Məhkəmə qərarları › İş №e-2(075)-982/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-982/2025

22.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-982/2025 22.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs X32 Xidmət Mərkəzində Notariat Ofisi və Maraqlı şəxs1 olmaqla “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, 1932-ci il tarixdə doğulmuş və xx.xx.2004-cü il tarixdə ölmüş X14 ilə qohum (babası) olması (anası-xx.xx.1955-ci il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə ölmüş X2 atasının 1932-ci il tarixdə doğulmuş və xx.xx.2004-cü il tarixdə ölmüş X14 olması) hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onun əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1978-ci ildə Şəki şəhərində anadan olmuşdur. xx.xx.1995-ci il tarixdə X18 ilə rəsmi qaydada ailə həyatı qurmuşdur. Ərizəçinin anası X5 (xx.xx.1978-ci il tarixli 324225 nömrəli doğum haqqında şəhadətnamə) olmuş və o, xx.xx.2022-ci il tarixdə ölmüşdür. (xx.xx.2022-ci il tarixli 287625 nömrəli ölüm haqqında şəhadətnamə). Onun anası X1 məxsus olan xx.xx.1955-ci il tarixli 342468 nömrəli doğum haqqında şəhadətnamədən də göründüyü kimi anası, xx.xx.1955-ci il tarixdə anadan olmuş, anası X10 olmuşdur. X10 xx.xx.1997-ci il tarixdə X14 ilə rəsmi nikaha daxil olmuşlar. X10 xx.xx.2007-ci il tarixdə, X14 isə xx.xx.2004-cü il tarixdə ölmüşlər. Bundan sonra Ərizəçi notariat ofisinə müraciət edərək xx.xx.2004-cü il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakdan xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 düşən hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veruilməsini xahiş etmişdir. X32 Xidmət Mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli X-555 nömrəli qərarı ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, X5 ilə miras qoyan X11 qohumluq əlaqələrini müəyyən etmək üçün Maraqlı şəxs1nə sorğu verilmiş, lakin sorğuya verilmiş cavabda X2 doğum akt qeydində atasının hansı şəxs olduğu aşkar edilməmişdir. Belə olan halda Ərizəçi ilə miras qoyan şəxs arasında qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün deyildir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 də maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi və nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - AZ-İ № 114926 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 12 noyabr 2004-cü il tarixdə vəfat etmişdir. - AZ-İİ № 287625 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 25 iyun 2022-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 iyul 2022-ci ildə 545 nömrə ilə qeyd edilmişdir. - Vİİ-ЖГ № 261649 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X14 ilə X10 17 iyun 1997-ci nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. - Vİİ-ЖГ № 261686 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X19 ilə X22 30 dekabr 1995-ci nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Nikah bağlandıqdan sonra ərə İlyasov, arvada İlyasova soyadı verilmişdir. - ИЖ № 342468 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 12 iyun 1955-ci ildə anadan olmuş, anası X10 olmuşdur. Ata qrafası boş saxlanılmışdır. - V-ЖГ № 324225 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X22 xx xxxxxx 1978-ci ildə Şəki şəhərində anadan olmuş, atası X15, anası X6 olmuşdur. - X32 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən 11 yanvar 2025-ci ildə verilmiş, 3-16-5/8-69-İ-24/2025 nömrəli arayışdan görünür ki, X10 20 aprel 2007-ci ildə Şəki rayonu Fazıl kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.2007-ci ildə 04 nömrəli akt qeydi tərtib edilmişdir. 22 fevral 2025-ci il tarixli, X-555 nömrəli notariat hərəkətinin aparılmasından imtina haqqında qərarda qeyd edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi notariat ofisinə müraciət edərək xx.xx.2004-cü il tarixdə vəfat etmiş X8 qalan miras əmlakdan, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 düşən hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X5 ilə miras qoyan X11 qohumluq əlaqələrini müəyyən etmək üçün Maraqlı şəxs1nə sorğu verilmiş, lakin sorğuya verilmiş cavabda X2 doğum akt qeydində atasının hansı şəxs olduğu aşkar edilməmişdir. Belə olan halda Ərizəçi ilə miras qoyan şəxs arasında qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün deyildir. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ərizə ilə müraciət edən şəxsin qanun üzrə vərəsəliyə çağırılması üçün əsasların olmasını yoxlamalıdır. - Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Şəki rayonu, Fazıl kəndi, Zülfüqar Zülfüqarov küçəsi, ev 11 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X11 tam mülkiyyət hüququ, evin yerləşdiyi 0,34 ha torpaq sahəsi üzərində isə X14 və X7 ümumi birgə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. - xx.xx.2000-ci ildə Aşağı Küngüt kənd icra nümayəndəsi tərəfindən tərtib və təsdiq edilmiş vəsiyyətnamədə göstərilmişdir ki, nümayəndəliyin Fazıl kənd sakini X14 “onun ölüm gününə qalmış əmlakını hal-hazırda onunla birlikdə yaşayan qız nəvəsi X16 vəsiyyət etmişdir”. - 17 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Atasının adı Yavər, anasının adı Gülübatındır. Ərizəçi tək uşaq olmuşdur. Bacısı, qardaşı olmamışdır. Babasının adı Sadəddin, nənəsinin adı Minayə olmuşdur. - 17 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bibisinin nəvəsidir, həm də qaöı qonşudurlar. Arzu tək uşaqdır. Bacısı, qardaşı olmamışdır. Arzunun atasının adı Yavər, anasının adı Gülübatın olmuşdur. Babasının adı Sadəddin, nənəsini adı Minayə olmuşdur. - 17 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Doğulandan onu tanımışdır. Atasının adı Yavər, anasının adı Gülabatın olmuşdur. Arzunun babasının adı Sadəddin, nənəsinin adı Minayədir. Arzunun bacısı və ya qardaşı olmamışdır. Sadəddin dayı 204-cü ildə vəfat etmişdir. Amma Minayə xalanın nə vaxt vəfat etməsi yadında deyil. İbrahimkənddə dəfn edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Mülki Məcəllənin: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi miras qalmış və hazırda onların yaşadığı evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməsidir. Ərizəçi tərəfindən mirasın qəbulu ilə bağlı müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona qohumluq əlaqələrinin müəyyən edilməməsi səbəbindən mirasın qəbulunun mümkün olmadığı bildirilmişdir. Ərizəçi qohumluq faktının müəyyən edilməsi, onlar üçün lazımlı olduğunu onunla əsaslandırır ki, onlara qalmış mirası rəsmiləşdirə bilməmişlər. İş araşdırması zamanı müəyyən edilir ki, Ərizəçi xx.xx.1978-ci ildə Şəki şəhərində anadan olmuşdur. xx.xx.1995-ci il tarixdə X18 ilə rəsmi qaydada ailə həyatı qurmudur. Ərizəçinin anası X5 (xx.xx.1978-ci il tarixli 324225 nömrəli doğum haqqında şəhadətnamə) olmuş və o xx.xx.2022-ci il tarixdə ölmüşdür. (xx.xx.2022-ci il tarixli 287625 nömrəli ölüm haqqında şəhadətnamə) Onun anası X1 məxsus olan xx.xx.1955-ci il tarixli 342468 nömrəli doğum haqqında şəhadətnamədən də göründüyü kimi anası, xx.xx.1955-ci il tarixdə anadan olmuş, anası X10 olmuşdur. X10 xx.xx.1997-ci il tarixdə X14 ilə rəsmi nikaha daxil olmuşlar. X10 xx.xx.2007-ci il tarixdə, X14 isə xx.xx.2004-cü il tarixdə ölmüşlər. 1932-ci il tarixdə doğulmuş və xx.xx.2004-cü il tarixdə ölmüş X11 ərizəçinin babası (anasının atası) olması işdə olan doğum və ölüm haqqında şəhadətnamələr, xx.xx.2000-ci ildə Aşağı Küngüt kənd icra nümayəndəsi tərəfindən tərtib və təsdiq edilmiş vəsiyyətnamə və şahid ifadələri ilə tam şəkildə müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki tələbin əsasızlığına dair hər hansı hal müəyyən edilməmiş, təqdim olunan sənədlərin bir-birini tamamlaması, ardıcıllıq, şahid ifadələri və məhkəmənin daxili inamına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, 1932-ci il tarixdə doğulmuş və xx.xx.2004-cü il tarixdə ölmüş X11 Ərizəçi babası (ərizəçinin anası olan-xx.xx.1955-ci il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə ölmüş X2 atası olması) olması hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1932-ci il tarixdə doğulmuş və xx.xx.2004-cü il tarixdə ölmüş X11 Ərizəçi babası, ərizəçinin anası-xx.xx.1955-ci il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə ölmüş X2 atası olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar