Məhkəmə qərarları › İş №e-2(075)-899/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-899/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-899/2022 07.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, iddiaçı ASC "xxxx"nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə İddiaçı ASC "xxxx"nın cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh5 qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC "xxxx"ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış ailə üzvləri X15, X16, X7 və X3 daxil olmaqla ailə üzvləri və digər şəxslərin 1 (bir) ay müddətində ASC “Xalq” Bankına mülkiyyət hüququ əsasında məxsus olan Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC «Xalq» Bankına təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə cavabdeh X9 (Borc alan) arasında bağlanmış 19.09.2014cü il tarixli, **********81314 №li Kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquzfaiz) ödənilməsi şərtilə, 85 000 (səksən beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdeh X5 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə cavabdehlər 1) Cavabdeh3 arasında sonuncunun Şəki şəhəri, Maksim Qorki küçəsində mülkiyyətində olan 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 154,7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinin (bundan sonra “Fərdi yaşayış evi” adlandırılacaq) ipoteka qoyulması barədə 19.09.2014cü il tarixli **********81314/1 №li; 2) X13 arasında sonuncuya məxsus Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin ipoteka qoyulması barədə 19.09.2014-cü il tarixli **********81314/2 №li; 3) X14 arasında sonuncunun Şəki şəhəri, Otaq eşiyi küçəsində mülkiyyətində olan 0.0292 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 19.09.2014-cü il tarixli **********81314/3 №li İpoteka müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə borc alan Q.M.Bağırov tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasına görə Bank “19.09.2014-cü il tarixli **********81314 №liKredit müqaviləsi üzrə İddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(075)-3/2020 №li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə Fərdi yaşayış evinə tutma yönəldilməsi qət edilmişdir. Bank və borc alan Q.M.Bağırov tərəfindən Qətnamədən verilmiş apellyasiya şikayətləri Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(107)-1008/2020 №li qətnaməsi ilə təmin edilməmiş, Qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Daşınar və Daşınmaz Əmlakın Satışı X22” MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda həmin Fərdi yaşayış evi satılmadığından o, əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Fərdi yaşayış evi alqı-satqısı Hərrac təşkilatçısı, Şəki Rayon İcra Şöbəsi və Bank tərəfindən imzalanmış Hərrac təşkilatının hərracın yekunları barədə 18.06.2021-ci il tarixli, 51/02 nömrəli protokolu və Bank ilə Hərrac təşkilatçısı arasında 18.06.2021-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinə Bankın mülkiyyət hüququ elektron qaydada əldə edilmiş 05.08.2021-ci il tarixli ********** Qeydiyyat №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Bankın Fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu əldə etməsindən 8 aydan artıq müddət keçməsinə baxmayaraq, Bank bu günədək Fərdi yaşayış evinə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5 onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayan ailə üzvləri X15, X16, X7 və X3 daxil olmaqla ailə üzvlərinin və digər şəxslərin heç bir qanuni əsas olmadan yaşaması, həmin əmlaka qanunsuz sahiblik və istifadə etməsidir. Fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçıya keçməsinə, Cavabdehlərin ipoteka predmetinətutma yönəldikdə Fərdi yaşayışevini dərhal tərk etmələri barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələrinə və Bank tərəfindən Fərdi yaşayış evi in 30 (otuz) gün müddətindən gec olmayaraq boşaldılması barədə Cavabdeh3 19.01.2022-ci il tarixli, SK- XO-19.01.2022-001 nömrəli bildirişin göndərilməsinə baxmayaraq, Cavabdehlər Fərdi yaşayış evini boşaltmırlar, bununla da İddiaçının mülkiyyət hüqununu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olurlar. Fərdi yaşayış Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, X10, X11, X4 və X2 yaşaması faktı Şəki “ASAN” xidməti mərkəzi tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 21.01.2022-ciiltarixli, ******* №liarayış (Forma № 2) ilə təsdiq olunur. Buna görə də hesab edir ki, bank tərəfindən fərdi yaşayış evinin cavabdehlərin, habelə onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin qanunsuz sahibliyindən geri tələb edilməsi (fərdi yaşayış evindən çıxarılmaları) qanunvericiliyin yuxarıda qeyd edilən müvafiq normalarına əsasən tamamilə əsaslıdır. Məhkəmə iclasında iddiaçı ASC "xxxx"nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə şıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 iyun 2021-ci il tarixli hərracın yekunları barədə protokolun və hərracın yekunları haqqında alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 70000 manat müəyyən olunmuş, əmlak ilkin hərracdan satılmadığından ikinci hərracda 15% endirimlə 59500 manat müəyyən olunmuş, hərrac baş tutmamış elan edildiyindən ipoteka predmeti təkrar hərracdakı“ satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 44625 manata ipoteka saxlayan ASC "xxxx"ına satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 05.08.2021-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.0493 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi ASC "xxxx"ının mülkiyyətindədir. Cavabdeh2 Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontoruna verdiyi 19.09.2014-cü il tarixli ərizənin surətindən görünür ki, o, atasına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ASC “Xalq” Bankının “Şəki” filialından götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına və satılmasına etiraz etmir. Müqavilənin şərtləri ilə tanışdır və banka olan əsas borc, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin fərdi yaşayış evinə yönəldilməsinə razıdır və bu halda Bankın tələbinə əsasən məhkəmə qətnaməsi tələb etmədən qeyri-şərtsiz fərdi yaşayış evini könüllü boşaltmağı öz öhdəsinə götürür. ASAN-Şəki tərəfindən verilmiş 21.01.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində aşağıdakı şəxslər qeydiyyatdadırlar: Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, X15, X16, X7 və X3. Məhkəmə araşdırmaları nəticəsində aydın oldu ki, 19 sentyabr 2014-cü il tarixdə ASC «Xalq» Bankı ilə X5 arasında **********81314 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC «Xalq» Bankı tərəfindən cavabdeh X6 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 85000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh3 ilə ASC «Xalq» Bankı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli, **********81314/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82.7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli ev, X9 ilə ASC «Xalq» Bankı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli, **********81314/2 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 hektar torpaq sahəsi və X14 ilə ASC «Xalq» Bankı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli **********81314/3 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kvadrat metr ümumi, 45.79 kvadrat metr yaşayış, 77.76 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 2 otaqlı, 14 nömrəli ev ipotekaya qoyulmuşdur. Kredit borcu ödənilmədiyindən Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82.7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli evə tutma yönəldilmiş və həmin ev tələbkar ASC "xxxx"ının mülkiyyətinə rəsmiləşdirilmişdir. ASC "xxxx"ı iddia tələbini müdafiə edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “İpoteka haqqında Azərbaycan Respublikası Qanunu”nun: 59.3. ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun; və ya 59.3.2 ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya qeydiyyata alınmış şəxslər belə bir öhdəlik götürmüş sayılırlar. 59.4. Bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Kredit borcunun ödənilməməsi səbəbindən hərracdan alınma yolu ilə mülkiyyətinə keçmiş mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi ASC "xxxx"ı cavabdehlərin Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddia tələbinin “...onlarla birlikdə yaşayan...digər şəxslər...”-in də çıxarılması hissəsinə münasibət bildirərək hesab edir ki, həmin hissədə çıxarılacaq şəxslərin dairəsi məhkəmə üçün aydın və məlum olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Şərh edilənlərə qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış ailə üzvləri X15, X16, X7 və X3 1 (bir) ay müddətində ASC “Xalq” Bankına mülkiyyət hüququ əsasında məxsus olan Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsindən, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılmalı, həmin yaşayış evi boşaldılaraq ASC “Xalq” Bankına təhvil verilməli, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220, 223 və 227.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış ailə üzvləri X15, X16, X7 və X1 Səhmdar Cəmiyyəti "xxxx"nın mülkiyyətində olan, Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsindən, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılsınlar və həmin yaşayış evi boşaldılaraq ASC “Xalq” Bankına təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. “ Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar