Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-906/2023 01.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkinn Fikrət oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X5 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh3 ilə aralarında xx.xx.2017-ci il tarixli torpağın alqı-satqısına dair müqavilənin bağlanmış edilməsi və cavabdehlər tərəfindən torpaq sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddia tələbinin ddəyişdirilməsi barədə ərizə təqdim edərək, torpağa ödənilən 2000 manat vəsaitin (inflyasiya dəyəri nəzərə alınmaqla) həmçinin 2070 manat torpağın yaxşılaşdırılmasına çəkilən xərclərin, 1000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci ildə Şəki rayonu Baş Şabalıd kənd sakini Cavabdeh3 ailə üzvlərinin mülkiyyətində olan “Ocaq palıdlar” adlanan ərazidə yerləşən 6199 kv m torpaq sahəsini onun ailə üzvlərinin məsləhəti və razılığı ilə, iki tərəfli razılaşma əsasında birdəfəlik olaraq gələcəkdə dəbbə halı nəzərə alınmaq şərti ilə birdəfəlik istifadə etmək üçün almışdır. Həmin vaxtdan 2022-ci ilədək torpaq sahəsini istifadə edərək həmin ərazidə abadlaşma, şum və əkin işləri aparılmış və cavabdehlər tərəfindən hər hansı etiraz olmamışdır. Lakin 2022-ci ildə cavabdehlər onun həmin torpaq sahəsinə girməyinə, orada hər hansı işlər görməyimə maneələr yaratmışdır. Aralarında dəfələrlə bu barədə danışıqlar aparılsa da heç bir faydası olmamış, torpağın onların olması bildirilmiş və ona satmadıqlarını bildirmişlər. Bir daha qeyd etmişdir ki, aramızda olan alqısatqı tərəflərin səlahiyyətli dövlət qurumlarına (notariat, bələdiyyə, icra nümayəndəliyi və s) ünvanladığı ərizələrdə, izahatlarda da qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmışdır. Həmin tarixdən etibarən o, aldığı torpaq sahəsindən istifadə etmişdir və cavadehlərin torpaqla bağlı hər hansı etirazları və tələbləri olmamışdır. İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 2004-ci il tarixdə yaranmışdır. Ona görə də həmin mübahisənin həlli üçün həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlər tərəfindən iddiaçıya torpaq sahəsini satmalarına baxmayaraq bunu inkar etmələri və qanunvericiliyin tələbi baxımından onlara inanıb alqı satqının rəsmilədirilmədiyindən vurulmuş maddi və mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında eyni məzmunlu izahat verərək bildirdilər ki, Bələdiyyədə işləyən İslam müəllimlə razılaşaraq onlara məxsus “Ocaq palıdlar” adlanan ərazidə yerləşən 6199 kv m torpaq sahəsini üç illik 500 manat müqabilində icarəyə vermişlər. Həmin vaxt onlar və oğulları Cavabdeh3 pulu aldıqdan sonra boş vərəqəyə qol çəkmişlər. Üç illik müddət bitdikdən sonra torpaqlarını özləri istifadə etməyə başlamışlar. İddiaçı heç vaxt görməmişlər, ümumiyyətlə onunla heç bir əlaqələri olmamışdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdilər. Cavabdeh X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilmiş: Şəki rayonu Baş Göynük bələdiyyəsinə Cavabdeh3 tərəfindən yazılmış 17 mart 2017ci il tarixli ərizədən görünür ki, ailələrinin mülkiyyətinə torpaq islahatı zamanı verilən “Ocaq palıdlar” adlanan ərazidə yerləşən 6199 kv m torpaq sahəsini ailə üzvlərinin birdəfəlik razılaşmasına əsasən ünvan 1 ünvanda yaşayan X8 birdəfəlik istifadə üçün vermişlər. Cavabdeh3 ilə birlikdə ailə üvləri olan X13, Cavabdeh2, X2, X3, X4 və X9 ərizəni imzaları ilə təsdiqləmişlər. ünvan 1 ünvanda yaşayan X14 tərəfindən Şəki rayonu Baş Göynük bələdiyyəsinin sədrinə yazılmış 17 mart 2017-ci il tarixli ərizədən görünür ki, Baş Şabalıdı kənd sakini Cavabdeh3 ailəsinin mülkiyyətinə “Ocaq palıdlar” adlanan ərazidə verilmiş 6199 kv m torpaq sahəsini onun ailə üzvlərinin birdəfəlik razılaşmasına əsasən birdəfəlik istifadə etmək üçün almışdır. Odur ki, həmin torpaq sahəsinin Cavabdeh3 üzərindən çıxarılmaqla onun üzərinə işlənməsinə köməklik etməsini xahiş etmişdir. Həmin ərizə 01 yanvar 2017-ci il tarixdə qeydiyyata alınmışdır. 27 may 2021-ci il tarixli aktdan görünür ki, Şəki rayonu Baş Şabalıdı kəndinin “Ocaq Palıdlar” adlı sahəsində Cavabdeh3 məxsus 0.62 hektar torpaq sahəsində 2017-ci ildən sonra görülmüş abadlıq bərpa işləri üçün 2018-2020-ci illər üçün 1580 manat, 2020-ci ilin payızında 2021-ci il üçün 490 manat vəsait xərclənməklə, cəmi 2017-ci il tarixdən 27 may 2021-ci il tarixinə kimi 2070 manat məbləğində vəsait xərclənmişdir. Akt iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Şəki rayon Baş Şabalıt kəndində yerləşən 0,62 ha torpaq sahəsi Cavabdeh3, X13, Cavabdeh2, X10, X11, X12, X15 və X1 ümumi birgə mülkiyyətlərindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 720.3.4-cü maddəsinə əsasən icarəyə verən müvəqqəti icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan qanunla müəyyənləşdirilmiş və ya digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda. 719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəki rayonu Baş Göynük bələdiyyəsinə Cavabdeh3 tərəfindən ailəsinin mülkiyyətinə torpaq islahatı zamanı verilən “Ocaq palıdlar” adlanan ərazidə yerləşən 6199 kv m torpaq sahəsini X8 3 illik istifadə etməsi üçün vermişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan 17 mart 2017-ci il tarixli Cavabdeh3 və X14 tərəfindən Şəki rayonu Baş Göynük bələdiyyəsinə ünvanlanmış ərizələrə baxarkən görünür ki, həmi ərizələr eyni gündə eyni xətlə yazılmaqla bərabər X14 tərəfindən yazılmış ərizə əvvəlki tarixlə yəni 01 yanvar 2017-ci il tarixdə bələdiyyə sədri tərəfindən qeydiyyata alınmışdır. Belə olan halda həmin sübutların mötəbərliyi şübhə doğurmaqla sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən isə qeyd edilməlidir ki, iddiaçı cavabdehə məxsus torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən xərclə bağlı iddiaçı üç ildən artıq bir müddətdə həmin torpaq sahəsindən istifadə etməklə bəhər götürmüşdür. Həmin istifadə üçün təbii ki, torpaq sahəsinin yaxşılaşdırılması üçün müəyyən işlər görülməsi zəruridir. Odur ki, İddia tələbi həmin hissədə də təmin edilə bilməz. Bundan başqa İddiaçı cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat pul tələb etsə də məhkəmə iddia tələbini bu hissədə də, əsaslı hesab etmir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın həmin hissədə də təmin edilməsi üçün hər hansı əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X6 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X5 qarşı “maddi və mənəvi zərərin ödənilməsi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı X6 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X5 qarşı “maddi və mənəvi zərərin ödənilməsi”nə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-906/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-906/2023
01.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver