Məhkəmə qərarları › İş №e-2(075)-870/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-870/2025

01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-870/2025 01.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 onun, yəni xx.xx.1958-ci il tarixdə Şəki rayonu, Baş Küngüt kəndində anadan olmuş Ərizəçi atası olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 29 may 2025-ci il tarixdə Ərizəçi məhkəməyə elektron qaydada tələbin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, hüquqmüəyyənedici sənəd hesab etdiyi markası Nazlifan LF7132/2-320, mühərrik nömrəsi 479Q**********4, buraxılış ili 2012 olan, 55BM686 dövlət qeydiyyat nişanı qeyd olunmuş AB 860273 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, torpağın mülkiyyət hüququna dair JN-191, KOD 40408018 olan Dövlət aktının, fərdi yaşayış fonduna daxil olan ( Baş Küngüt kəndində yerləşən torpaq sahəsində inşa olunmuş) yaşayış evinin texniki pasportunun, xx.xx.2016-cı il tarixli, AZ-1 836646 nömrəli ölüm haqqında şəhadətnamənin 28 dekabr 2016-cı il tarixdə ölmüş atası X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X2 miras qalmış əmlaklara qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət olunsa da, məlum olmuşdur ki, miras qalmış əmlaklarda mərhumun sağlığında idarə etmək üçün etibarnamə verdiyi Nazlifan LF7132/2-320 markalı, 55BM686 dövlət qeydiyyat nişanı qeyd olunmuş AB 860273 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində, torpağın mülkiyyət hüququna dair JN-191, KOD 40408018 olan Dövlət aktında, fərdi yaşayış fonduna daxil olan ( Baş Küngüt kəndində yerləşən torpaq sahəsində inşa olunmuş) yaşayış evinin texniki pasportunda, xx.xx.2016-cı il tarixli, AZ-1 836646 nömrəli ölüm haqqında şəhadətnamdə mərhum atasının adı və ata adında uyğunsuzluqlar mövcuddur. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə maraqlı şəxslər Şəki rayon Qeydiyyat şöbəsinə və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X6 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Eyni kənddə yaşamışlar. Onu və mərhum atası X7 tanımışdır. Sözügedən şəxs müharibə iştirakçısı olmuşdur və yaşadıqları kənddə eyni adda ikinci şəxs yaşamamışdır. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X14 oxşar məzmunlu ifadə verərək ərizəçinin və digər şahidin ifadələrini təsdiq etmiş və bildirmişdir ki, yaşadıqları kənddə Qaram adlı başqa bir şəxs tanımamışdır. Həmçinin qeyd etmişdir ki, eyni kənddə yaşayan Qara kişini tanıyır, lakin onun yaşı Qaram kişi ilə uyğun gəlmir və onlar tamamilə fərqli şəxslərdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər X1 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 29 dekabr 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28 dekabr 2016-cı il il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon Qeydiyyatı Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 25 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, ərizəçinin Şəki rayon Qeydiyyatı Şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydində, mərhum atası X3 nikah haqqında akt qeydində adı “Qaram”, atasının adı “Məmə”, ölüm haqqında akt qeydində isə adı “Qara”, atasının adı isə “Məmməd” kimi qeyd edilmişdir. Eyni zamanda, ölüm haqqında akt qeydində atasının adının “Qara”dan “Qaram”a , atasının atasının adının “Məmə”dən “Məmməd”ə dəyişdirilməsi üçün hər hansi bir sənəd təqdim edilmədiyindən həmin akt qeydində dəyişiklik edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Şəki Regional Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 95№ li cavab məktubundan görünür ki, X9 ilə qohumluq əlaqəsini təsdiq edən sənədlərdə uyğunsuzluq olduğuna görə (“Qara”, “Qaram” , ata adında “Məmməd”, “Məmə”) vərəsəlik işinin açılması və şəhadətnamə verilməsi qeyri- mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Şəhər İHB-nın Baş Küngüt kənd nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X9 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günədək Baş Küngüt kəndində yaşamış və həmin kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəki rayon Dövlət 2 saylı notariat kontorunda təsdiq edilmiş 7 sentyabr 2013-cü il tarixli etibarnamədən aydın olur ki, X9 mülkiyyətində olan Nazlifan LF7132/2-320 markalı, 55BM686 dövlət qeydiyyat nişanı qeyd olunmuş AB 860273 nömrəli nəqliyyat vasitəsini idarə etmək üçün Ərizəçi səlahiyyət vermişdir. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyət hüququna dair JN-191, KOD 40408018 olan Dövlət aktında sözügedən torpaq sahəsinin mülkiyyətçisi olaraq X8 adı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş fərdi yaşayış fonduna daxil olan ( Baş Küngüt kəndində yerləşən torpaq sahəsində inşa olunmuş) yaşayış evinin texniki pasportundan aydın olur ki, mülkiyyətçi olaraq X9 qeyd edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 7 dekabr 1958-ci il tarixdə Şəki rayonu, Baş Küngüt kəndində anadan olmuşdur. Ərizəçinin atası X10 xx.xx.2016-cı ildə vəfat etmişdir. Ərizəçi, atasından miras qalmış əmlaklara qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, X3 onun atası olması və həmin sənədlərin eyni şəxsə məxsus olması barədə heç bir rəsmi sənəd olmadığından bundan imtina edilmişdir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Nazlifan LF7132/2-320 markalı, mühərrik nömrəsi 479Q**********4, buraxılış ili 2012 olan, 55BM686 dövlət qeydiyyat nişanı qeyd olunmuş AB 860273 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, torpağın mülkiyyət hüququna dair JN-191, KOD 40408018 olan Dövlət aktının, fərdi yaşayış fonduna daxil olan ( Baş Küngüt kəndində yerləşən torpaq sahəsində inşa olunmuş) yaşayış evinin texniki pasportunun, xx.xx.2016-cı il tarixli, AZ-1 836646 nömrəli ölüm haqqında şəhadətnamənin 28 dekabr 2016-cı il tarixdə ölmüş X5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Nazlifan LF7132/2-320 markalı, mühərrik nömrəsi 479Q**********4, buraxılış ili 2012 olan, 55BM686 dövlət qeydiyyat nişanı qeyd olunmuş AB 860273 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, torpağın mülkiyyət hüququna dair JN-191, KOD 40408018 olan Dövlət aktının, fərdi yaşayış fonduna daxil olan ( Baş Küngüt kəndində yerləşən torpaq sahəsində inşa olunmuş) yaşayış evinin texniki pasportunun, xx.xx.2016cı il tarixli, AZ-1 836646 nömrəli ölüm haqqında şəhadətnamənin 28 dekabr 2016-cı il tarixdə ölmüş X5 məxsus olması faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar