Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-991/2022 05.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli **********35- 06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və ona məxsus olan torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, hər hansı maneəçiliyin törədilməsinin qadağan edilməsi, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən istifadə etməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 12 aprel 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, 18 may 2022-ci il, 07 iyun 2022-ci il tarixlərdə iş üzrə məhkəmə hazırlıq iclasları keçirilmiş, mülki işin növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 05 iyul 2022-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. 05 iyul 2022-ci il tarixdə İddiaçı məhkəməyə elektron qayada ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsini, ona əlavə edilmiş sənədləri ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə göndərmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-991/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-991/2022
05.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver