Məhkəmə qərarları › İş №e-2(075)-842/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-842/2023

18.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-842/2023 18.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, iddiаçı İddiaçı, Cavabdeh3in direktoru X4 və cavabdeh Şəki rayonu üzrə təhsil sektorunun nümayəndəsi X1 iştirakları ilə İddiаçı İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh1 və Şəki rayonu üzrə təhsil sektoruna qarşı “dərs yükünün bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Şəki rayonu Baş Şabalıd kənd orta məktəbində 3 (üç) saat dərs yükünün bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Şəki rayonu üzrə təhsil sektorunu cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə hazırki işin nəticələri Şəki rayonu üzrə təhsil sektorunun maraqlarına toxunduğunu və cavabdeh olmasını nəzərə alaraq Şəki rayonu üzrə təhsil sektorununu cavabdeh qismində işə cəlb etmişdir. İddiаçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 8 yanvar 1963-cü ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1985-ci ildə Azərbaycan İqtisad İnstitutuna daxil olub, 1990-cı ildə həmin institutu bitirmişdir. Müxtəlif sahələrdə ixtisasına uyğun işlərdə çalışmışdır. 1997-ci ildə orta məktəblərin 9-11-ci siniflərdə “İqtisadiyyatın əsasları” fənnininin tədrisi başlanıldı. O da 1998-ci ildə Cavabdeh2 göndərişi ilə Baş Göynük kənd 1 və 2 nömrəli, eyni zamanda Baş Şabalıd kənd tam orta məktəblərində İqtisadiyyatın əsasları fənni üzrə müəllim göndərilmişdir. Baş Şabalıd kənd tam orta məktəbi 2011-ci ildə və 2020-ci ildə onu qanunsuz olaraq işdən azad etmişdir. O, hər iki qanunsuz əməllə bağlı Şəki Rayon Məhkəməsinə şikayət ünvanlamışdır. Hər iki halda Şəki Rayon Məhkəməsi onun işə bərpa olunmağı barədə qərardad çıxararaq, işinə bərpa etmişdir. Hətta Apellyasiya Məhkəməsi hər iki qərarı qüvvədə saxlayaraq, onu öz işinə bərpa etmişdir. Hal-hazırda məktəbin direktoru təqaüdə çıxıb. Ancaq bir illik müqavilə ilə məktəb direktoru işləyir. O, yüksək pensiya alsa da, 68 yaşında işləməyə üstünlük verir. Ancaq onun 59 yaşı və 7 nəfər ailə üzvü var, direktor isə 3 (üç) saat dərs yükünü ona verməkdə qərəz nümayiş etdirir. Göstərmişdir ki, X4 onu işdən çıxararaq onun yerinə hər iki halda müəllim təyin edib. Coğrafiya müəllimi 4 aylıq işdən ayrılan zaman dərs saatlarını əvəzetmə kimi müxtəlif ixtisaslı müəllimlərə yazaraq, həmin əmək haqqını mənimsəyib. O, 20 ildir başqa məktəblərdə coğrafiya müəllimi işləyir. Məktəb direktoru İqtisadiyyatın əsasları fənnini təmayül siniflərdə saxlamasını əsas gətirərək, ona 3 (üç) saat dərs yükünün verilməsini təmin etmir. Məktəbdə 9 (doqquz) fənn tədrisdən çıxarılaraq onu əvəzləyən Həyat bilgisi fənni tədrisə əlavə edilib. Hal-hazırda İqtisadiyyatın əsasları fənninin mövzuları 5-ci sinfin dərs saatlarında daxil edilib. Məktəb direktoru ona heç bir xəbərdarlıq etmədən, onun ailə vəziyyətini nəzərə almadan, qərəzli və ədavətli qərar verib. Eyni zamanda onun həmin məktəbdə 22 il işləməyi nəzərə alınmayıb. O, məktəbin 22 illik müəllimi olduğu halda, ona dərs saatı verilməyib, 20 saat dərs yükü olan müəllimlərə onun dərs saatı verilib, həm də məktəbə ondan sonra qanunsuz gəlmiş müəllimlərə onun dərs saatı verilmişdir. Məktəb direktorunda qanun pozmaq adi hala çevrilib. Müəllimlərin işə qəbulu imtahanı olmadan 5 müəllim işə götürülüb. 6 (altı) saata coğrafiya fənni üzrə müəllim işə götürülüb, digər 6 (altı) saat isə yenidən vakansiyaya çıxarılıb. Müəllimin dərs yükü 18 (on səkkiz) saat müəyyən edilib. Direktor qanunsuz olaraq özünə dərs bölgüsü aparır, ixtisas müəllimlərinin isə 18 (on səkkiz) saat dərs yükü bitmir. Bu qanunsuzluğu özünə və ailəsinə qarşı böyük qəbahət hesab edir ki, o, məktəbin müəllimi olduğum halda, direktorun qərəzli münasibəti nəticəsində ona dərs saatı verilməsin. Əgər 2013-cü ildən sonra məktəb jurnallarının araşdırılması aparılarsa, onda ona olan qərəzin səbəbi də aydınlaşar. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, 1998-ci ildən müəllim işləmişdir. Onu təyinatla 3 orta məktəbə müəllim kimi göndərmişlər. Bildirmişdir ki, orta məktəblərdə 9 fənn çıxarılmışdır. Həmin fənləri həyat bilgisi fənni əvəz edir. Onu işdən qərəzli olaraq azad etsələr də, 2019-cu ildə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra yenidən işə bərpa olunmuşdur. Lakin yenidən ona dərs saatı verilməmişdir. Cavabdeh3də müəllim vəzifəsində işləsə də, dərs saatı yoxdur. Hal-hazırda onun digər iki məktəbdə 2 saat bir məktəbdə, 6 saat da digər məktəbdə olmaqla, 8 saat dərs saatı vardır. Lakin Cavabdeh3də ona dərs saatı verilməmişdir. O, 2019-cu ildə tələb etdiyi 3 (üç) saat dərs yükünün bərpa olunması xahiş edir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3in direktoru X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin icraatında İddiaçı Şəki rayonu Baş Şabalıd kənd tam orta məktəbinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki 3 saat dərs yükünün bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki iş vardır. Bildirmişdir ki, hazırki iş üzrə iddaaçı olan İddiaçı Şəki rayonu Baş Şabalıd kənd tam orta məktəbinə qarşı bundan əvvəldə “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki 3 saat dərs yükünün bərpa edilməsi” tələbinə dair iddiası olmuşdur. Həmin iddia üzrə Şəki Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2 (075)-918/2019 nömrəli qətnamə çıxarılmış və həmin qətnamə qanuni qüvvəsini almış və iddia təmin edilmiş hissədə icra edilmişdir. Belə ki, qanuni qüvvəsini almış Şəki Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2 (075)-918/2019 nömrəli qətnaməsinə əsasən Şəki rayonu Baş Şabalıd kənd tam orta məktəbinin İddiaçı işdən azad edilməsinə dair 14 iyun 2018-ci il tarixli 15 saylı əmrinin ləğv edilməsi, İddiaçı iddia tələbinin “İqtisadiyyatın əsasları fənnini əvəzləyən Vİİ, Vİİİ, İX siniflərdə tədris olunan Həyat bilgisi fənninin bərpası və həmin fənnlərə görə 3 saat əmək haqqının cavabdeh Şəki rayonu Baş Şabalıd kənd tam orta məktəbindən tutularaq ona verilməsi” ilə bağlı hissəsinin təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi hazırki iş üzrə mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrədir və bununla bağlı qanuni qüvvəsi almış məhkəmə qətnaməsi vardır. Həmin qətnamədən apelyasiya şikayət verisədə qüvvədə saxlanılmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, ümumiyyətlə hazırki tələblə bağlı iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh1 və Şəki rayonu üzrə təhsil sektorunun nümayəndəsi X3 Cavabdeh3in direktoru X4 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. İşdə olan Şəki Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(075)-918/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-2019-cu tədris ilində iyun ayında işdən azad olma əmrinin ləğv edilməsi və iqtisadiyyatın əsasları fənnini əvəzləyən Vİİ, Vİİİ, İX siniflərdə tədris olunan Həyat bilgisi fənninin bərpası və 3 saat əmək haqqının məktəb direktoru X2 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddianın qismən təmin edilməsi, Şəki rayonu Baş Şabalıd kənd tam orta məktəbinin İddiaçı işdən azad edilməsinə dair 14 iyun 2018-ci il tarixli 15 saylı əmri əsassız hesab edilərək ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi hazırki iddia tələbi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh1 və Şəki rayonu üzrə təhsil sektoruna məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Şəki rayonu Baş Şabalıd kənd orta məktəbində 3 (üç) saat dərs yükünün bərpa olunması tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Bundan başqa Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməsi barədə ərizəyə münasibətdə məhkəmə iş üzrə icraata xitam verilməsini əsas götürərək iddia müddətini tətbiq edilməsinə münasibət bildirməyə lüzum görmür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh1 və Şəki rayonu üzrə təhsil sektoruna məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Şəki rayonu Baş Şabalıd kənd orta məktəbində 3 (üç) saat dərs yükünün bərpa olunması tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar