Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-964/2022 23.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5460 manat miqdarında pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 75 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək göstərmişdir ki, o, Şəki şəhər sakini X20 daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. 2008-ci ilin mart ayının ortalarında o, X21 müraciət edərək ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bildirmişdir. X23 həmin vaxt 5460 manata (6500 ABŞ dolları) şəhərin İdman Kompleksinə yaxın ərazidə sənədləri lazımi qaydada olan torpaq sahəsi tapacağına söz vermişdir. 27 mart 2008-ci il tarixdə X23 zəng edərək satdıq torpaq sahəsi olduğunu bildirmiş və onu öz yanına çağırmışdır. Həmin vaxt X23 ona Cavabdeh torpaq satan şəxs kimi tanıtmış və razılaşdıqları qiymətə, yəni 5460 manata cavabdehdə torpaq sahəsinin olduğunu bildirmişdir. Həmin vaxt X19 alqı-satqı ofisində o, cavabdehə torpaq sahəsi almaq üçün nağd pulun hamısının olmadığını bildirmiş, Cavabdeh isə bir az pulun əvvəlcədən verilməsi şərti ilə qalan pulun isə bir müddət sonra verilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra həmin tarixdə, yəni 27 mart 2008-ci il tarixdə onunla Cavabdeh arasında X12, X4 və X19 iştirakı ilə yazılı alqı-satqı müqaviləsi tərtib edilmiş və alqı-satqı mərkəzinin rəhbəri X19 möhürü ilə təsdiq edilmişdir. Alqı-satqı müqaviləsi tərtib edilərkən o, cavabdehə əvəlcədən 1800 manat pul vermişdir. Həmin müqavilədə göstərilmişdir ki, 27 mart 2008-ci il tarixdə ev alqı-satqı mərkəzində iştirak edən yoldaşlar – torpaq satan Cavabdeh, torpaq alan İddiaçı, X12, X5 və vasitəçi X19 iştirakı ilə Cavabdeh özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata satmışdır. Həmin yazılı müqavilədə 1800 manat verilmiş, qalan 3660 manat 25 aprel 2008-ci ildə tam ödəniləcəkdir. Torpaq alana razılaşmağa görə 25 illik vəkalət veriləcək, vəkalətin pulunu torpaq satan ödəyəcək. Bundan sonra cavabdehə tərəfindən 31 mart 2008-ci il arixdə 1400 manat, 11 mart 2008-ci il tarixdə 1600 manat və 21 aprel 2008-ci il tarixdə 660 manat verilməklə, torpaq üçün razılaşdıqları 5460 manat pul məbləği tam ödənilmişdir. Bildirmişdir ki, Cavabdeh ilə 27 mart 2008-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin arxa səhfəsinə Cavabdeh, İddiaçı və X19 iştirakı və imzaları ilə təsdiq edilmiş əlavədə göstərilmişdir ki, 31 mart 2008ci ildə yenidən torpağın pulundan 1400 manat verilmiş, 2260 manat qalmışdır. Həmin müqavilənin arxa səhifəsinə İddiaçı və X19 iştirakı və imzaları ilə təsdiq edilmiş əlavədə göstərilmişdir ki, 11 aprel 2008-ci ildə yenidən qalan borc puldan 1600 manat verimiş, 660 manat borcu qalmışdır. Həmin müqavilənin arxa səhifəsinə Cavabdeh, İddiaçı, X6 və X19 iştirakı və imzaları ilə təsdiq edilmiş əlavədə göstərilmişdir ki, 21 aprel 2008-ci ildə yenidən qalasn 660 manat verildi, heç bir borc qalmamışdır. Torpağın pullarını özü vermişdir. Vəkalətnamə gəlini X2 verilmişdir ki, gələcəkdə torpağı sənədləşdirsin. Bildirmişdir ki, o, cavabdehə pulu tam ödədikdən sonra cavabdeh satdığı torpaq sahəsinin yerini ona göstərərək qısa müddət ərzində sənədləşmə işlərini həll edəcəyinə söz vermişdir. Bir müddət sonra cavabdehin ona göstərdiyi ərazidə xəstəxana binası tikildiyini bildirdikdə, cavabdeh ona başqa ünvanda torpaq sahəsi göstərmiş və yenə də qısa müddət ərzində həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini həll edəcəyini bildirmişdir. Sonradan isə cavabdeh ona həmin torpaq sahəsinin 10 il müddətində istifadəsində olduqdan sonra adına rəsmiləşdiriləcəyinin mümkün olduğunu və buna görə də həmin müddəti gözləməli olmağını bildirmişdir. Lakin 2016-cı ildə ona məlum olmuşdur ki, cavabdehin ikinci dəfə sənədsiz olaraq ona satdığı torpaq sahəsi başqa bir şəxsin adınadır. Həmin vaxt artıq o, cavabdehin onu aldatdığını, öz öhdəliyini, yəni dəyərini tam ödədiyi torpaq sahəsini sənədləşdirərək ona təhvil vermək öhdəliyini yerinə yetirmədiyini bilmişdir. Bildirmişdir ki, 2018-ci ildə X23 bu işdə vasitəçi olduğu üçün onu cavabdeh qismində cəlb edərək ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh X13 torpağın alqı-satqısı üçün ödənilmiş 5460 manat pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. Lakin Şəki Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(075)-1820/2018 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(107)-2105/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 1578/2019 saylı qərarı ilə kassasiya şikayət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-1578/2019 saylı qərarında qeyd edilmişdir ki, iddiaçı tərəfindən sübut növü kimi məhkəməyə təqdim edilmiş Cavabdeh, İddiaçı, X12, X7 və X19 iştirakı ilə tərtib edilmiş və Alqı-Satqı Mərkəzi rəhbəri kimi X19 möhürü ilə təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsindən də görünür ki, İddiaçı hazırda tələb etdiyi 5460 manatı X19 istirakı ilə hissə-hissə olmaqla torpaq satan Cavabdeh vermişdir. Həmin məbləğlərin İddiaçı tərəfindən Cavabdeh deyil, şəxsən cavabdeh X21 verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda satılması nəzərdə tutulan torpaq sahəsinin sənədləşmə işlərinin başa çatdırılmayacağı təqdirdə, cavabdeh X19 onun qarşısında hər hansı bir şəkildə öhdəlik götürdüyü də məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh X1 nəzərdə tutulan torpaq sahəsi ilə bağlı onun qarşısında hər hansı bir şəkildə öhdəlik götürməmiş, onun tərəfindən cavabdeh X21 hər hansı bir məbləğdə pul verilməmiş və cavabdeh X19 onun qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalmamışdır. Buna görə də o, cavabdeh X13 5460 manatı tələb etməkdə haqlı deyildir. Cavadehin əsl cavabdehlə əvəz edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin alınması ilə bağlı kiminlə razılığa gəldiyini bildiyi halda, yəni müvafiq sübutu olduğu halda, özünün sonradan əsl cavabdeh hesab etdiyi şəxsə qarşı əvvəl iddia qaldırmaq istəməməsi və hazırda bu hüququ itirməməsinə görə kassasiya şikayətinin həmin dəlili əsassızdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, Şəki şəhər sakini X23 ilə birlikdə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuşlar. İddiaçı 2008-ci ildə onun yanına gələrək Şəki şəhərində torpaq almaq istədiyini ona bildirmişdir. Belə ki, İddiaçı onun tanışı Müzəffərin qızı X6 öz oğluna nişanlamışdır. Bu zaman Müzəffər ona demişdir ki, istəmir ki, qızı ərə gedərək kənddə yaşasın. Buna görə də gələcək qudaları İddiaçı torpaq tapmaqda köməklik etsin. Belə olub Xanıma torpaq axtarmağa başlamış və Şəki şəhəri, 98-ci kvartaldan 6 sot torpaq tapmışdır. Həmin torpaq X14 adlı şəxsin adına olmuş və Rəşid tərəfindən ona verilmiş etibarnamə əsasında torpağı Xanıma satmışdır. Lakin 4 ay keçəndən sonra iddiaçı tərəf Müzəffərin qızının nişanını qaytardığından həmin torpağı etibarnamə əsasında Xanımın qızı Yeganə İsmayılovanın üzərinə çevirmişdir. Göstərmişdir ki, iddiaçı həmin 6 sot torpağın dəyəri olan 5460 manat pulu 4 dəfə olmaqla hissə-hissə vermişdir. Torpağın alqı-satqısı ilə bağlı iddiaçı ilə onun arasında yazılı müqavilə bağlanmış və həmin yazılı müqavilə üzrə pulun ona verilməsinə imza etmişdir. X3 orda olmadığına görə 5460 manat pulun alıcısı kimi müqaviləyə o imza etmişdir. İddiaçı tərəfindən ona hər hansı pul məbləği verilməmişdir. Pul Abidə verilib və Abid də pulu aparıb X10 verib. Göstərmişdir ki, 6 sot torpağın sənədi olmamış və həmin torpağın yerini iddiaçıya göstərmişdir. Lakin iddiaçı uzun müddət həmin torpaqla maraqlanmamış, oranı hasara almadığından qeyd edilən torpaqda başqa adam ev tikmişdir. Belə olduqdan sonra iddiaçıya X22 tərəfdə başqa 6 sot sənədsiz yeri göstərmişdir. Lakin iddiaçı həmi torpaqda da hər hansı işlər görmədiyindən qeyd edilən torpaq sahəsi də başqa şəxs tərəfindən tutulmuşdur. Göstərmişdir ki, iddianı əsassız hesab edir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh, İddiaçı, X12, X4 və X19 iştirakı ilə tərtib edilmiş və Alqı-Satqı Mərkəzi rəhbəri kimi X19 möhürü ilə təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsində göstərilmişdir ki, 27 mart 2008-ci il tarixdə ev alqı-satqı mərkəzində iştirak edən yoldaşlar-torpaq satan Cavabdeh, torpaq alan İddiaçı, X12, X4 və vasitəçi X19 iştirakı ilə Cavabdeh özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata satdı. 1800 manat verildi, qalan 3660 manat 25 aprel 2008-ci ildə tam ödəniləcəkdir. Torpaq alana razılaşmağa görə 25 iillik vəkalət veriləcək, vəkalətin pulunu torpaq satan ödəyəcək. Qeyd edilən yazılı müqavilənin arxa səhifəsinə Cavabdeh, İddiaçı və X19 iştirakı edilmiş ilə əlavədə göstərilmişdir ki, 31 mart 2008-ci ildə yenidən torpağın pulundan 1400 manat verildi, qaldı 2260 manat. Həmin müqavilənin arxa səhifəsinə İddiaçı və X19 iştirakı ilə edilmiş əlavədə göstərilmişdir ki, 11 aprel 2008-ci ildə yenidən qalan borc puldan 1600 manat verildi, qaldı 660 manat. Həmin müqavilənin arxa səhifəsinə Cavabdeh, İddiaçı, X8 və X19 iştirakı ilə edilmiş əlavədə göstərilmişdir ki, 21 aprel 2008-ci ildə yenidən qalan 660 manat verildi. Heç bir borc qalmadı. Torpağın pullarını İddiaçı verdi. Vəkalətnamə gəlini X2 verildi ki, gələcəkdə torpağı aformut etsin. İşdə olan 27 may 2005-ci il tarixli, 305 saylı arxiv çıxarışından görünür ki, Şəki şəhər İHB-nin 12 sentyabr 1994-cü il tarixli, İ/482 saylı sərəncamından çıxarışa əsasən X9 istifadəsinə şəhərin 98-ci kvartalından 600 kv.m torpaq sahəsi ayrılmaqla 3 otaqlı yaşayış evinin tikintisinə icazə verilmişdir. İşdə olan 30 iyul 2008-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh Şəfayət oğlu X9 etibarnaməsi əsasında Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı iclas protokolundan çıxarışa 23 saylı qərara əsasən şəhərin 98-ci kvartalında yerləşən 600 kv.metr torpaq sahəsini etibarnaməyə əsasən sərəncama verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almaq səlahiyyətləri vermişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(075)-1820/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X13 5460 manat miqdarında pul vəsaitinin alınaraq ona ödənilməsi, cavabdeh X13 vurduğu mənəvi ziyana görə 5000 manat miqdarında pul vəsaitinin alınaraq ona ödənilməsi, cavabdeh X13 dövlət rüsumu üçün ödənilən 30 manat və hüquqi yardım üçün vəkilə ödənilən 500 manat miqdarında pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(102)- 1578/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(107)- 2105/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, iddiaçı Şəki şəhərində torpaq almaq qərarına gəlmiş və bununla bağlı torpaq alqı-satqısı ilə məşğul olan cavabdehin yanına getmişdir. Cavabdeh iddiaçıya torpaq sahəsi tapmış və 4 dəfəyə hissə-hissə olmaqla 5460 manat pulu cavabdehə vermişdir. Belə ki, işə əlavə edilmiş Cavabdeh, İddiaçı, X12, X4 və X19 iştirakı ilə tərtib edilmiş və Alqı-Satqı Mərkəzi rəhbəri kimi X19 möhürü ilə təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsində göstərilmişdir ki, 27 mart 2008-ci il tarixdə ev alqı-satqı mərkəzində iştirak edən yoldaşlar-torpaq satan Cavabdeh, torpaq alan İddiaçı, X12, X4 və vasitəçi X19 iştirakı ilə Cavabdeh özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata satdı. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Məhkəmə cavabdehin iddiaçı tərəfindən pulun ona verilməməsi fikrinə tənqidi yanaşaraq qeyd edir ki, pulun verilməsi ilə bağlı cavabdehlə iddiaçı arasında yazılı müqavilə bağlanmış və həmin müqavilədə Cavabdeh özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata iddiaçıya satması öz əksini tapmışdır. Bundan başqa cavabdeh məhkəmə iclasında bildirmişdir ki, torpağın alqı-satqısı ilə bağlı iddiaçı ilə onun arasında yazılı müqavilə bağlanmış və həmin yazılı müqavilə üzrə pulun ona verilməsinə imza etmişdir. Yəni o, X14 orda olmadığına görə 5460 manat pulun alıcısı kimi müqaviləyə imza etmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(102)-1578/2019 saylı qərarının 4-cü səhifəsinin axırıncı abzasında müəyyən olunmuşdur ki, “İddiaçı hazırda tələb etdiyi 5460 manatı X19 iştirakı ilə hissə-hissə olmaqla torpaq satan Cavabdeh vermişdir” Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir. Belə ki, Cavabdeh 5460 manat məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh cəmi 5460 (beş min dörd yüz altmış) manat pul və 75 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 5460 (beş min dörd yüz altmış) manat pul və ödənilmiş 75 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-964/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-964/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver