Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1029/2025 08.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi ilə İddiaçının nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı MMC–nin Cavabdeh Firudin oğluna qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Firudin oğlundan 6.539 manat məbləğində vurulmuş ziyanın, ödənilmiş 60 manat mediasiya xidmət haqqının və 36 manat ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, Oba Market” MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur, xx.xx.2020-ci il tarixli 217 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il il tarixli 103-x saylı əmrlə işdən azad edilmişdir.Cavabdeh iş vaxtı ərzində bilavasitə iş, yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində İddiaçı MMC-nin - OBA Şəmkir 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4617 (dörd min altı yüz on yeddi) manat 98 (doxsan səkkiz) qəpik və xx.xx.2024cü il tarixdə ‘İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5603 (beş min altı yüz üç) manat 15 (on beş) qəpik təşkil edir. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara heç bir etiraz bildirməmişdir.Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6539 (altı min beş yüz otuz doqquz) manat 64 (altmış dörd) qəpik borc qalmışdır. Beləliklə Cavabdehn in hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6539 (altı min beş yüz otuz doqquz) manat 64 (altmış dörd) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin xx.xx.2024-cü İİ tarixində mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir. Odur ki, iddianın təmin olunaraq cavabdehdən 6.539.64 manat məbləğində borcun, ödənilmiş 60 manat mediasiya xidmət haqqının və 36 manat dövlət rüsumunun alınıb İddiaçı MMC–yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia ərizəsinin tələbini müdafiə edərək iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Firudin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019–ci il tarixli 322-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Firudin oğlu İddiaçı MMC–yə satıcı–kassir vəzifəsinə işə qəbul olunmuşdur. Belə ki, işdə olan xx.xx.2020–ci il tarixli 217 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Firudin oğlu İddiaçı MMC–yə adminstrator vəzifəsinə keçirilmişdir. İşdə olan xx.xx.2020–ci il tarixli “X4 haqqında” müqavilədən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh Firudin oğlu arasında imzalanmış, cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunmuşdur. İşdə olan xx.xx.2024–cü il tarixli 103x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Firudin oğlu ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024–cü il tarixdən xitam verilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli arayışdan görünür ki, Cavabdeh Firudin oğlu ilə bağlı təftiş yoxlaması və təhvil–təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024–cü il tarixində 4617.98 manat və 5603.15 manat çatışmazlıq olması müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra qalıq borc 6539.64 manat təşkil edir. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan xx.xx.2024–cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı MMC–nin nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh Firudin oğlu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh Firudin oğlu arasında bağlanmış xx.xx.2019–ci il tarixli 322-K saylı əmrlə Cavabdeh Firudin oğlu oğlu İddiaçı MMC–yə satıcı–kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020–ci il tarixli 217 saylı əmrlə İddiaçı MMC–də administrator vəzifəsinə keçirilmiş və “X4 haqqında” müqavilə bağlanmışdır. Cavabdeh Firudin oğlu oğlu ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024– cü il tarixli 103x saylı əmrlə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə intizam xətasına yol vermiş, nəticədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində İddiaçı MMCnin - OBA Şəmkir 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir, xx.xx.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4617 (dörd min altı yüz on yeddi) manat 98 (doxsan səkkiz) qəpik və xx.xx.2024-cü il tarixdə ‘İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5603 (beş min altı yüz üç) manat 15 (on beş) qəpik təşkil edir, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6539 (altı min beş yüz otuz doqquz) manat 64 (altmış dörd) qəpik borc qalmışdır.Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1–ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194.1–ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2–ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199–cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1–ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı hüquqi şəxsə maddi zərər vurmaqla əsassız varlanmış, bu səbəbdən həmin pul iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçı hüquqi şəxsə qaytarmaq öhdəliyi yaranmışdır. Belə ki, cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməsə də, etirazının əsası kimi mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6.539.64 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir Ödənilmiş 36 manat dövlət rüsumu və 60 manat mediasiya xidmət haqqı cavabdehə aid edilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiaysında üzrsüz səbəbdən isştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Firudin oğlundan 6.539.64(altı min beş yüz otuz doqquz manat altmış dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı MMC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh Firudin oğlundan 36 (otuz altı) manat dövlət rüsumu və 60 (altmış) manat mediasiya xidmət haqqı alınıb İddiaçı MMC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-1029/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1029/2025
08.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver