Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1135/2025 03.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X11 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X6rşı işə bərpa və məcburi proqul müddətində əmək haqqı tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X11 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X6rşı işə bərpa və məcburi proqul müddətində əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 24 aprel 2024–cü il tarixli 18–1–73/3–1–742/2024 saylı əmrin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunması və qətnamə icra olunan vaxta kimi məcburi proqul müddətində əmək haqqının ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015–ci il tarixdən 24 aprel 2024– cü il tarixinə cavabdeh idarədə mühafizəçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X11 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X7 24 aprel 2024–cü il tarixli 18–173/3–1–742/2024 nömrəli əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv olunmuşdur. Hazırki vaxtadək nə əmək müqaviləsi, nə də şəxsi işini ona verməmişlər. Bildirir ki, o, işlədiyi müddətdə hər hansı qayda pozuntusu etməmişdir. Barəsində hər hansı bir tədbir görülməmişdir. Gözləmədiyiə bir halda barsində işdən azad olunmasına dair əmr verilmişdir. Buna görə də ona qarşı edilən qanunsuzluqlarla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax–Tovuz Regional şöbəsi tərəfindən araşdırma aparılaraq Şəmkir rayon X4 Hüquqi şəxsinin direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hesab edir ki, o, cavabdeh tərəfindən işdən azad olunarkən qaydalar pozulmuşdur. Əvvəla ona görə ki, o, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. Əgər hər hansı qayda pozuntusuna yol vermişdirsə, bəs nə üçün onun izahatı alınmamışdır? Onun vəzifədən azad olunması işlədiyi kollektivdə, həmkarlar təşkilatında müzakirə olunanmışdır? Onların bu barədə fikirləri soruşulmamış və rəsmi olaraq münasibəti öyrenilməmişdir? Eyni zamanda işindən azad olunacağı barədə ona qabaqcadan rəsmi xəbərdarlıq olunmamışdır. Hesab edir ki, cavabdeh müəssisədə fasiləsiz və nöqsansız fəaliyyəti, şəxsiyyəti, praktikası və kollektivdəki nüfuzu, ailə vəziyyəti, ailədə yeganə qazanc gətirən şəxs olması əsas verirdi ki, cavabdeh onun barəsində qeyd olunan əmri vermesin. Göründüyü kimi cavabdeh ona qarşı qərəzçilik etmiş, bu halların heç birinə əhəmiyyət verməmiş, heç bir ciddi əsas olmadan ona qarşı aqressivlik göstərərək, onu işdən azad etmişdir. Bu zaman onun işdən azad olunmasına Həmkarlar Təşkilatının müvafiq razılığı alınmamışdır. Bu səbəbdən mübahisə predmeti olan əmri ədalətsiz və qanunsuz hesab edir. Odur ki, cavabdeh tərəfindən verilmiş 24 aprel 2024–cü il tarixli 18–1– 73/3–1–742/2024 saylı əmrin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunması və qətnamə icra olunan vaxta kimi məcburi proqul müddətində əmək haqqının ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı məhkəmə iclası zamanı iddianı tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2015–ci il tarixdən 24 aprel 2024–cü il tarixinə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X11 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X8 mühafizəçi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verməmişdir. İşlədiyi müddət işə vaxtında gəlmiş, verilən tapşırıqları layiqincə və vicdanla yerinə yetirmiş, hətta əmək müqaviləsində göstərilən işlərdən əlavə işlər də görməklə, öz fəallığı ilə daim seçilmişdir. Nümunəvi işləməsinə baxmayaraq, cavabdeh idarə heç bir əsaslı səbəb olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin "ç" bəndinə əsasən onun əmək müqaviləsinə xitam vermişdir. Hesab edir ki, onun işdən azad olunması qanuna uyğun olmamışdır, çünki o, əmək hüquqlarını heç vaxt pozmamış, əksinə işinə məsuliyyətlə yanaşmışdır. Əlavə olaraq qeyd edir ki, cavabdeh tərəf onun uzun müddət qüsursuz işləməsini, nöqsansız fəaliyyətini, kollketivdə nüfuzunu nəzərə almamış və onun işdən azad olunamasına dair qanunsuz əmr vermişdir. Hesab edir ki, həmin əmr qərəzli şəkildə verilmişdir. Eləcə də, barəsində əmr verilərkən onun izahatı alınmamış, həmin məsələ həmkarlar təşkilatında müzakirə edilməmiş və bu barədə ona məlumat verilməmişdir. Bundan başqa qeyd edir ki, Təhlükəsizlik Bölməsinin müdiri Həsən Abdullayevin ona qarşı qərəzli münasibəti olmuş, məhz bu səbəbdən də dəfələrlə əsassız bəhanələr gətirərək ona iradlar tutmuşdur. Hazırda barəsində verilmiş əmrin də qərəzli verilməsini düşünür. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş 24 aprel 2024–cü il tarixli 18–1–73/3– 1–742/2024 saylı əmrin ləğv olunmalı, əvvəlki vəzifəsinə bərpa olunmalı və ona qətnamə icra olunan vaxta kimi məcburi proqul müddətində əmək haqqı ödənilməlidir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə etdi, əsasən nümayəndəsi olduğu şəxlsə eyni məmzunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X11 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X8 məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM–in 185.5–ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli aktdan görünür ki, Təhlükəsizlik Bölməsinin mühafizəçisi İddiaçı xx.xx.2024–cü il tarixində tabe olduğu rəsilərinə bildirmədən özbaşına olaraq xidmətə gəlməmişdir. İşdə olan Təhlükəsizlik Bölməsinin müdiri Həsən Abdullayevin xx.xx.2024–cü il tarixli təqdimatından görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdə xidmətdə olduğu halda özbaşına olaraq xidmətə gəlməmiş, barəsində şiddətli töhmət vardır. Odur ki, onun xidmətdən kənarlaşdırılması xahiş edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli aktdan görünür ki, Təhlükəsizlik Bölməsinin mühafizəçisi İddiaçı dəfələrlə xidmətə daxil olan zaman geyim qaydalarına riayət etməsi bildirilsə də, ona verilən tapşırığıa məhəl qoymamış və işə səliqəsiz geyimdə gəlmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli aktdan görünür ki, Təhlükəsizlik Bölməsinin mühafizəçisi İddiaçı səliqəsiz şəkildə işə gəlmiş, saat 15:10 radələrində postu özbaşına olaraq tərk etmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli aktdan görünür ki, Təhlükəsizlik Bölməsinin mühafizəçisi İddiaçı həmin gün nəzarət buraxılış məntəqəsi olan postda xidməti zəif aparmış, ona verilən təlimatlara məhəl qoymamış və əraziyə çox sayda amşınların daxil olması baş vermişdir. İddiaçı mühafizəçi kimi işinin öhdəsindən layiqincə gələ bilmir, ona verilən təlimatlara riayət etmir. İşdə olan xidməti məruzədən görünür ki, Təhlükəsizlik Bölməsinin mühafizəçisi İddiaçı xx.xx.2024–cü il tarixdə saat 18:30 radələrində, xx.xx.2024– cü il tarixdə saat 08:00 radələrində postu özbaşına tərk etmişdir. İşdə olan xidməti məruzədən görünür ki, Təhlükəsizlik Bölməsinin mühafizəçisi İddiaçı xx.xx.2024–cü il tarixdə iş vaxtı işdə olmamışdır. xx.xx.2024– cü il tarixdə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan Şəmkir Rayon Səhiyyə X2 X3 xx.xx.2024–cü il tarixli iclas protokolundan görünür ki, Təhlükəsizlik Bölməsinin mühafizəçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin "ç" bəndinə əsasən işdən çıxarılmasına etiraz edilməmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilmədi ilə bağlı bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X11 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X10 24 aprel 2024–cü il tarixli 18–1–73/3–1–742/2024 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə iddiaçı tərəfin izahtının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X11 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X10 Təhlükəsizlik Bölməsinin mühafizəçisi vəzifəsində işləmişdir. İddiaçı işlədiyi müddət ərzində bir sıra nöqsanlara yol vermiş, işə davamiyyət qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı xx.xx.2024–cü il tarixdə saat 18:30 radələrində, xx.xx.2024–cü il tarixdə saat 08:00 radələrində postu özbaşına tərk etmiş, eləcə də xx.xx.2024–cü il tarixində özbaşına olaraq xidmətə gəlməmişdir. Bu səbəbdən xx.xx.2014–cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdr. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10–cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 68–ci maddəsinin 1–ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69–cu maddəsində işçi tərəfindən, 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Məhkəmə, hazırki fərdi əmək mübahisəsinin predmetinin işəgötürən tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi ilə bağlı münasibətlər olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin düzgün həll edilməsi üçün Əmək Məcəlləsinin 72–ci maddəsində sadalanan əsasların olub–olmaması müəyyən edilməlidir. Belə ki, həmin Məcəllənin 70–ci maddəsinin “ç” bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71–ci maddəsinin 2–ci hissəsinə əsasən bu Məcəllənin 70–ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektvinin (onun ayrı–ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71–ci maddəsinin 3–cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70–ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72–ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai–təhlükəli əməllərə yol verməsi. İşin müəyyən olunmuş hallarında da görünür ki, iddiaçı xx.xx.2024–cü il tarixdə saat 18:30 radələrində, xx.xx.2024–cü il tarixdə saat 08:00 radələrində postu özbaşına tərk etmiş, eləcə də xx.xx.2024–cü il tarixində özbaşına olaraq xidmətə gəlməmiş, törətdiyi pozuntulara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Nəticədə xx.xx.2014–cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186–cı maddəsinin 1–ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui–istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 2–ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10–cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4–i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70–ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80–ci maddəsinin 1–ci hissəsinə əsasən bu Məcəllənin 70–ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80–ci maddəsinin 3–cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Həmin Məcəllənin 83–cü maddəsinin 3–cü hissəsinə əsasən bu Məcəllənin 7–ci maddəsinin 2–1–ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84–cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1–ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi əsassızdır və işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinin ləğv edilməsi Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə uyğundur, iddiaçı işdən çıxarılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əməl edilmişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh tərəfin xx.xx.2024–cü il tarixli əmri qanuni və əsaslıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, iddiaçının əmək müqaviləsinə 70–ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair cavabdeh tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli əmr iddiaçının əmək intizamını dəfələrlə pozması nəticəsində verildiyindən əsaslıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdeh tərəf iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr verərkən, qanunun tələblərinə əməl etmiş və əmək müqaviləsinin ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə göstərilən əsaslar iddiaçıya münasibətdə tam şəkildə mövcud olmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı ona olan qərəzli münasibətin təsiri ilə nəticəsində işdən çıxarılmasını bildirsə də, bildirdiklərinə əsas ola biləcək sübutları məhkəməyə təqdim etməmiş və heç bir təsdiqedici sübuta əsaslanmadan formal şəkildə iddia qaldırmışdır. Eləcə də, qeyd edilməlidir ki, iddiaçı özbaşına olaraq işə gəlməmiş, dəfələrlə pozuntulara yol vermiş, hətta da ona xx.xx.2024–cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Lakin iddiaçı bundan heç bir nəticə çıxarmamış və pozuntu törətməkdə davam etmişdir. Qeyd olunanlara və əlavə edilmiş sənədləşmələrə əsasən belə müəyyən edilir ki, iddiaçı təsadüfi deyil, barəsində tərtib edilmiş əsaslı sənədləşmələr səbəbindən, eləcə də Əmək qanunvericiliyi ilə müəyyən edilmiş vəzifə və öhdəlikləri yerinə yetirməməsi səbəbindən haqlı olaraq işdən azad edilmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının əmək funksiyalarını yerinə yetirmədiyi, habelə əmək vəzifələrini kobud şəkildə pozduğu məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X11 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli əmri əsasında iddiaçının işdən azad edilməsi, yəni əmək müqaviləsinə Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslar üzrə xitam verilməsi barədə əmri qanuni və əsaslıdır. Ona görə də hazırki iddia əsaslı deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iddianın “işə bərpa” hissəsi təmin edilmədiyindən, “məcburi proqul müddətində əmək haqqı” hissəsi də əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X11 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X6rşı işə bərpa və məcburi proqul müddətində əmək haqqı tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki– Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia rədd edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” X11 “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X6rşı işə bərpa və məcburi proqul müddətində əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Taleh Musayev