Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-92/2023 10.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Mürsəl oğlunun 1934-cü il tarixdə Şəki şəhərində anadan olması, Ərizəçi Mürsəl oğlunun atasının X1, anasının isə X9 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxx 1955-ci ildə Şəki şəhərində anadan olmuşdur. Onun Ərizəçi Mürsəl oğlu adlı əmisi 1934-cü ildə anadan olmuş və 1946-cı ildə 12 yaşında vəfat etmişdir. Mərhum əmisinin adına Şəki şəhəri, G.Vahabova ünvanında torpaq 0.0792 ha sahəsi mövcuddur. Əmisinin ondan başqa vərəsəsi yoxdur. Belə ki, əmisi uşaq vaxtı 12 yaşında vəfat etmişdir. O əmisindən miras qalmış torpaq sahəsinə dair vərəsəliyi qəbul etmək üçün Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etdikdə ondan əmisinin doğum haqqında şəhadətnaməsini tələb etmişlər. Əmisinin doğum haqqında şəhadətnaməsi onda olmadığından bu barədə arayışın verilməsi üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Şəki rayon qeydiyyat şöbəsindən ona bildirmişlər ki, 1948-ci ildən qabaq doğulmuş bütün şəxlsər barədə sənədlər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X14 Filialına təhvil verilmişdir. Buna görə də o, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X14 Filialına müraciət etmişdir. Lakin 30 yanvar 2019-cu il tarixli məktubla bildirdilər ki, Nuxa VVAQ Şöbəsinin 1932-1934-cü illərin “Doğulanların qeydiyyat” kitablarına əsasən Ərizəçi Mürsəl oğlunun həmin illərdə anadan olmasına dair qeydiyya tapılmamışdır. Lakin əmisi Ərizəçi Mürsəl oğlu 1934-cü ildə Şəki şəhərində anadan olmuş, onun atası X1, anası isə X9 olmuşdur. Əmisinin ölüm faktı da Şəki Rayon Məhkəməsinin 26 may 2006-cı il tarixli 2-333 2006 saylı qətnaməsi ilə müəyyən edilmiş, həmin qətnamədə də əmisinin 1946-cı il tarixdə 12 yaşında vəfat etməsi müəyyən edilmişdir. Əmisi Ərizəçi Mürsəl oğlu 1934-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. Bilindiyi kimi hazırkı mübahisənin məhkəmədən kənar həlli mövcud deyil. Ona görə də o hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, Ərizəçi Mürsəl oğlu onun əmisidir. 12 yaşında vəfat etmişdir. 1943-cü ildə doğulması haqqında doğum kağızı yoxdur. Şahidlərin ifadəsi ilə təsdiq oluur ki, 1946-cı il tarixində vəfat etmişdir. 1943-cü ildə verilən torpaq sənədində əmisinin adı qeyd edilmişdir. Əmisinin vərəsəsidir. Həmin evnən bağlı başqa bir mülkiyyətçi yoxdur. Məhkəmədən ərizənin təmin olunması xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X8 göstərdi ki, Ərizəçi onun bibisi nəvəsidir. Vəfat edən şəxs onun bibisi oğludur. O, 12 yaşında, yəni 1946-ci ildə vəfat etmişdir. Onu görmüşdür. Atasının adı Mürsəl, anasının adı isə Cəmilədir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X5 göstərdi ki, ərizəçi onun bibisi nəvəsidir. Vəfat edən şəxs onun bibisi oğludur. Onu görməmişdir. O vəfat edəndə onun 2 yaşı var idi. Atasının adı Mürsəl, anasının adı isə Cəmilə olmasını bilir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X14 Filialı tərəfindən göndərilmiş 30 yanvar 2019-cu il tarixli, 149 nömrəli məktubdan görünür ki, Nuxa VVAQ Şöbəsinin 1932-1934-cü illərin “Doğum haqqında aktların qeydiyyat” kitablarına əsasən mərhum X6 həmin illərdə anadan olmasına dair qeydiyyat tapılmamışdır. İşdə olan Şəki Rayon Məhkəmsinin 2-233 saylı 2006-cı il tarixli qətnaməsindən görünür ki, Ərizəçi Mürsəl oğlunun 1946-cı ildə Şəki şəhərində ölməsi hüquqi faktının təsdiq edilməsi qət edilmişdir. İşdə olan Şəki şəhər Pirimlər məhəllə nümayəndəliyi tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Mürsəl oğlunun vərəsələrindən biri Ərizəçidur. İşdə olan 14 iyul 2006-ci il tarixli, AZ-İ 209107 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Mürsəl oğlu 1946-ci ildə vəfat etmişdir. İşdə olan 02 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, XX.XX.1920-ci il təvəllüdlü X2 atası X1, anası X7r. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, X3 01 mart 1982-ci ildə Şəki şəhərində vəfat etmiş və ölüm səbəbi ürək əzələsinin infarktı kimi qeyd edilmişdir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 21 sentyabr 2022-ci il tarixdə verilmiş 05/Q-3024/15 nömrəli məktubdan görünür ki, Şəki Rayon Qeydiyyat şöbəsinin arxivində 1934-cü ildə Şəki şəhərində anadan olmuş Ərizəçi Mürsəl oğlunun doğum haqqında akt qeydi aşkar edilməmiş və Şəki rayon qeydiyyat şöbəsində onun doğumunun qeyedə alınması üçün qanunvericilikdə göstərilmiş müvafiq sənədləri təqdim edilmədiyindən doğum qeydiyyatının qeydə alınması mümkün olmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasənməhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.1-ci bəndinə görə hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarın 4.2-ci bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Həmin qərarın 4.3-cü bəndinə görə uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi Mürsəl oğlunun 1934-cü il tarixdə Şəki şəhərində anadan olması, atasının X1, anasının isə X9 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələbləri və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Mürsəl oğlunun 1934-cü il tarixdə Şəki şəhərində anadan olması, atasının X1, anasının isə X9 olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-92/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-92/2023
10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver