Məhkəmə qərarları › İş №e-2(075)-947/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-947/2022

04.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-947/2022 04.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Qoxmuq kəndində yerləşən cavabdehlə birgə nikah dövründə tikilmiş fərdi yaşayış evindən onun, azyaşlı uşaqları X1 və X4 istifadə hüquqlarının tanınması, onun, azyaşlı uşaqları X5 və X4 həmin evə köçürülmələri, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, ödənilmiş 50 manat mediasiya xərci və 50,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, İddiaçı Cavabdeh1 ilə 29 noyabr 2009-cu il tarixdə qeyri-rəsmi qaydada ailə qurmuş və onlar 18 avqust 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı ilə Cavabdeh1 birgə yaşadıqları müddətdə, yəni 10 sentyabr 2010-cu il tarixdə Ofelya və 06 iyul 2012-ci il tarixdə Əsəd adlı uşaqları anadan olmuşlar. İddiaçı Cavabdeh1 ilə ailə qurarkən cavabdehin valideynləri ilə birlikdə yaşadığı, Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, apardığı nişan-cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. İddiaçı gəlin köçərkən qeyd edilən fərdi yaşayış evinin sənədi olmamışdır. Sonradan İddiaçı Cavabdeh1 ilə birlikdə yaşadıqları dövrdə yeni bir fərdi yaşayış evi inşa etmişlər və həmin fərdi yaşayış evinin sənədi olmamışdır. Lakin, həmin fərdi yaşayış evi təmirli vəziyyətdə olmaqla, yaşamaq üçün tam əlverişli olmuşdur. İddiaçı ailə qurduğu vaxtdan cavabdehdən ayrıldığı vaxtadadək gəlin düşdüyü və cavabdehlərə məxsus Şəki rayonu, Qoxmuq kəndində yerləşən həmin evdə yaşamışdır. 2021-ci ilin payız aylarında Cavabdeh1 ilə İddiaçı ilə ayrılmışlar. Bundan sonra Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında 18 avqust 2011-ci il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qoxmuq kənd İcra Nümayəndəliyində bağlanmış nikah pozulmuş, 10 sentyabr 2010-cu il təvəllüdlü X1 və 06 iyul 2012-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay hər bir uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla, cəmi 250 manat alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 28 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Hazırda İddiaçı azyaşlı uşaqları ilə birlikdə atası evində yaşayır. Lakin, İddiaçı məxsus cehiz əşyaları cavabdehlərin yaşadıqları evdədir. Atası evində İddiaçı yaşaması üçün şərait yoxdur. Hazırda İddiaçı Şəki rayonu, Qoxmuq kəndində yerləşən cavabdehlə birgə nikah dövründə tikilmiş fərdi yaşayış evindən onun, azyaşlı uşaqları X1 və X4 istifadə hüquqlarının tanınmasını, onun, azyaşlı uşaqları X5 və X4 həmin evə köçürülmələrini, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılmasını istəyir. Bu səbəbdən də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, tələbi ilə bağlı ödənilmiş 50 manat mediasiya xərci və 50,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı verilməlidir. Hesab edir ki, İddiaçı iddiası əsaslıdır. İddianı müdafiə edir və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı da mahiyyət etibarı ilə nümayəndəsi (vəkili) Vəkil1 ilə eyni məzmunlu izahat verərərk, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Cavabdeh2 ailə qurmuşlar və onlar 18 avqust 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Dİgər Cavabdeh2 Cavabdeh2 atasıdır. İddiaçı ilə Cavabdeh1 birgə yaşadıqları müddətdə, yəni 10 sentyabr 2010-cu il tarixdə Ofelya və 06 iyul 2012-ci il tarixdə Əsəd adlı uşaqları anadan olmuşlar. İddiaçı Cavabdeh1 ailə qurarkən Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onlar bir müddət səmimi ailə münasibətlərində yaşasalar sa, sonradan münasibətləri pisləşdiyindən 2021-ci ilin payız aylarında ayrılmışlar. Bundan sonra Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında 18 avqust 2011-ci il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qoxmuq kənd İcra Nümayəndəliyində bağlanmış nikah pozulmuş, 10 sentyabr 2010-cu il təvəllüdlü X1 və 06 iyul 2012-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay hər bir uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla, cəmi 250 manat alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 28 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Mübahisə predmeti olan fərdi yaşayış evi reyestrdə dövlət qeydiyyatına alınmasada, qeyd edilən fərdi yaşayış evi Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsində inşa edilmişdir. Həmin evə Cavabdeh2 gözlənilən mülkiyyət hüququ vardır. İddiaçı gəlin gələrkən hazır vəziyyətdə olan və özlərinin də əvvəldən yaşadıqları bir evə gəlin gəlmişdir. İddiaçı həmin evdə qısa bir müddətdə yaşadığından və həmin evdə heç bir əziyyəti olmadığından iddiaçının həmin evdən heç bir istifadə hüququ yoxdur. Hesab edir ki, İddiaçı iddiası əsassızdır. Odur ki, İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da mahiyyət etibarı ilə Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 ilə eyni məzmunlu izahat verərək, İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclası zamanı cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, Şəki rayonu, Qoxmuq kəndində yaşayır. O, digər ustalarla birlikdə Şəki rayonu, Qoxmuq kənd sakini Cavabdeh2 sifarişi əsasında onun torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Lakin həmin işlərin nə zaman görülməsi dəqiq yadında deyil. O, həmin ünvanda tikinti işləri apararkən onlara Cavabdeh2 və onun ailə üzvləri qulluq etmişlər, materaial xərclərini, həmçinin onların xərclərini Cavabdeh2 qarşılamışdır. Həmin evin tikintisi zamanı İddiaçı görməmişdir. Məhkəmə iclası zamanı cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, evin bünövrəsinin qoyulmasında usta kimi 5 gün işləmişdir. Təxminən 10 il əvvəl. Xərcləri Cavabdeh2 qarşılamış, yeməklərini İmaməlinin həyat yoldaşı vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3, X16 və X15 eyni məzmunlu izahatlar vermişlər. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş və X23 Kitabında 15 iyun 2009-cu il tarixdə 1643 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən Şəki rayonu, Qoxmuq kənd sakini Cavabdeh2 Şəki rayonu, Qoxmuq kəndində fərdi yaşayış evi tikmək üçün 599 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Xidmətin 12 saylı Şəki Ərazisində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cavabdeh1 və Cavabdeh2 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Ləğv edilmiş DTXK-nin Şəki rayon Şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən Cavabdeh1 və Cavabdeh2 adlarına paylı mülkiyyətdə (5 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Qoxmuq kəndində JN-0029 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədinə 1,15 hektar əkin torpaq sahəsinin olduğu aşkar edilmişdir. Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən Şəki rayonu, Qoxmuq kəndində 0,0599 hektar həyətyanı torpaq sahəsinə ləğv edilmiş DTXK-nin Şəki rayon Şöbəsi tərəfindən paylı mülkiyyətdə (5 nəfər ailə üzvü olmaqla-Cavabdeh2, X12, X9, X6 və Cavabdeh1) Cavabdeh2 adına A153894 saylı torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. İşdə olan Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 mart 2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 sentyabr 2010-cu il təvəllüdlü X1 atası Cavabdeh1, anası isə İddiaçıdır. İşdə olan Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 mart 2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 sentyabr 2010-cu il təvəllüdlü X1 atası Cavabdeh1, anası isə İddiaçıdır. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qoxmuq kənd İcra Nümayəndəsi tərəfindən 14 iyul 2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06 iyul 2012-ci il təvəllüdlü X4 atası Cavabdeh1, anası isə İddiaçıdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2 (075)-1164/2021 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Cavabdeh1 ilə İddiaçı arasında 18 avqust 2011-ci il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qoxmuq kənd İcra Nümayəndəliyində bağlanmış nikah pozulmuş, 10 sentyabr 2010-cu il təvəllüdlü X1 və 06 iyul 2012-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay hər bir uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla, cəmi 250 manat alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 28 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qoxmuq kənd İcra Nümayəndəsi tərəfindən 25 may 2012-ci il tarixdə verilmiş arayışda göstərilmişdir ki, Şəki rayonu, Qoxmuq kəndində yaşayan Cavabdeh1 və Cavabdeh2 tərəfində Qoxmuq kəndində inşa edilən yeni fərdi yaşayış evinin təməli Cavabdeh2 şifahi məlumatına əsasən 2009-cu ildə qoyulmuş, sonrakı müddətdə inşaat işləri davam etdirilmişdir. Cavabdeh2 şifahi məlumatına əsasən evin inşasında müxtəlif vatlarda Qoxmuq kənd sakinləri X2, X7, X17, X15 və X13 iştirak etmişlər. Məhkəmə iclası zamanı tərəflərin, onların nümayəndələrinin (vəkillərinin) izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə Cavabdeh1 ailə qurmuşlar və onlar 18 avqust 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı ilə Cavabdeh1 birgə yaşadıqları müddətdə onların 10 sentyabr 2010-cu il tarixdə Ofelya və 06 iyul 2012-ci il tarixdə Əsəd adlı uşaqları anadan olmuşlar. İddiaçı Cavabdeh1 ailə qurarkən Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onlar bir müddət səmimi ailə münasibətlərində yaşasalar sa, sonradan münasibətləri pisləşdiyindən 2021-ci ilin payız aylarında ayrılmışlar. Bundan sonra Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında 18 avqust 2011-ci il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qoxmuq kənd İcra Nümayəndəliyində bağlanmış nikah pozulmuş, 10 sentyabr 2010-cu il təvəllüdlü X1 və 06 iyul 2012-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay hər bir uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla, cəmi 250 manat alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 28 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İddiaçı mübahisə predmeti olan evdən uşaqları ilə birlikdə istifadə hüquqlarının yarandığını əsas gətirərək həmin evdən istifadə hüququnun tanınması, evə köçürülmələrini və cavabdehlər tərəfindən edilən maneələrə qadağa qoyulmasını xahiş edir. Cavabdehlər isə iddianı qəbul etmirlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. İddiaçı Cavabdeh1 ilə ailə qurarkən Şəki rayonu, Qoxmuq kəndində yerləşən və Cavabdeh2 gözlənilən mülkiyyətin hüququ olan evə gəlin köçmüşdür. Hazırda, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulduğundan İddiaçı cavabdehlərin evini tərk etmiş və o, uşaqları ilə birlikdə öz atası evində yaşayır. Məhkəmə araşdlrması zamanı müəyyən edildi ki, cavabdeh İddiaçı Cavabdeh2 gözlənilən mülkiyyətin hüququ olan, Şəki rayonu, Qoxmuq kəndində yerləşən evdən istifadə hüququnun qalması üçün hər hansı bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, evdən istifadə hüququnun tanınması və uşağı ilə birlikdə evə köçürülməyə dair hissədə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mübahisə predmeti olan ev Cavabdeh2 tərəfindən inşa edilmiş və həmin evin yerləşdiyi 599 kvadrat metr torpaq sahəsi Şəki Rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Qeyd edilən fərdi yaşayış evi Cavabdeh2 adına reyetrdə qeydiyyata alınmasa da, cavabdeh İddiaçı köçməsinədək ev tam hazır vəziyyətdə və istifadədə olduğundan Cavabdeh2 artıq tərəflərin nikah bağladıqları 18 avqust 2011-ci il tarixinədək, yəni cavabdeh İddiaçı oraya köçməsinədək Şəki rayonu, Qoxmuq kəndində 599 kvadrat metr torpaq sahəsində yerləşən həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarının tələbinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində gəlinin qaynatadan özünün saxlanılmasını tələb etmək hüququnun olması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarının tələbi baxımından cavabdeh İddiaçı mübahisə predmeti olan evə münasibətdə həmin evdən istifadə hüququnun qalmasına malik olan şəxlər kateqoriyasına daxil deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarının tələbinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslində gəlinin qaynanadan özünün saxlanılmasını tələb etmək hüququnun olması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarının tələbi baxımından İddiaçı mübahisə predmeti olan Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə münasibətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun tanınmasını tələb etsə də, Cavabdeh1 həmin evin mülkiyyətçisi deyildir. Digər Cavabdeh2 isə iddiaçının istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik olan şəxlər kateqoriyasına daxil deyildir. Həmçinin, İddiaçı Cavabdeh2 evdən istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik olan şəxlər kateqoriyasına daxil olmadığından onun Şəki rayonu, Qoxmuq kəndində yerləşən cavabdehlə birgə nikah dövründə tikilmiş fərdi yaşayış evindən onun, azyaşlı uşaqları X1 və X4 istifadə hüquqlarının tanınması, onun, azyaşlı uşaqları X5 və X4 həmin evə köçürülmələrini tələb etməsi özü-özlüyündə əsassızdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evindən onun azyaşlı uşaqları X1 və X4 istifadə hüquqlarının tanınması, onun azyaşlı uşaqları X5 və X4 həmin evə köçürülmələr, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, ödənilmiş 50 manat mediasiya xərci və 50,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edilmədiyindən İddiaçı ödədiyi 50 manat mediasiya xərci və 50,40 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilməsin. Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı, azyaşlı uşaqları X1 və X4 istifadə hüquqlarının tanınması, İddiaçı, azyaşlı uşaqları X5 və X4 həmin evə köçürülməsi, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, ödənilmiş 50 manat mediasiya xərci və 50,40 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə İddiaçı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar