhkəməyə müraciət etmək üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-84/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-84/2025
29.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver