Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-901/2022 07.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı "xxxx" X6 Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" X6 Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" X6 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.06.2014-cü il tarixli, **********01914 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı "xxxx" X6 Cəmiyyətinə olan 5273,01 (beş min iki yüz yetmiş üç ABŞ dolları, 01 sent) ABŞ dolları məbləğində əsas borc, 24.06.2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 7085,79 (yeddi min səksən beş ABŞ dolları, 79 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 24.06.2018-ci il tarixindən 28.03.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 2686,31 (iki min altı yüz səksən altı ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 28.03.2022ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 321,79 (üç yüz iyirmi bir ABŞ dolları 79 sent) ABŞ dolları təşkil edən penya, cəmi 15366,91 (on beş min üç yüz altmış altı ABŞ dolları 91 sent) ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 169 (bir yüz altmış doqquz) manat məbləğində dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək göstərmişdir ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 24.06.2014-cü il tarixli **********01914 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görəillik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə, 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə ipoteka qoyan Kərimov Tofiq Xaliq oğlu arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 24.06.2014-cü il tarixli, **********01914/1 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 29 aprel 2019-cu il tarixli 2(075)- 35/2019 nömrəli qətnaməsi ilə 24.06.2014-cü il tarixli **********01914/1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh Kərimov Tofiq Xaliq oğluna mülkiyyət hüququ üzrə məxsus olan Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına 24.06.2014-cü il tarixli **********01914 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 14647,71 ABŞ dolları məbləğində əsas borcun, 7085,79 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 21.04.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 26,16 (iyirmi altı ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində penyanın, cəmi 21759,66 ABŞ dolları məbləğində borcun ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Yuxarıda göstərilən qətnamədən narazı qalan Cavabdeh Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(107)-68/2020 nömrəli qətnaməsi ilə ipoteka qoyan Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, faiz borcunun məbləği 6128 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından onun alınması iddiaçı ASC "xxxx" Bankına təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış hərracın yekunları barədə YP 168 nömrəli protokol və iddiaçı ASC "xxxx" Bankı ilə hərrac təşkilatçısı arasında 17 dekabr 2021 il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqısatqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 25000 (iyirmi beş min) manat məbləğində müəyyən edilmiş, lakin bank tərəfindən 15937 manata alınmışdır. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında 5273,01 (beş min iki yüz yetmiş üç ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində əsas borcu və kreditin qaytarılma müddətinin bitdiyi 24.06.2018-ci il tarixinədək hesablanmış və ödənilməmiş 7085,79 (yeddi min səksən beş ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) (34%-19%=15%) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 28.03.2022-ci il tarixə qədər hesablanmış bu məbləğ 321,79 (üç yüz iyirmi bir ABŞ dolları 79 sent) ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. İddianın təmin edilməsi barədə qətnamə çxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, o, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə arasında bağlanmış 24.06.2014-cü il tarixli **********01914 nömrəli kredit müqaviləsinə əsasən ona 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə, 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə onun arasında mülkiyyət hüququ ilə ona məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin ipoteka qoymuş və bu barədə 24.06.2014-cü il tarixli, **********01914/1 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 29 aprel 2019-cu il tarixli 2(075)-35/2019 nömrəli qətnaməsi ilə 24.06.2014-cü il tarixli **********01914/1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ üzrə ona məxsus olan Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına 24.06.2014-cü il tarixli **********01914 nömrəli Kredit müqaviləsi üzrə onun iddiaçı qarşısında 14647,71 ABŞ dolları məbləğində əsas borcun, 7085,79 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 21.04.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 26,16 (iyirmi altı ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində penyanın, cəmi 21759,66 ABŞ dolları məbləğində borcun ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Sonradan qətnamədən narazı qalaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(107)-68/2020 nömrəli qətnaməsi ilə onun şikayət qismən təmin təmin edilərək, faiz borcunun məbləği 6128 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından onun alınması iddiaçı ASC "xxxx" Bankına təklif edilmiş və Bank buna öz razılığını bildirmiş və ev bank tərəfindən 15937 manata alınmışdır. Hazırda iddiaçı qalan məbləği ondan tələb etməkdədir. Maddi vəziyyətinin ağır olduğunu bildirmiş buna görə iddia qəbul etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 iyun 2014-cü il tarixli, **********01914 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında "xxxx" Bank ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş “X1 Mərkəzi” MMC-nin 17 dekabr 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Kərimov Tofiq Xaliq oğluna məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və üzərində 1 mərtəbəli, 2 otaqlı, ü/s 80 kv.m, 26 A saylı evin ilkin satış qiyməti 25000 manat təşkil edir və 15937 manat məbləğə hərracla "xxxx" Bank ASC-yə satılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maaliyyə arayışından görünür ki, Kərimov Tofiq Xaliq oğlunun 24 iyun 2014-cü il tarixli, **********01914 saylı kredit müqaviləsi üzrə "xxxx" Bank ASC-yə 28.03.2022-ci il tarixinə 5273,01 ABŞ dolları əsas, 7085,79 ABŞ dolları faiz, 321,79 ABŞ dolları cərimə faizlri üzrə, 2686,31 ABŞ dolları illik 5% faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 15366,91 ABŞ dolları borcu vardır. İşdə olan Şəki Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(075)-35/2019 nömrəli qətnaməsindən görünür ki, 24.06.2014-cü il tarixli **********01914/1 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh Kərimov Tofiq Xaliq oğluna məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 25 000 (iyirmi beş min) manata açıq hərracda satılması, Şəki şəhəri, H.Sarabski küçəsində Kərimov Tofiq Xaliq oğlunun mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına 24.06.2014-cü il tarixli **********01914 №-li Kredit müqaviləsi üzrə borc məbləği olan 14 647,71 (on dörd min altı yüz qırx yeddi ABŞ dolları 71 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, 23.06.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) dərəcəsi hesablanmış 7 085,79 (yeddi min səksən beş ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 21.04.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 26,16 (iyirmi altı ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə tutulması və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərCavabdeh və Kərimov Tofiq Xaliq oğlundan müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(107)-68/2020 nömrəli qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tаrixli, 2(075)-35/2019 nömrəli qətnaməsi “ipoteka predmeti olan Kərimov Tofiq Xaliq oğluna məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hаzırkı real bazar qiymətinin 25.000 manat müəyyən edilməsi” və faiz borcunun məbləği hissələrində dəyişdirilməsi, ipoteka predmeti olan Kərimov Tofiq Xaliq oğluna məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hazırkı likvid qiyməti 25000 manat həddində müəyyən edilməsi, faiz borcunun məbləği 6.128,00 (altı min yuz iyirmi səkkiz) ABŞ dollar müəyyən edilməsi və ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdehlərdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ƏMDK yanın DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş, 01 fevral 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi "xxxx" Bank ASC-nin adına 01.02.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 24.06.2014-cü il tarixli **********01914 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görəillik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə, 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 29 aprel 2019-cu il tarixli 2(075)-35/2019 nömrəli qətnaməsi ilə 24.06.2014-cü il tarixli **********01914/1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh Kərimov Tofiq Xaliq oğluna mülkiyyət hüququ üzrə məxsus olan Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına 24.06.2014-cü il tarixli **********01914 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 14647,71 ABŞ dolları məbləğində əsas borcun, 7085,79 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 21.04.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 26,16 (iyirmi altı ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində penyanın, cəmi 21759,66 ABŞ dolları məbləğində borcun ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Lakin Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermmiş, Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(107)-68/2020 nömrəli qətnaməsi ilə ipoteka qoyan Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, faiz borcunun məbləği 6128 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə 20000 ABŞ dolları kredit verilmişdir. Götürülmüş kredit məbləğinin təminatı kimi cavabdeh mülkiyyətində olan evi iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini yerinə yetirə bilmədiyi üçün iddiaçı yuxarıda göstərilən qaydada məhkəməyə müraciət etmiş və Şəki rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(075)-35/2019 nömrəli qətnaməsi ilə cavabdehə məxsus olan 25000 manata satılması qərara alınmışdır. Cavabdehə məxsus ev hərraca çıxarılmış, ev hərracdan satılmadığı üçün 15937 manat məbləğə hərracla "xxxx" Bank ASC-yə satılmışdır. Evin hərracla 15937 manata satılması ilə əldə edilən məbləğ cavabdehin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin ödənilməsinə yetərli olmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə nəzər sadıqda aydın olur ki, iddiaçı Cavabdeh 24.06.2014-cü il tarixli, **********01914 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı "xxxx" X6 Cəmiyyətinə olan 5273,01 (beş min iki yüz yetmiş üç ABŞ dolları, 01 sent) ABŞ dolları məbləğində əsas borc, 24.06.2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 7085,79 (yeddi min səksən beş ABŞ dolları, 79 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 24.06.2018-ci il tarixindən 28.03.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 2686,31 (iki min altı yüz səksən altı ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 28.03.2022-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 321,79 (üç yüz iyirmi bir ABŞ dolları 79 sent) ABŞ dolları təşkil edən penya, cəmi 15366,91 (on beş min üç yüz altmış altı ABŞ dolları 91 sent) ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 169 (bir yüz altmış doqquz) manat məbləğində dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı cavabdehdən 7085,79 ABŞ dolları məbləğində faiz məbləği tələb edir. Halbuki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(107)-68/2020 nömrəli qətnaməsinin məzmunundan aydın olur ki, apellyasiya instansiyası məhkəməsində iş üzrə mühasibatlıq ekspertizası keçirilmiş və eksretizanın rəyi ilə cavabdehin banka olan faiz borcunun 6 128 ABŞ dolları olması müəyyən edilmişdir. Buna görə də məhkəmə faiz borcunun 6 128.00 ABŞ dolları məbləğində olmasını qəbul edir. Məhkəmə həmçinin iddia tələbinin 24.06.2018-ci il tarixindən 28.03.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % faiz dərəcəsi ilə hesablanmış 2686,31 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinə və 28.03.2022-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 321,79 ABŞ dolları təşkil edən penya hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi himin hissədə əsassızdır. Belə ki, iddiaçı cavabdehdən əldən çıxmış faydanın əvəzi olaraq 2686,31 ABŞ doları tələb etsə də, əldə olunacaq faydanın nədən ibarət olması və həmin faydanın miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Buna görə də məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 5273,01 ABŞ dolları məbləğində əsas borc, 6128,00 ABŞ dolları məbləğində faiz borcu məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 169 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5273,01 (beş min iki yüz yetmiş üç ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində əsas borc, 6 128,00 (altı min yüz iyirmi səkkiz ABŞ dolları) ABŞ dolları məbləğində faiz borcu məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 169 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-901/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-901/2022
07.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver