Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-956/2022 06.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1302,76 (bir min üç yüz iki) manat 76 qəpik borc və ödənilmiş 35,84 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, o zaman iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarılmış vətəndaşın şəxsiyyət məlumatlarından da görünür ki, Cavabdeh qeydiyyat ünvanı Laçın rayonu, Dambulaq kəndi göstərilmişdir. Göründüyü kimi Cavabdeh Laçın rayonu, Dambulaq kəndində qeydiyyatdadır. Belə olduğu halda iddiaçı iddianı Şəki rayon məhkəməsinə deyil, cavabdehin rəsmi qeydə alındığı yerin müvafiq məhkəməsinə verməlidir. Belə ki, cavabdehin rəsmi olaraq qeydiyyata alındığı yer mövcuddur. Buna görə də məhkəmə iddiaçıya hazırkı iddia tələbi ilə bağlı Şəki rayon məhkəməsinə deyil, cavabdehin qeydiyyat ünvanı üzrə müvafiq rayon məhkəməsinə müraciət etməsini tövsiyyə edir. Ona görə də iddia ərizəsi Cavabdeh qeydiyyat ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki rayon məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq geri qaytarılmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 35,84 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Azərişıq ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 35,84 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov.
Məhkəmə qərarları › İş №e-2(075)-956/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-956/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver