Məhkəmə qərarları › İş №e-2(075)-925/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-925/2025

15.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-925/2025 15.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxs Notariat Ofisi olmaqla (3-cü şəxs X5) “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, 18 fevral 1976-cı ildə ölmüş X8ndan miras qalmış ünvan 6 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti giriş 468) ünvanında yerləşən fərdi yaşayış evi və 0,0409 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti dalan 12, ev 3 (Yeni qaydalarla Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti giriş 468) ünvanında yerləşən fərdi yaşayış evi və 0,0409 ha həyətyanı torpaq sahəsi xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən X8na məxsus olmuşdur. X8 xx.xx.1976-cı il tarixdə, atası X2 isə xx.xx.2010-cu ildə ölmüşlər. O, sözügedən nənəsindən miras qalmış fərdi yaşayış evində doğulub boya-başa çatmış və bugünədək həmin evdə yaşayır, sahiblik edir. Həmin evin bütün təmir-tikinti işlərini aparmışdır. Göründüyü kimi X8 öldükdən sonra o, ondan qalmış miras əmlaka sahiblik etmiş, miras əmlakı idarə etməyə faktiki olaraq başlamış və miras tərəfindən qəbul edilmişdir. O, Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisinə müraciət edərək, xx.xx.1976-cı ildə ölmüş X8ndan qalmış miras əmlakdan xx.xx.2010-cu il tarixdə ölmüş atası X1 çatası paydan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat Ofisinin xüsusi notariusu Xətai Səmədov xx.xx.2024-cü il tarixli qərarı ilə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina etmişdir. Həmin qərarda qeyd edilir ki, Ərizəçi mirasın açıldığı andan nə ərizə, nə də ki, faktiki olaraq mirası qəbul etmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilir. X5 iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə, iclasında iştirak edən Ərizəçi iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisi və 3-cü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirlən məhkəmə iclasında iştirak edən 3-cü şəxs X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, həmin evdə İlqar, yoldaşı, oğlu, gəlini və uşaqları ilə birlikdə yaşayır. O, həmin evdə yaşamır. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - 12 sentyabr 2010-cu il tarixli AZ-İ 442519 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional Maraqlı şəxsndə Notariat ofisinin 20 dekabr 2024-cü il tarixli qərarına əsasən, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Qərarda qeyd edilmişdir ki, Ərizəçi mirasın açıldığı andan nə ərizə, nə də ki, faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. - Ərizəçi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət X15 Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Nuxa şəhər VVAQ Şöbəsinin 1933-cü ilin “Doğulanların qeydiyyat” kitabına əsasən 25 oktyabr 1933-cü il 821 №li akta əsasən H.Əhmədzadə Ramazan 24 oktyabr 1933-cü ildə doğumu qeyd edilmişdir. Atası Əbdurrəhman H.əhməd – 1872 – Turk, anası Fatma Qara – 1888-Turk. - Şəki Regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, X16 18 fevral 1976-cı ildə Şəki şəhərində ölmüşdür. Ölüm haqqında 23 fevral 1976-cı ildə 53 №-li akt qeydi tərtib olunmuşdur. - Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2024-cü il tarixli **********43-10301 reyestr nömrəli arayışa əsasən, Şəki şəhəri, X20 prospekti, dalan 12, ev 13 (Yeni qaydalarla AZ 5501, Şəki şəhəri, X17 prospekti, giriş 468) ünvanında yerləşən ümumi sahəsi 35.3 kv.m., 0.0409 ha olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X11 mülkiyyətindədir. - Çələbixan məhəllə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 42 nömrəli arayışına əsasən, X16 M.Ə.Rəsulzadə 12/13 yeni qaydalarla, 468 saylı evdə 18 il yaşamış, 1976-cı ildə ölmüşdür. Mərhum öldükdən sonra bu günədək həmin ünvanda nəvəsi Ərizəçi öz ailəsi ilə birlikdə yaşamışdır. - xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş, X14 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. İkisi də orada anadan olmuşlar. Ərizəçi atası Ramazan kişi, anası isə Gülsüm xala olmuşdur. Həmin evdə indi İlqar ailəsi ilə birlikdə yaşayır. İlqarın oğlu, gəlini və iki nəvəsi də həmin evdə yaşayırlar. İlqargil 3 uşaq olublar. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş, X12 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. İkisi də orada anadan olmuşlar. Ərizəçi atası Ramazan kişi, anası isə Gülsüm xala olmuşdur. 3 uşaq olmuşlar. İlqar, Afərt, Mətanət. Afət rəhmətə getmişdir. - xx.xx.2025-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 90 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan SSRİ Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. 552-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ərizəçinin mərhum X8na məxsus olmuşdur. Həmin evdə X16, ərizəçinin atası X4 və daha sonra isə ərizəçi ailəsi ilə birlikdə yaşayır. Atası vəfat etdikdən sonra ondan miras qalmış həmin fərdi yaşayış evinə sahiblik və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin fərdi yaşayış evi onun istifadəsindədir və həmin fərdi yaşayış evinə o, sahiblik edir. İş materiallarında göründüyü kimi qeyd olunan əmlaka heç kim sahiblənməmiş, əmlaka dair hər hansı vərəsəlik işi olmamışdır. Göründüyü kimi M.Ə.Rəsulzadə prospekti dalan 12, ev 13 ünvanında yerləşən fərdi yaşayış evinə ərizəçi sahiblik etməyə və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin əmlak onun istifadəsindədir və həmin əmlaka o, sahiblik edir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir iddia təmin olunmalı, 18 fevral 1976-cı ildə ölmüş X8ndan miras qalmış ünvan 6 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti giriş 468) ünvanında yerləşən fərdi yaşayış evi və 0,0409 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 18 fevral 1976-cı ildə ölmüş X8ndan miras qalmış ünvan 6 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti giriş 468) ünvanında yerləşən fərdi yaşayış evi və 0,0409 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar