Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-137/2025 11.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçılar X3, X6, X1 Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsi, torpaq sahəsindən, evdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar X5, X8, X2 Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsi, torpaq sahəsindən, evdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar -X5, X7 və X1 Cavabdeh2 ilə paylı mülkiyyətlərində olan, ünvan 1 ünvanda yerləşən, həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən payların naturada ayrılıb onlara təhvil verilməsinə, Cavabdeh2 həmin torpaq sahəsindən və evdən onlara düşəcək hissədən çıxarılmasına, onların həmin evə köçürülmələrinə və 100+1 manat dövlət rümunun cavabdehlərdən alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçılar X3, X6, X1 Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə olan payların naturada bölünüb təhvil verilməsi, torpaq sahəsindən, evdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-137/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-137/2025
11.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver