Məhkəmə qərarları › İş №e-2(075)-952/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-952/2024

27.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-952/2024 27.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Ərizəçi Siracədin oğlunun və onun nümayəndəsi (vəkili) X17, Maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və Şəki Rayonu Qeydiyyat Şöbəsi olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxslər Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və Şəki Rayonu Qeydiyyat Şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, X16 X1 atası olması, Əhmədova Aşa-Fatma Rəsul qızının X16 anası, X4 nənəsi olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onun əsaslandırılmışdır ki, doğulub-boya başa çatdığı və bu günə kimi yaşadığı Şəki şəhəri N.Nərimanov küçəsi dalan 3 ev 6-da yerləşən fərdi yaşayış evi üzrə ulu nənəsi Əhmədova Aşa-Fatma Rəsul qızının adına ilkin qeydiyyat üçün sənədlər mövcuddur. Belə ki, həmin ev üzrə 1964-cü il tarixli, 5818 inventar nömrəli texniki pasport və xx.xx.1944-cü il tarixli 5341 inventar nömrəli torpaq qeydi mövcuddur. Yaşadığı bu fərdi yaşayış evi bu günə kimi sənədləşdirilməyib. Tərəfindən bu istiqamətdə addım atılaraq vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etmişdir. Lakin bir sıra sənədləri və faktları müəyyən etmək mümkün olmadığından Notariat ofisi xx.xx.2022-ci il tarixli imtina vermişdir. Vəkil vasitəsilə müvafiq sənədlərin əldə edilməsinə çalışılsa da toplanması mümkün olmamışdır. Belə ki, X1 doğumu barədə qeyd müəyyən edilə bilməmişdir. X3 ölümü barədə sənədi onun babası olmasının dəqiq müəyyən edilə bilməməsi səbəbindən verilməmişdir. X1 nənəsi Əhmədova Aşa-Fatma Rəsul qızının ölümü barədə sənədi onun atasının nənəsi olmasının dəqiq müəyyən edilə bilməməsi səbəbindən verilməmişdir. Yəni göründüyü kimi, arxiv sənədləri ilə və ya qeydiyyat şöbəsində mövcud olan qeydiyyat jurnalları ilə onun Əhmədova Aşa-Fatma Rəsul qızının nəticəsi olmasını müəyyən etmək mümkün olmur. Buna görə də ondan qalmış miras əmlakını qeydiyyata aldırılaraq vərəsəlik işi açılması mümkün olmur. İş materiallarına əlavə etdiyi doğum haqqında şəhadətnamədən göründüyü kimi, o, xx.xx.1962-ci ildə Şəki şəhərində anadan olmuşdur. X2, X6dır. X2 08 mart 1993-cü ildə rəhmətə getmişdir. X6 26 mart 2002-ci ildə rəhmətə getmişdir. İş materiallarına əlavə etdiyi Şəki rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi, X3 ölüm qeydiyyatı barədə məlumatı qohumluq münasibətlərini təsdiq edən sənədi təqdim etmək mümkün olmaması səbəbindən verməkdən imtina etmişdirlər. Vəkil tərəfindən verilmiş sorğu ilə mərhum Əhmədova Aşa- Fatma Rəsul qızının ölüm qeydiyyatı jurnalından çıxarış, onun oğlu X24 və onun oğlu X4 doğum qeydiyyatı jurnalından çıxarış verilməsi xahiş edilsə də sorğuya rəsmi cavab verilməmişdir. Bu gün miras əmlakı olan Şəki şəhəri N.Nərimanov küçəsi dalan 3 ev 6-da yerləşən fərdi yaşayış evinin qeydiyyata alınması üçün notariat ofisi ilk növbədə vərəsəlik işi açaraq əmlakın qeydiyyata alınması üçün DƏDRX-nə təqdim etmək üçün məktub verməlidir. Həmin məktubla ilkin qeydiyyat sənədləri əsasında fərdi yaşayış evi mərhumun adına qeydə alınmalıdır. Əllərində və sistemdə olan sənədlər əsasında onun mərhum Əhmədova Aşa-Fatma Rəsul qızının nəticəsi olması (qohumluq münasibətləri) müəyyən edilə bilməməsindən vərəsəlik işi açılmır və fərdi yaşayış evi qeydiyata alınmır. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi Siracədin oğlu ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi Siracədin oğlunun nümayəndəsi (vəkili) X28 ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X19 iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirdi. Maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - 17 iyun 1944-cü il tarixli qeydiyyat sənədindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Əhmədova Aşa-Fatma Rəsul qızının adına qeydiyyata alınmışdır. - 24 dekabr 1966-ci il tarixli, A3 ******* seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxx 1962-ci il təvəllüdlü Ərizəçi X2, X6dır. - 18 mart 1993-cü il tarixli, İV-ЖГ 405050 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1993-cü il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 114 nömrə ilə qeyd edilmişdir. - 25 sentyabr 2021-ci il tarixli Şəki şəhər İcra Hakimiyyətinin Dağ dibi məhəllə nümayəndəliyi tərəfindən verilmiş vərəsəliyə dair arayışdan görünür ki, Əhmədova Aşa- Fatma Rəsul qızı 17 iyun 1944-cü il tarixdə vəfat etmiş, onun qalmış ailə üzvləri X12 (vəfat edib) və Ərizəçidur. - 09 noyabr 2021-ci il tarixli Şəki şəhər İcra Hakimiyyətinin Dağ dibi məhəllə nümayəndəliyi tərəfindən verilmiş vərəsəliyə dair arayışdan görünür ki, X10 şəhəri, N.Nərimanov küçəsi, dalan 3, ev 5 ünvanında yaşamış, vəfat etmiş və X12 (vəfat edib) adlı ailə üzvü qalmışdır. - 22 fevral 2023-cü il tarixli Şəki şəhər İcra Hakimiyyətinin Dağ dibi məhəllə nümayəndəliyi tərəfindən verilmiş vərəsəliyə dair arayışdan görünür ki, Əhmədova Aşa- Fatma Rəsul qızı 1949-cu il tarixdə vəfat etmiş, onun qalmış ailə üzvləri oğlu X24 (vəfat edib), nəvəsi X12, nəticəsi Ərizəçidur. - 03 iyul 2022-ci il tarixli, notariat hərəkətinin aparılmasından imtina haqqında qərardan görünür ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Ərizəçi miras qoyan şəxslə qohumluq əlaqələrini müəyyən edən sənədləri təqdim edə bilməmişdir. Belə olan halda, miras qoyanla qohumluq əlaqəsini müəyyən etmək mümkün deyildir. - Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixli, 05/Q- 272/70 saylı arayışdan görünür ki, X4 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatlatları doğum haqqında bərpa akt qeydi kitabları üzrə 1946-2022-ci illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. - Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 dekabr 1967-ci il tarixli 254 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, Əhmədova Aşa-Fatma Rəsul qızı 08 dekabr 1967-ci il tarixdə vəfat etmişdir. - 23 fevral 1981-ci il tarixli, 1/96 saylı arayışdan görünür ki, xx.xx.1979-cu il tarixdə X4 xüsusi yaşayış evində müvəqqəti dəmir sobanın tüstü borusunun bacasında baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq evin bir hissəsi, əmlakı, o cümlədən bütün vətəndaşlıq sənədi həmin hadisə ilə əlaqədar olaraq yanmışdır. - Şəki rayon qeydiyyat şöbəsinin 26 fevral 2022-ci il tarixli, 3-16-5/8-H-xx-xx/2024 saylı məktubundan görünür ki, 1949-cu ildə Şəki şəhərində vəfat etmiş atasının anası Əhmədova Aşa-Fatma Rəsul qızının ölümü barədə təkrar şəhadətnamə verilməsi xahiş olunsa da, qohumluq münasibətlərini təsdiq edən qanunvericilikdə göstərilmiş müvafiq sənədlər təqdim edilmədiyinə görə təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 iyul 2023-cü il tarixli, 8584 nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv materiallarında ünvan 3 ünvanda X8 adına fərdi yaşayış evinə aprel 1964-cü il tarixli, 5818 inventar nömrəli texniki pasport, xx.xx.1944-cü il tarixli, 5341 saylı torpaq qeydi aşkar edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Tarix X21 15 sentyabr 2021-ci il tarixli, 706 saylı məktubundan görünür ki, Nuxa VVAQ Şöbəsinin 1930-cu ilin “Doğulanların qeydiyyat” kitablarına əsasən X4 həmin ildə doğumu barədə qeydiyyatı tapılmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Tarix X21 23 sentyabr 2021-ci il tarixli, 739 saylı məktubundan görünür ki, Nuxa VVAQ Şöbəsinin 1932-ci ilin “Doğulanların qeydiyyat” kitablarına əsasən X4 həmin ildə doğumu barədə qeydiyyatı tapılmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Tarix X21 06 oktyabr 2021-ci il tarixli, 772 saylı məktubundan görünür ki, Nuxa VVAQ Şöbəsinin 1929-1931-ci illərin “Doğulanların qeydiyyat” kitablarına əsasən X4 həmin illərdə doğumu barədə qeydiyyatı tapılmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 06 aprel 2022-ci il tarixli, 3TA/00190/2022 saylı məktubundan görünür ki, Şəki şəhəri üzrə 1930-cu ilə dair doğum aktlarının qeydiyyat kitablarında X4 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. - Şəki Rayon Qeydiyyat Şöbəsinin 27 oktyabr 2022-ci il tarixli, 05/Q-3458/15 saylı məktubundan görünür ki, Şəki Rayon Qeydiyyat Şöbəsində xx.xx.2022-ci il tarixdə daxil olmuş, X16 ölümü barədə təkrar şəhadətnamə verilməsinə dair müraciətə baxılmış, qohumluq münasibətlərinin təsdiq edən sənədlər olmadığı halda hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - 23 iyul 2024-cü il tarixində keçirilən məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Sahiblə qonşudur. Atasının adı Siracəddindir. Anasının adını xatırlamır. Ərizəçinin babasının eşitdiyinə görə Bəkir, nənəsinin adı Aşa-Fatmadır. - 23 iyul 2024-cü il tarixində keçirilən məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Sahib onun bibisinin nəvəsidir. Sahibin atasını tanıyırdı, adı Siracəddin idi. Aşa-Fatma onun bibisi oğlunun nənəsidir. Sahibin babasının adı Bəkir, nənəsinin adı Məhbubədir. Sahibin ata-anasını görmüşdür. Sahibin 1 qardaşı da olub, amma vəfat edib. - 23 iyul 2024-cü il tarixində keçirilən məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Sahibin dayısı nəvəsidir. Sahibin atasının adı Siracəddin, anasının adı Şövkətdir. Babasını və babasının anasını heç vaxt görməmişdir. Adlarını bilir. Babasının adı Bəkir, ulu nənəsinin adı Aşa-Fatmadır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Mülki Məcəllənin: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi miras qalmış və hazırda onların yaşadığı evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməsidir. İş araşdırması zamanı müəyyən edilir ki, 08 mart 1993-cü il tarixdə vəfat etmiş X12 1949-cu il tarixdə vəfat etmiş Əhmədova Aşa-Fatma Rəsul qızının nəvəsi olmuşdur. Bundan başqa ərizəçi Məcidov X9 Aşa-Fatma Rəsul qızının nəticəsidir. Məhkəmə qeyd edir ki, X16 X4 atası olması iş materiallarında olan sənədlər, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri əsasında öz təsdiqini tapmışdır. Əhmədova Aşa-Fatma Rəsul qızının X16 anası olmasına dair iş materiallarında hər hansı rəsmi sübut olmasa da, məhkəmə Əhmədova Aşa-Fatma Rəsul qızının X16 anası olması qənaətinə gəlir. Belə ki, 22 fevral 2023-cü il tarixli vərəsəliyə dair arayışda qeyd edilmişdir ki, Əhmədova Aşa-Fatma Rəsul qızının qalmış ailə üzvləri oğlu X24 (vəfat edib), nəvəsi X12, nəticəsi Ərizəçidur. Eyni zamanda işdə olan digər sənədlərdə də, Əhmədova Aşa-Fatma Rəsul qızının adı qeyd edilmiş, hazırda ərizəçinin yaşadığı fərdi yaşayış evi də Əhmədova Aşa-Fatma Rəsul qızının adına qeydiyyata alınmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, xx.xx.1979-cu il tarixdə X4 evində baş vermiş yanğın səbəbli evin bir hissəsi və bütün vətəndaşlıq sənədləri yanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Əhmədova Aşa-Fatma Rəsul qızının X16 anası olmasına dair rəsmi sənəd olsa da, yanğınla əlaqəli yana bilər. Odur ki, məhkəmə hesab edir ki, mərhum Aşa-Fatma Rəsulova mərhum X16 anası, Ərizəçi ulu nənəsi olmuşdur. X35 isə ərizəçinin babası olmuşdur. Ərizəçi tərəfindən mirasın qəbulu ilə bağlı müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona qohumluq əlaqələrinin müəyyən edilməməsi səbəbindən mirasın qəbulunun mümkün olmadığı bildirilmişdir. Ərizəçi qohumluq faktının müəyyən edilməsi, onlar üçün lazımlı olduğunu onunla əsaslandırır ki, onlara qalmış mirası rəsmiləşdirə bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, X16 X4 atası olması, Əhmədova Aşa-Fatma Rəsul qızının X16 anası, X4 nənəsi olması hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X16 X4 atası olması, Əhmədova Aşa-Fatma Rəsul qızının X16 anası, X4 nənəsi olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar