Məhkəmə qərarları › İş №e-2(075)-847/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-847/2023

10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-847/2023 10.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, təvəllüd haqqındakı adının yazılması sənədində (yəni doğum haqqında şəhadətnamədə) soyadının Şıxaliyev adının isə Məmməd olması faktının müəyyən edilməsi və qeydiyyata alınmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarına baxaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Göründüyü kimi Ərizəçi doğum haqqında şəhadətnamədə və ya doğum akt qeydində adının “Məmməd” və soyadının isə “Şıxaliyev” olması hüquqi faktını müəyyən edilməsini xahiş etmişdir. Qeyd olunan sənədlərdə şəxsin soyadına və adına düzəlişin edilməsi Şəki Rayon Məhkəməsinin səlahiyyətində deyil, bununla bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Belə olan halda ərizəçi yaşayış yeri üzrə hazırkı ərizəyə baxılması ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən də Ərizəçi hazırkı tələbinə Şəki rayon məhkəməsində baxılması yolverilməzdir. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 307.2.5-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi təvəllüd haqqındakı adının yazılması sənədində (yəni doğum haqqında şəhadətnamədə) soyadının Şıxaliyev adının isə Məmməd olması faktının müəyyən edilməsi və qeydiyyata alınması tələbinə dair ərizəsinin icraata qəbulundan imtina olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar