Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-881/2025 26.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı Şəki rayonu Bolludərə Bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki X4 Mərkəzi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsi və Cavabdeh2nə (üçüncü şəxslər: X3 və X1) qarşı “örüş sahəsinin məqsədli təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsi faktının təsdiq edilməsi” tələbinə dair məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi İddiaçı Şəki rayonu Bolludərə Bələdiyyəsi mcavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki X4 Mərkəzi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsi və Cavabdeh2nə (üçüncü şəxslər: X3 və X1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Bolludərə bələdiyyəsinin mülkiyyətində olan Qaratorpaq kəndinin ərazisində yerləşən əvvəllər Şəki rayonu Çayqaraqoyunlu kənd sakini Maraqlı şəxs1 icarəsində olan sonradan Şəki rayonu Qaratorpaq kənd sakini Maraqlı şəxs2 icarəsinə verilmiş 500 hektarlıq torpaq sahəsinin 165 hektar örüş sahəsinin məqsədli təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Mülki Prosessual Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən:
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin məcəllənin 12-ci maddəsinə əsasən:
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VİQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 164 nömrəli fərmanının 1.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.3-cü bəndinə əsasən həmin Məcəllənin 12-ci və 13-1-ci maddələrinin 5-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
Məhkəmənin mövqeyi
Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hazırkı iddia tələbinin predmeti fakt təsdiqi kimi göstərilmiş olsa belə, yuxarıda qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi iddia tələbində göstərilmiş səlahiyyət müvafiq icra hakimiyyəti orqanlarına aid edilmişdir. Belə olan halda iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya göstərilən tələblə müvafiq icra hakimiyyətinə müraciət etmək hüququ ona izah edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı Şəki rayonu Bolludərə Bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki X4 Mərkəzi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsi və Cavabdeh2nə (üçüncü şəxslər: X3 və X1) qarşı “örüş sahəsinin məqsədli təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsi faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Kamran Musayev