Məhkəmə qərarları › İş №e-2(075)-878/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-878/2024

04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-878/2024 04.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Ərizəçi cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ərizəçi cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qayınanası X1 miras qalmış ünvan 1 ünvanda 0,0195 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi olan mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndəiddia ərizəsinin məzmununa uyğun izahat verərək qanunun tələbinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin notariusu məhkəməyə məktub göndərərək iş yükünün çoxluğunun nəzərə alınaraq məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini (vəkili) dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar 04 fevral 1984-cü ildə vəfat etmiş qayınanası X1 miras qalmış əmlakdan mərhum əri X2 düşən paydan ona çatacaq hissəyə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahişi ilə Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və onlara həmin şəhadətnamənin verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Ona görə də “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Həmin qərara əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6 —261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı 04 fevral 1984-cü ildə vəfat etmiş qayınanası X1 miras qalmış əmlakdan mərhum əri X2 düşən paydan ona çatacaq hissəyə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahişi ilə Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və onlara həmin şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Notariat Ofisi imtinaya səbəb kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilməsini, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyini, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü) və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığını qeyd etmişdir. Göründüyü kimi imtinaya əsas olmuş hallar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən aradan qaldırılmış və hazırki iddia tələbinə məhkəmədə baxılmasına zərurət qalmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmədə baxılmalı deyildir əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçılara notariat hərəkətlərinin aparılması üçün Notariat Ofisinə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İddiaçı Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Ərizəçi cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraatina xitam verilsin. Notariat hərəkətlərinin aparılması üçün Notariat Ofisinə müraciət etmək hüquqlarının olması iddiaçılara izah edilsin. İddiaçı Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar