Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1196/2024 13.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayədəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin üzərində olan tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Şəmkir rayonu Çinarlı qəsəbəsində (Yeni qaydalarla: AZ5705, ünvan 2-də) yerləşən 0.0179 ha torpaq sahəsinin üzərində yerləşən tikilidən əşyaları ilə birlikdə çıxarılması barədə müvafiq qətnamə çıxarılamsını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində ona məxsus 0.0179 ha, 0.04205 ha və 0.0950 ha torpaq sahələri vardır. Həmin torpaq sahələrinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahələrinin koordinatlarını əks etdirən “Torpaq sahəsinin planı və ölçü”sü verilmişdir. Bu torpaqlardan 0.0179 ha və 0.04205 ha torpaq sahələrini 2023-cü ilin iyul ayında Cavabdeh keçmiş qayınatası Həmid Əsədovdan almışdır. 0.0950 ha torpaq sahəsini isə 2023-cü ilin noyabr ayında cavabdehin keçmiş həyat yoldaşı Ruslan Əsədovdan almışdır. Göstərilən torpaq sahələrindən 0.0179 ha torpaq sahəsinin üzərində müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili mövcuddur. Torpaq alınan vaxt cavabdeh həmin tikilidən gözəllik salonu kimi istifadə etmişdir. Aydındır ki, torpağı alan zaman cavabdehin həmin tikilidən çıxmasını tələb etmişdir. Lakin, satıcılarla cavabdeh öz aralarında razılığa gələ bilməmişlər ki, cavabdeh də gedib notariusda razılıq ərizəsi versin. Daha sonra torpağın alqı-satqısından alınan puldan 65000 (altmış beş min) manatın cavabdehə verilməsi və cavabdehin də gedib notariusda razılıq ərizəsi verməsinə razılaşmışlar. Sonda onun və satıcıların iştirakı ilə razılaşdıqları kimi 65000 (altmış beş) min manat cavabdehə verilmiş və o da gedib notariusda torpağın satılmasına razılıq ərizəsi vermişdir. Həmçinin, həmin vaxt cavabdeh ondan əşyalarını çıxarmaq üçün 5 gün vaxt istəsə də, ona 10 gün vaxt verdiyini bildirmişdir. 10 günün tamamında cavabdehdən tikilidən çıxıb-çıxmadığını öyrənərkən əvvəlcə bir neçə gün gecikəcəyini bildirmiş, hətta ona gecikdiyinə görə üzrxahlıq etmişdir. Lakin sonradan cavabdeh onun telefonlarına cavab verməməyə başlamışdır. Hazırda isə tikilidən çıxmaqdan ümumiyyətlə imtina edir. Bununla bağlı o cavabdehə dəfələrlə ona məxsus olan torpaq sahəsinin üzərində yerləşən tikilidən çıxması ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh onun sözlərinə məhəl qoymayaraq torpaq sahəsini tərk etmir. Ona görə də əlacsız qalaraq mübahisənin həllini məhkəmədə axtarmaq qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı X7 (onun əvəzinə X3 ) alıcı İddiaçı Şəmkir rayon, Çinarlı qəsəbəsində yerləşən, ümumi 0.07 ha olan torpaq sahəsini 7000 manata satmışdır. Müqavilənin 11-ci bəndində qeyd edilmişdir ki, satıcı X7 (onun əvəzinə X3) daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə xx.xx.2023-cü il tarixədək alıcı-İddiaçı faktiki sahibliyinə verməyini öhdəsinə götürür. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı X5 alıcı İddiaçı Şəmkir rayon, Çinarlı qəsəbəsində yerləşən, ümumi 0.095 ha olan torpaq sahəsini 6000 manata satmışdır. Müqavilənin 11-ci bəndində qeyd edilmişdir ki, satıcı X5 daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə 16.1.2023-cü il tarixədək alıcı- İddiaçı faktiki sahibliyinə verməyini öhdəsinə götürür. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Cavabdeh təsdiq olunmuş ərizəsindən görünür ki, X4 məxsus olan, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanında yerləşən 0.0950 ha torpaq sahəsinin satılmasına etiraz etməmiş, razılıq vemişdir. İş materiallarında **********83 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən əmlakın hüquqi sahibi tam şəkildə İddiaçıdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli B 139267 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2 ünvanda yerləşən əmlakın hüquqi sahibi tam şəkildə İddiaçıdur. Plan və ölçünün tərtib edilməsinə əsası: DTXK Şəmkir rayon şöbəsi, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, JN-1189A, xx.xx.2006; Şəmkir rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2, Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 40-927, xx.xx.2023-cü il qeyd edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında X7 onun mülkiyyətində olan Şəmkir rayon, Çinarlı qəsəbəsində yerləşən, ümumi 0.07 ha olan torpaq sahəsini alıcı İddiaçı 7000 manata, AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı X5 alıcı İddiaçı Şəmkir rayon, Çinarlı qəsəbəsində yerləşən, ümumi 0.095 ha olan torpaq sahəsini 6000 manata satmışdır. Həmin torpaq sahələri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Həmçinin, məhkəmə iclasında araşdırılmış sübutlarla (Cavabdeh məhkəməyə ünvanladığı vəsatət və ona əlavə edilmiş “Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi) iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən tikilidən Cavabdeh tərəfindən gözəllik salonu kimi istifadə edildiyi müəyyən edilmişdir. X4 məxsus olan, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanında yerləşən 0.0950 ha torpaq sahəsinin satılmasına Cavabdeh etiraz etməmiş, razılıq vemişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən normalar əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İş materialları ilə müəyyən olunduğu kimi Cavabdeh hazırda gözəllik salonu kimi istifadə etdiyi tikili **********83 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən onun həmin tikiliyə real olaraq gözlənilən mülkiyyət hüquqları vardır. Ona görə də məhkəmə hesab edir ki, həmin tikili Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən tikilidən çıxmaqdan və əşyalarını çıxarmaqdan imtina etməsi əsaslı sayıla bilməz. Çünki, istənilən hər bir halda cavabdehin qanuni əsaslarla iddiaçıya məxsus əmlakdan çıxmaqdan və əşyalarını çıxarmaqdan imtina etməsi sonuncunun həmin əmlakdan istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdırır. Belə ki, “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X9 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X9 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu nöqteyi nəzərdən məhkəmə qeyd edir ki, cavabdehin əşyaları ilə birlikdə çıxarılması tələb olunan tikiliyə iddiaçının mülkiyyətində olan əmlak kimi baxılmalı və cavabdehin mübahisəli tikilidən çıxmaqdan və əşyalarını çıxarmaqdan imtina etməsi iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırma kimi qiymətləndirilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı məxsus olan Şəmkir rayonu Çinarlı qəsəbəsində (Yeni qaydalarla: AZ5705, ünvan 2-də) yerləşən 0.0179 ha torpaq sahəsinin üzərində yerləşən tikilidən əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Şəmkir rayonu Çinarlı qəsəbəsində (Yeni qaydalarla: AZ5705, ünvan 2-də) yerləşən 0.0179 ha torpaq sahəsinin üzərində yerləşən tikilidən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1196/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1196/2024
13.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver