Məhkəmə qərarları › İş №e-2(076)-1543/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1543/2025

05.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1543/2025 05.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Üçüncü şəxs kimi AR ƏMDX-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi olmaqla) “Ölçmə işlərinin aparılmasına yaradılan maniənin aradan qaldırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Üçüncü şəxs kimi AR ƏMDX-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi olmaqla) “Ölçmə işlərinin aparılmasına yaradılan maniənin aradan qaldırılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə mülkiyyətinə verilmiş, JN-566A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən, Şəmkir rayonunun Təzəkənd kəndində yerləşən, 0.12 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına, 100 (bir yüz) manat dövlət rüsumunun, Cavabdeh alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, , iddiaçılara – İddiaçı1, Rəhimova (Abbasova) Elminaz Ənvər qızına Cavabdeh və qeyrilərinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonun Təzəkənd kəndində 0.12 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsinə görə onların adına JN-566A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. O, İddiaçı1 həyat yoldaşı X5 xx.xx.2002-ci ildə, oğlu X8 xx.xx.2004-cü ildə vəfat etdikdən sonra onlardan qalan miras əmlakı faktiki olaraq qəbul edib, idarə etmişdir. Torpaq sahəsindən təyinatı üzrə istifadə edirlər. Həmin torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüquqlarını qeydə aldırmaq istədiklərindən üçüncü şəxsə müraciət etmişlər. Müraciət ilə bağlı olaraq müəyyən olundu ki, Cavabdeh üçüncü şəxs tərəfindən ərazidə ölçmə işlərinin aparılmasına maneə yaradır. Buna görə də DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edirlər. İstəyir ki, ölçmə işlərinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə mülkiyyətinə verilmiş, JN-566A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən, Şəmkir rayonunun Təzəkənd kəndində yerləşən, 0.12 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına, 100 (bir yüz) manat dövlət rüsumunun, Cavabdeh alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə ölçmə işlərinin aparılması üçün rüsum ödəmişdir və lazımi sənədləşmə işlərini həll etmişdir, buna baxmayaraq cavabdeh tərəfindən həmin idarənin əməkdaşlarının öz vəzifəsinin yerinə yetirilməsinə maneçilik edilir və onlar ölçmə işlərini apara bilmirlər. Odur ki, cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs AR ƏMDX-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi və Cavabdeh məhkəmə iclasında nümayəndəsini təmin etməmiş və səbəblərini bildirməmişdir. Məhkəmə mülki işə AR ƏMDX-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdənkeçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-566A, kod-50414018 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, X4, İddiaçı1, Rəhimova (Abbasova) Elminaz Ənvər qızına, Cavabdeh və X7 Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonun Təzəkənd kəndində 0.12 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Şəmkir rayon Qeydiyyat şöbəsinin arayışlarının surətindən görünür ki, X8 xx.xx.2004-cü il tarixdə, X5 isə xx.xx.2002-ci il tarixdə vəfat etmişlər. İş də olan xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-R-003-35/25 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinnin tərəfindən yazılmış məktubdan görünür ki, Şəmkir rayonun Təzəkənd kəndində 0.12 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən yaradılan maneə və digər səbəblərdən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi JN-566A, kod-50414018 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə sənədi əsasında X2, İddiaçı1nun, Rəhimova (Abbasova) Elminaz Ənvər qızının, Cavabdeh və X6 birgə mülkiyyətinə verilmişdir. Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə iddiaçılar DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçıların müraciətini həyata keçirməkdən imtina etmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə maneə olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdanist ifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM–in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdehlər iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququnatəminat verir. Azərbaycan Respublikası MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququda əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maniə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınınəsası kimi istinadetdiyi halları sübut etməlidir Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. Şəmkir rayon, Keçili kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsində (JN- 566A, kod-50414018 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında iddiaçılara məxsus) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay üddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar