Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1492/2025 13.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X9 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh: Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş hasarın sökülməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş hasarın sökülməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2025–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında mülkiyyətində olan və Şəmkir şəhəri, Habil Əliyev küçəsi, giriş 14A ünvanında yerləşən 0.0475 ha torpaq sahəsinə girişi məhdudlaşdıran, qanunsuz tikilmiş hasarın sökülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024–cü il tarixdə Şəmkir rayonu sakini Cavabdeh ona zəng edərək xx.xx.2023–cü ildə vəfat etmiş atası X4 məxsus ünvan 1 ünvanında yerləşən 0.0475 ha torpaq sahəsinin vaxtilə atası tərəfindən satılmasını, hazırda ona məxsus olmasını iddia etmiş və atasının qanun üzrə vərəsəsi o, olduğu üçün xahiş etmişdir ki, həmin torpağın onun mülkiyyətinə verilməsi üçün müvafiq qaydada sənədləşdirmə işinə razılıq versin. xx.xx.2024–cü il tarixdə həmin şəxslə birlikdə Bakı şəhərində yerləşən 5 saylı ASAN Xidmət mərkəzinə getmişlər. Mərhum atasının vəfatı ilə əlaqədar daha öncə vərəsəlik işi açılmış həmin mərkəzin notariat ofisinə yaxınlaşmış və orada müvafiq torpaq sahəsi ilə əlaqədar mülkiyyəti təsdiq edən hansı sənədin mövcud olmasını soruşmuşlar. Cavabdeh yalnız torpaq kadastr planı və ölçüsü ilə əlaqədar sənədin mövcud olduğunu qeyd etmiş, lakin üzərində həmin sənədin olmadığını demişdir. Daha sonra telefonla rayonda tanımadığı şəxsə zəng edərək həmin torpağa aid sənədin tapılmasını xahiş etmişdir. O da telefonda –“əmlakda işləyən adam hazırda Gəncə şəhərindədir, bugün iş günləri deyil. Xahiş eləmişəm gəlib sənədi tapıb verəcək” –demişdir. Həmin gün bir neçə saat gözləmişlər, lakin xəbər çıxmamışdır. Daha sonra xx.xx.2024–cü il tarixdə Eldəniz adlı şəxs watsapp nömrəsinə müvafiq torpaq sahəsinin kadastr plan və ölçüsü ilə əlaqədar sənədin şəkillərini göndərmişdir. Daha sonra o, həmin şəxslərin hərəkətlərindən şübhələndiyi üçün bu məsələni müvafiq qaydada araşdırmış və ona məlum olmuşdur ki, məsələ onların dedikləri kimi deyil və mərhum atası ilə bu şəxslər arasında həmin torpaq sahəsinin alqı–satqısına dair heç bir müqavilə mövcud deyildir. Lakin bütün bunlara baxmayaraq Cavabdeh mülkiyyətində olmadığı ünvan 1 ünvanında yerləşən 0.0475 ha torpaq sahəsini qanunsuz olaraq hasarlamış və torpağın özünə məxsus olduğunu iddia etməkdədir. O, cavabdehin bu hərəkətindən xəbər tutar–tutmaz xx.xx.2024–cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz əmlakın dövlət reyestri və kadastrı publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi idarəsinə ərizə ilə müraciət etmiş, mərhum atasına məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq eden çıxarışı vərəsəlik qaydasında əldə etmişdir. Müəyyən müddətdən sonra, daha dəqiq xx.xx.2025–ci il tarixdə Şəmkir şəhəri, Habil Əliyev küçəsi, giriş 14A ünvanında yerləşən 0.0475 ha torpaq sahəsinə mülkiyyət hüququ təsdiq olunmuş və həmin torpaq üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən müvafiq qaydada təsdiq olunmuş çıxarış əldə etmişdir. Lakin həmin torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz hasarlandığı üçün müvafiq torpaq sahəsinə girişi məhdudlaşdırılmışdır. Odur ki, xx.xx.2025–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında mülkiyyətində olan və Şəmkir şəhəri, Habil Əliyev küçəsi, giriş 14A ünvanında yerləşən 0.0475 ha torpaq sahəsinə girişi məhdudlaşdıran, qanunsuz tikilmiş hasarın sökülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2025– ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Şəmkir şəhəri, Habil Əliyev küçəsi, giriş 14A ünvanında yerləşən 0.0475 ha torpaq sahəsi təmsil etdiyi İddiaçı tam mülkiyyətindədir. Belə ki, həmin torpaq sahəsi iddiaçının mərhum atası Akif Qocayevə məxsus olmuş, sonuncunun vəfatından sonra iddiaçı vərəsə kimi həmin torpaq sahəsini qəbul etmiş və onun mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında təsdiq edilmişdir. Lakin cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsini hasarlamış, nəticədə iddiaçının torpaq sahəsinə girişi məhdudlaşdırılmışdır. Hesab edir ki, cavabdehin əməli qanunsuzdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi 30 ildir onun istifadəsindədir. Belə ki, Akif Qocayev həmin torpaq sahəsini ona satmış, lakin rəsmi qaydada alqı–satqı etməmişlər. Akif Qocayevin vəfatından sonra sənədləşmə işlərinin aparılması üçün iddiaçıya zəng etmiş, iddiaçı elə torpaq sahələrinin olmamasını demişdir. Lakin bundan sonra iddiaçı mübahisəli torpaq sahəsinin mövcudluğundan məlumatlı olmuş və vərəsəlik qaydasında torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd əldə etmişdir. Hazırda iddianı qəbul etmir. Belə ki, mübahisəli torpaq sahəsi 30 ildir onun istifadəsində və sahibliyindədir. Çünki rəsmi alqı–satqı olmasa da, iddiaçının atası həmin torpaq sahəsini ona satmışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi 30 ildir cavabdehin istifadəsindədir. Ərazidə yan–yana 3 torpaq sahəsi vardır ki, mübahisəli ərazi ortada yerləşir, sağ və sol ətrafında yerləşən torpaq sahələri də cavabdehin mülkiyyətindədir. Torpaq sahəsinin sağ və sol hissəsində hər hansı hasar, giriş qapısı yoxdur, yalnız hər üç torpağın qarşısında vahid hasar vardır. İddiaçının mərhum atası Akif Qocayev sağlığında həmin torpaq sahəsini cavabdehə satmışdır. Belə ki, cavabdeh həmin ərazidə olan və Kamran adlı şəxsə məxsus torpaq sahəsini almış, qonşuluqda olan sahəni də almaq istədiyini demiş, bundan sonra Kamranın vasitəsilə torpaq sahəsini iddiaçının mərhum atasından almışdır. Lakin sənədləşmə işləri qalmışdır. Topaq sahəsi 30 ildir ki, cavabdehdədir, iddiaçının atası isə 2023–cü il tarixdə vəfat etmişdir. Həmin müddət ərzində iddiaçının atası torpaq sahəsinə dair heç bir hərəkət etməmişdir. İddiaçı özü isə yalnız cavabdehin zəngindən sonra torpaq sahəsinin mövcudluğu barədə məlumatlı olmuşdur. Belə ki, cavabdeh iddiaçıya zəng edərək sənədləşmə işlərini aparaq barədə demiş, bundan sonra iddiaçı araşdırma aparmış və həqiqətən atasına məxsus belə torpaq sahəsi olmasını bilmişdir. Dərhal isə torpaq sahəsinə dair Çıxarış əldə etmişdir. Bütün bu hallar onu göstərir ki, həqiqətən iddiaçının atası mübahisəli torpaq sahəsini cavabdehə satmış, ötən müddət ərzində cavabdeh torpaqdan istifadə etmişdir. Hazırda iddianı əsassız hesab edir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 30–35– il əvvəl mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin qonşuluğunda, özünə məxsus torpaq sahəsində ev inşa etdirməyə başlamışdır. Lakin sonradan başqa yerdə hazır tikili ev tapmış və həmin torpağı Cavabdeh satmışdır. Həmin vaxt Eldəniz yandakı torpaq sahəsini də almaq istədiyini, kimə məxsus olmasını soruşmuş, o da Akif Qocayevə məxsus torpaq sahəsi olduğunu demişdir. Sonradan o, cavabdehi Akiflə tanış etmiş və cavabdeh köhnə pul vahidi ilə təxminən 9 milyon manata torpaq sahəsini Akifdən almışdır. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə Cavabdehla üzbəüz qonşudur. 1993–cü il tarixdən həmin ərazidə yaşayır. Elə həmin illərdə Cavabdeh Kamran adlı şəxsə məxsus olan torpaq sahəsini üzərində olan yarımçıq tikili ilə almış və tikilini başa çatdırmışdır. Daha sonra Eldəniz torpaq sahəsinə qonşu olan və Akif Qocayevə məxsus torpaq sahəsini də sonuncudan almışdır. O, mübahisəli ərazidə heç vaxt Akif Qocayevi və ya oğlunun görməmişdir. Hətta cavabdeh əvvəllər RF–da olan zaman ağaclara o, baxmışdır. Sonradan həmin ağaclar qurumuşdur. Həmçinin, qeyd edir ki, ərazidə yerləşən hər üç torpaq sahəsinin hasarı ümumidir. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Cavabdeh onun qaynıdır. Təxminən 1993–1994–cü il tarixdə Eldəniz torpaq sahəsini Akifdən alan zamanı onların yanında olmuşdur. Həmin vaxt Akif Qocayev torpağa dair kolxoz tərəfindən verilmiş sənədi Eldənizə vermişdir. Həmin torpaq sahəsi boş sahə olmuş, sonradan Eldəniz tərəfindən hasar inşa edilmişdir. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Cavabdeh üç torpaq sahəsini sənədləşdirmək üçün ona etibarnamə vermiş, o da bununla bağlı DƏDRX–nə getmişdir. Orada iki torpaq sahəsinin Cavabdeh adına, bir torpaq sahəsinin isə Akif Qocayevin adına olmasını bildirmişlər. Bu barədə Eldənizə deyəndə sonuncu həqiqətən 1992–1993–cü illərdə torpaq sahəsini Akif Qocayevdən almasını bildirmişdir. Bundan sonra Cavabdeh Bakı şəhərinə gedərək iddiaçı ilə görüşmüşdür. Mübahisəli torpaq sahəsi boşdur və oradakı hasar Eldəniz tərəfindən inşa edilmişdir. Çünki torpaq sahəsinin sağ və sol hissəsində yerləşən torpaqlar da cavabdehə məxsusdur. İşdə olan xx.xx.2025–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0475 ha torpaq sahəsi tam mükiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2025–ci il tarixli X8 və Ölçüsündən görünür ki, Şəmkir şəhəri, Habil Əliyev küçəsi, giriş 14A ünvanında yerləşən 0.0475 ha torpaq sahəsi xx.xx.2024–cü il tarixli 2V–684 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınmışdır İşdə olan xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********17–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mükiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, yeni qaydalarla Şəmkir şəhəri, Habil Əliyev küçəsi, giriş 14 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi tam mükiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025–ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2025–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir şəhəri, Habil Əliyev küçəsi, giriş 14A ünvanında yerləşən 0.0475 ha torpaq sahəsinə girişə Cavabdeh tərəfindən torpaq sahəsinin küçə tərəf olan çıxışına məhdudiyyət qoyulmuşdur. Həmin məhdudiyyət hasardan ibarətdir. Həmin torpaq sahəsinə girişə Cavabdeh tərəfindən torpaq sahəsinin küçə tərəf olan çıxışına hasar inşa edilmişdir. xx.xx.2025–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir şəhəri, Habil Əliyev küçəsi, giriş 14A ünvanında yerləşən 0.0475 ha torpaq sahəsində tikili mövcud deyil, lakin Cavabdeh torpaq sahəsinin qərbində 18.23 metr uzunluğunda hasar inşa etmişdir. Mübahisəli ərazidə cavabdeh tərəfindən inşa edilmiş hasar xx.xx.2025–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir şəhəri, Habil Əliyev küçəsi, giriş 14A ünvanında yerləşən 0.0475 ha torpaq sahəsinin sərhədləri daxilindədir. Hasar torpaq sahəsinin qərb tərəfində yerləşir, ölçüsü 18.23 metr təşkil edir. Cavabdeh tərəfindən inşa edilmiş hasar mübahisəli torpaq sahəsinə girişə məhdudiyyət yaradır. Məhkəmə mütəxəssis rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, mütəxəssis rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, xx.xx.2025–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında (yeni qaydalarla) Şəmkir şəhəri, Habil Əliyev küçəsi, giriş 14A ünvanında yerləşən 0.0475 ha torpaq sahəsi tam mükiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin cavabdeh tərəfindən həmin torpaq sahəsinin qərbində, küçə tərəfə olan çıxışında 18.23 metr uzunluğunda hasar inşa edilmişdir. Bununla da mübahisəli torpaq sahəsinə girişə Cavabdeh tərəfindən torpaq sahəsinin küçə tərəf olan çıxışına məhdudiyyət qoyulmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, mülkiyyətə qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməli və və cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamalıdır. Yəni, cavadehin hərəkətləri qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməsə də, iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaratmışdır. Belə olan halda cavabdehin heç bir mənafe üstünlüyü yoxdur və onun hərəkətləri qanunsuzdur. Bununla da cavabdeh tərəfindən iddiaçının subyektiv hüququ pozulmuşdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. İşin hallarından da göründüyü kimi cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin qərbində, küçə tərəfə olan çıxışında 18.23 metr uzunluğunda hasar inşa etmiş, bu isə iddiaçıya münasibətdə müəyyən çətinliklərin yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui–istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə, məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə qiymət verərək hesab edir ki, şahidlər keçmişdə baş vermiş hadisə barədə ifadə versələr də, hazırki vəziyyətdə mübahisəli torpaq sahəsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçının tam mülkiyyətindədir. Yəni, iddiaçının torpaq üzərindəki mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmçinin, şahidlər də ifadələrində mübahisəli torpaq sahəsindəki hasarın cavabdeh tərəfindən inşa edildiyini təsdiq etmişlər. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, xx.xx.2025–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçının mülkiyyətində olan və (yeni qaydalarla) Şəmkir şəhəri, Habil Əliyev küçəsi, giriş 14A ünvanında yerləşən 0.0475 ha torpaq sahəsinə girişi məhdudlaşdıran hasar (mütəxəssis rəyində qeyd olunmuş– torpaq sahəsinin qərbində, küçə tərəfə olan çıxışında 18.23 metr uzunluğunda) Cavabdeh vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Bundan başqa məhkəmə qeyd edir ki, dövlət rüsumu üçün ödənilmiş 100 manat pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2025–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və (yeni qaydalarla) Şəmkir şəhəri, Habil Əliyev küçəsi, giriş 14A ünvanında yerləşən 0.0475 ha torpaq sahəsinə girişi məhdudlaşdıran hasar (mütəxəssis rəyində qeyd olunmuş– torpaq sahəsinin qərbində, küçə tərəfə olan çıxışında 18.23 metr uzunluğunda hasar) Cavabdeh vəsaiti hesabına sökülsün. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №e-2(076)-1492/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1492/2025
13.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver